Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1604/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı «X8 X5» MMC-nin cavabdeh Cavabdeh qarşı kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-105/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin edilmiş, Cavabdeh 2368,51 manat əsas borc, 3,29 manat faiz borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2401,80 manat (iki min dörd yüz bir manat səksən qəpik) tutularaq «X8 X5» MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İşin halları: «X8 X5» MMC Cavabdeh qarşı kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «X8 X5» MMC-nin xeyrinə 2368,51 manat əsas borc, 3,29 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2401,80 manat pulun tutulmasını xahiş etmişdir. İş üzrə qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, MPM-in 261.0.2-ci maddəsində qeyd edilənlərə əsasən eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədar qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 nömrəli qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İddiaçı «X8 X5» MMC-i işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmiş, Şəki Apelyasiya Məhkəməsinə ərizə göndərərək, apelyasiya şikayətinin rədd olunması,xx xxxx 2020-ci il tarixli,2(014)-105/2020 saylı qətnamənin qüvvədə qalması barədə qərar qəbul edilməyini xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «Cavabdehn məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş «X8 X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 50%-lə 30 ay müddətinə 4420 manat kredit verilmişdir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş xx xxxx 2018-ci il tarixli girov müqaviləsindən görünür ki, cavabdehə məxsus 1 ədəd komplekt,1 ədəd saat,1 ədəd üzük, 2 ədəd moneta, 5 ədəd üzük,toplam ağırlığı 66 qram olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdehoğlu götürdüyü 4420 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 30 ay müddətində qaytarmalı olmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş «X8 X5» MMC tərəfindən Ağdaş Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixə «X8 X5» MMC -yə 2371,80 manat məbləğində əsas və 3.29 manat faiz borcu olmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli,2(107)-1591/2019 saylı qərardadından görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş,iddiaçı «X8 X5» MMC-nin Cavabdeh qarşı kredit borcunun,ona dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş X3 Palatası tərəfindən verilmiş elektron çıxarışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməməsi barədə qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsi əsas borca münasibətdə dəyişdirilməlidir. Belə ki, işin müəyyən edilmiş gerçək vəziyyətindən görünür ki, «X8 X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 50%-lə 30 ay müddətinə 4420 manat kredit verilmiş, həmçinin xx xxxx 2018ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh götürdüyü 4420 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 30 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün «X8 X5» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «X8 X5» MMC-nin xeyrinə 2368,51 manat əsas borc, 3,29 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2401,80 manat pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və onun apelyasiya şikayətinin əas dəlilləri bundan ibarət olmuşdur ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, MPM-in 261.0.2-ci maddəsində qeyd edilənlərə əsasən eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədar qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Ona görə də hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin “MPM-in 261.0.2-ci maddəsində qeyd edilənlərə əsasən eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədar qərardadı olarsa hakim iş üzrə icraata xitam verir” dəlili ilə razılaşmır. Çünki, öyrənilən işdən bəlli olur ki, cavabdehin iddia etdiyi kimi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. X6 Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli,2(107)-1591/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, həmin məsələlər, yəni Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın göstərilən hallar araşdırılmadığından iddiaçı «X8 X5» MMC-nin Cavabdeh qarşı kredit borcunun, ona dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə götürülən kredit məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür. Lakin, öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirmədən, məlum nəticəyə gəlmişdir. Öz növbəsində məhkəmə kollegiyası mülki işin obyektiv həlli baxımından məhkəmə mühasibatlıq ekspertizası keçirərək, müvafiq rəy almışdır. İşə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3652 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçı «X8 X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh iddianın verildiyi xx xxxxxx 2019-cu il tarixə «X8 X5» MMC-yə olan əsas borcu 2360,08 manat, faiz borcu 6,56 manat olmuşdur. Öhdəlik münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442 və 443.1-ci maddələrinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsində isə göstərilir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit və girov müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun iddiaçıya 2360,081 manat əsas borc, 6,56 manat faiz borcu borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyasi iddianı əsas borcun ekspert rəyində göstərilmiş şəkildə (2360,081 manat), faiz borcunun isə iddia ərizəsində tələb olunan şəkildə (3,29 manat) cavabdehdən tutulmasını əsaslı hesab edir. MM-in 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşə bu kontekstdən yanaşan məhkəmə kollegiyasının fikrincə isə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faizlərin də cavabdehdən tutulması tam qanuna və müqaviləyə uyğundur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, əsas borca hesablanmış faiz borcunun da cavabdehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğun və əsaslıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası qismən razılaşır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(014)-105/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-105/2020 nömrəli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin. Cavabdeh 2360,08 manat əsas borc, 3,29 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2393,37 manat (iki min üç yüz doxsan üç manat otuz yeddi qəpik) tutularaq «X8 X5» MMC-nin xeyrinə ödənilsin. xx xxxxxxx 2020-ci il tarxli 9/3652 nömrəli ekspertiza xərcinin dəyəri olan 150 manat Cavabdeh tutulub dövlət büdcəsinə köçürülsün. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1604/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1604/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver