Məhkəmə qərarları › İş №2(107)-162/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-162/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-162/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26R000005273 saylı kredit razılaşması üzrə 14231 ABŞ dolları 58 sent əsas, 4110 ABŞ dolları 98 sent faiz və 7523 ABŞ dolları 81 sent cərimə olmaqla, cəmi 25866 ABŞ dolları 37 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 0,0059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 195 A nömrəli qeyri yaşayış binasına yönəldilməsi və həmin torpaq sahəsinin və qeyri yaşayış binasının açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 0,0059 ha torpaq sahəsi və üzərində yerləşən 195A nömrəli qeyri yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsinin və qeyri yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin və qeyri yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 26R000005273 saylı kredit razılaşması üzrə 14231 (on dörd min iki yüz otuz bir) ABŞ dolları 58 (əlli səkkiz) sent əsas, 3386 (üç min üç yüz səksən altı) ABŞ dolları 90 (doxsan) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 18118 (on səkkiz min bir yüz on səkkiz) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,0059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 195 A nömrəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən xx.xx.2014-cü il tarixli 26R000005273 saylı kredit razılaşması üzrə 18118 (on səkkiz min bir yüz on səkkiz) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 25 (iyirmi beş) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,0059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 195 A nömrəli qeyri yaşayış binasının boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 ( beş)manatı İddiaçı QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 200 (iki yüz) manat ekspertiza xərcinin 20 (iyirmi) manatı İddiaçı QSC-dən, 180 (bir yüz səksən) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə və qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmetinin müəyyənlədirilmiş məbləği ilə razı deyildir. Bundan əlavə faiz borcu ilə də razı deyildir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylıqətnaməsinin qismən ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi, faiz və cərimə borcunun yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnаməsi dəyişdirilməli, ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri-yaşayış binasının likvivid dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Cavabdeh birinici instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiymətləndirilməsi faiz və cərimə borcu hissəsində mübahisələndirdiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinə yalnız həmin hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxx 2014-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26L000003360 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000005273 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 2 faiz olmaqla 20000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 26R000005273S saylı, xx.xx.2015-ci il tarixli 26R000005273SA saylı, xx.xx.2016cı il tarixli 26R000005273S saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3, Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx xxx 2014-cü il tarixdə Cavabdeh3 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,0059 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 195 A nömrəli qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya kredit razılaşması üzrə 14231 ABŞ dolları 58 sent əsas, 4110 ABŞ dolları 98 sent faiz və 7523 ABŞ dolları 81 sent cərimə olmaqla, cəmi 25866 ABŞ dolları 37 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü, 39.3.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri yaşayış binasının dəyərini 26000 (iyirmi altı min) mаnаt məbləğində müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iş materiallarında olan “X1” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri yaşayış binasının likvidit dəyəri 27000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki,həmin məbləğ daha ağlabatandır. Ona görə də kollegiya hesab edir ki, ipoteka predmetinin likvidit dəyərinin 27000 manat müəyyən edilməsi daha obyektiv və daha ədalətli olardı.Bundan başqa kollegiya faiz və cərimə borcunun şişirdilməsi barədə apelyatorun dəlilinə qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, faiz və cərimə borcunun şişirdilməsi barədə cavabdeh tərəf hər hansı bir sübut növü məhkəmələrə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnаməsi dəyişdirilməli, ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri-yaşayış binasının likvivid dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnаməsi dəyişdirilməli, ipoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri yaşayış binasının likvivid dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-84/2019 saylı qətnаməsi dəyişdirilsin. İpoteka predmeti olan Göyçay şəhəri Nizami küçəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 195 A nömrəli qeyri yaşayış binasının likvivid dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar