Məhkəmə qərarları › İş №2(107)-1610/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1610/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1610/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayonu Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hаkim Hümbət Səlimov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən Cavabdeh 8500 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun 24,30 manatı və nümayəndəyə ödənmiş xərcə görə 435,39 manat, cəmi 8959.69 (səkkiz min doqquz yüz əlli doqquz manat altmış doqquz qəpik) manat alınıb İddiaçı xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. işin hаllаrı : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borc, 1000 (bir min) manat əldən çıxmış fayda və 1000 (bir min) manat mənəvi ziyana görə, cəmi 10500 (on min beş yüz) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək nümayəndəyə ödənmiş xərcə görə 454 manatın da Cavabdeh alınıb İddiaçı xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin may ayının əvvəllərində avtobusla Soçi şəhərindən Bakıya gələrkən Cavabdeh ilə tanış olmuşdur. Söhbət zamanı bəlli olmuşdur ki, Cavabdeh əslən Balakəndəndir və onun valideynləri orada yaşayırlar. Namiq bildirmişdir ki, ona Balakəndə meşə sahəsi götürməyi təklif edirlər. Lakin onun pulu olmadığından heç bir hərəkət edə bilmir. Balakəndə onun böyük meşə sahəsi var və o təsərrüfatla məşğul olur. Bakı şəhərində ayrılarkən Namiq onun mobil telefon nömrəsini götürmüş və özünün ********** telefon nömrəsini ona vermişdir. Bir neçə gündən sonra Namiq ona zəng vurmuş və Bakı şəhərində olduğunu bildirmişdir. Onlar bir neçə dəfə görüşüb söhbət etmişlər. Cavabdeh hətta onunla evlənmək istədiyini söyləmişdir. Bu görüşlər zamanı Cavabdeh meşə sahəsi üçün ondan 5.000 manat pul istəmişdir. 2017-ci ilin may ayının axırlarında iddiaçı Namiqlə növbəti dəfə görüşəndə o demişdir ki, avtomaşınsız heç bir iş görmək olmur və ona görə də təcili olaraq maşın almaq lazımdır. Cavabdeh ondan pul istəmiş və o, da demişdir ki, gücü çatar ki, ona 800 ABŞ dolları məbləğində pul versin. xx.xx.2017-ci il tarixdə o, “İBA-Ekspres” sistemi vasitəsi ilə Namiqin ünvanına 800 ABŞ dolları məbləğində pul göndərmişdir. xx xxxx 2017-ci il tarixdə Namiqlə görüş zamanı Namiq demişdir ki, yaxşı maşın bahadır, ona görə də əlavə 5-6 min manat lazımdır. O demişdir ki, onun pulu yoxdur, ancaq anasından soruşar. Namiq əl çəkməmiş və o anasına müraciət etmiş və ondan 3800 ABŞ dolları məbləğində pulu götürüb Əhmədli metrosunun yaxınlığında Namiqlə görüşüb həmin pulu ona vermişdir. Cavabdeh bildirmişdir ki, tezliklə pulu qaytaracaqdır. Bundan sonra Namiq özünə maşın almışdır. 2017-ci il iyunun 25-də Namiqlə yenə görüşmüş və görüş zamanı o yenə də pul istəmişdir. O bildirmişdir ki, onun pulu yoxdur. Namiq bildirmişdir ki, bu pul mal almaq üçün lazımdır. Belə olduqda o Soçidə yaşayan qardaşı Vüsala zəng etmiş, o da “Zolotaya Korona” sistemi vasitəsi ilə iyul ayının 1də Namiqin ünvanına 1500 ABŞ dolları pul göndərmişdir. İddiaçı ilə telefon danışıqlarında Namiq hər dəfə demişdir ki, tezliklə pulları qaytaracaqdır. Anası da bir neçə dəfə pulların qaytarılması ilə maraqlanmışdır. xx xxxx 2017-ci ildə Namiq ondan əlavə pul istəmiş və bildirmişdir ki, bu pulları ödəyərək hansı bankdansa böyük məbləğdə pul götürüb onların pullarını bütünlüklə qaytaracaqdır. Namiqin hərəkətləri barədə anasına bildirmişdir. Anası onunla telefonla danışmışdır. Namiq ona da demişdir ki, yaxın günlərdə götürdüyü pulları qaytaracaqdır. Anası da onun dediklərinə inanmış və ona 500 ABŞ dolları və 1500 rus rublu məbləğində pul vermişdir. O, da Əhmədli metrosunun yaxınlığında yaşadığı binanın həyətində bu pulları Namiqə vermişdir. O Cavabdeh ümumlikdə 7000 (yeddi min) ABŞ dolları 11.900 (on bir min doqquz yüz) manat məbləğində pul vermişdir. Sonralar o, Namiqlə dəfələrlə mobil telefonla danışaraq götürdüyü pulları qaytarmağı tələb etmişdir. Namiq isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bir neçə dəfə anası da Namiqlə telefonla danışaraq onlardan aldığı pulları qaytarmağı xahiş etmişdir. Lakin müsbət nəticə olmadı. Onlar artıq başa düşmüşlər ki, Namiqin məqsədi inam və etibardan sui-istifadə etməklə ondan pul almaq olmuşdur. Çoxlu sayda telefon danışıqlarından və görüşlərdən sonra Namiqdən 2000 ABŞ dollarını geri ala bilmişdir. Hazırda Cavabdeh onun 5000 (beş min) ABŞ dolları məbləğində pulu qalmışdır. Bu da Azərbaycan manatı ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edir. Ona görə də xx xxx 2018-ci il tarixdə Cavabdeh məsuliyyətə cəlb edilməsi üçün ərizə ilə Xətai RPİ-nə müraciət etməli olmuşdur. Xətai RPİ İstintaq Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh ondan hissə-hissə olaraq 7100 ABŞ dolları və 15000 rubl pul aldığını etiraf etmişdir. O hətta iddiaçının atasının xəstəliyi ilə əlaqədar faizə 1000 (bir min) manat borc pul götürüb Soçi şəhərinə getdiyini bildirirək həmin zərəri də ödəyəcəyini söyləmişdir. Cavabdeh hazırda qalan borcu ödəməyə maddi imkanı olmadığını və tezliklə həmin pulu ödəyəcəyi barədə söz vermişdir. Lakin cavahdeh öz izahatında göstərilən məbləğdə pulu aldığını etiraf edərək həmin pulu ödəyəcəyinə söz versə də, bu günə kimi heç bir hərəkət etməmiş və borcun qaytarımasına cəhd göstərməmişdir. Ona görə də o, göstərilən tələblə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, nümayəndə və vəkil olaraq iddiaçı bu işlərin görülməsi üçün ona 400 manat pul ödəmişdir. Həmçinin yol xərci olaraq o, 54 manat pul xərcləmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apelyasiya şikаyətinin dəlilləri : Cavabdeh apelyasiya şikаyəti verərək Xətai Rayon Polis şöbəsində ifadə verdikdən sonra iddiaçıya borcunu ödədiyini, ona görə də birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini çıxarılmasını xаhiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Nümayəndə məhkəmə kollegiyasına yazılı izahat təqdim edərək apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən MBA-Express tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli pul köçürmə barədə arayışın surətindən görünür ki, İBA-Express sistemi vasitəsi ilə İddiaçı Cavabdeh 1328 manat məbləğində pul göndərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X2 xx xxxx 2018-ci il tarixli HK-1/927 saylı qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. İşdə olan Xətai RPİ-nin İstintaq şöbəsinin icraatında olmuş HK-1/927 nömrəli materialda Cavabdeh verdiyi izahatında göstərmişdir ki, o,İddiaçı ümumilikdə 7100 ABŞ dolları və 15000 Rus rublu götürmüş, bir hissəsini qaytarmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri 3 saylı Vəkil bürosu tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli GSU 232646 nömrəli və GSU 066151 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə hüquqi xidmətlər göstərilməsi üçün hər dəfə 200 manat olmaqla 400 manat pul ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən gediş sənədlərindən görünür ki, Nümayəndə Bakı-Balakən qatar reysi üçün 35.49 manat ödəniş etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iclası zamanı iddiaçı və onun vəkilinin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı geri qaytarmaq şərti ilə 7000 ABŞ dolları və 15000 rus rublu borc götürmüşdür. O, 2000 ABŞ dollarını qaytarmış, qalan 8500 manat dəyərində 5000 ABŞ dollarını qaytarmamışdır. Cavabdeh göstərilən pulu qısa müddətdə qaytaracağına söz versə də müxtəlif bəhanələrlə həmin borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün nümayəndəyə 400 manat pul ödəmiş, həmçinin nümayəndənin Balakən Rayon Məhkəməsinə gəlib getməsi üçün 35.49 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh borca görə 8500 manat, nümayəndəyə ödənmiş xərcə görə 435,39 manat və 30 manat ödənilmiş dövlət rüsumunun 24,30 manatı, cəmi 8959.69 (səkkiz min doqquz yüz əlli doqquz manat altmış doqquz qəpik) manat alınıb İddiaçı xeyrinə verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 8500 manat borc pul tələbinə aid hissədə əsaslıdır. İddia tələbinin əldən çıxmış fayda və mənəvi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh ona 1000 (bir min) manat əldən çıxmış fayda və 1000 (bir min) manat mənəvi ziyan vurduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Nümayəndəyə ödənilən xəclə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün nümayəndəyə və vəkilə ödədiyi 400 manat pul və yol xərci üçün ödədiyi 35.49 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun 24,30 manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o, Bakı şəhəri, Xətayi rayon Polis şöbəsində ifadə verdikdən sonra iddiaçı olan borcunu ödəmişdir, ona görə də iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən dəlillər ilə bağlı qeyd edir ki, Cavabdeh ifadəsindən görünür ki, o, iddiaçıya olan borcunun olmasını etiraf edir, lakin həmin borcun ödənildiyini iddia etsə, həmin ödənilməyə dair heç bir sübut məhkəməyə təqdim etmir. Onu da subut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə qeyd etdikləri ilə bağlı apellyasiya şikayətinə heç bir sübut təqdim etməmişdir. Buna görə onun apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və təmin edilə bilməz. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı bildirir ki, maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Cavabdeh münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayonu Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-152/2019 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflərtələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar