Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1627/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Söhrəb oğluna və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnməsindən iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tаrixli, 2(014)-1774/2016 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. işin halları: İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə kredit, zaminlik və birgə borcluluq müqaviləsinin ləğv olunmasını və təşkilata borclu olduqları ödənilməmiş 6636.43 ABŞ dolları məbləğində əsas borcun, 88.49 ABŞ dolları məbləğində hesablanmış faiz borcun, cəmi 6724.92 ABŞ dollar məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X5 Kredit Təşkilatı (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək izah etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 xx xxxx 2013-cü il tarixdə BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Göyçay filialına kredit ayrılması ilə əlaqədar müraciət etmişlər. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında xx xxxx 2013-cü il tarixli, Go-0012709 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 30 faiz olmaqla 18 ay müddətinə 10.000 min ABŞ dolları məbləğində “Ticarət” məqsədi ilə kredit almışdır. Həmin tarixdə kredit ödənilməsi məqsədi ilə borclunun zaminləri və birgə borcluları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx xxxx 2013-cü il tarixli, L-GO-0012709-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixdədək borclular tərəfindən 10000 ABŞ dolları məbləğində əsas borcun 3363.57 dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1523.22 dollar, cərimə 4.98 dollar, cəmi 4891.77 ABŞ dollar məbləğini təşkil edən hissəsinin ödənişi həyata keçirilmişdir. Beləliklə hazırda təşkilata cavabdehlərin xx xxx 2016-cı il tarixə ödənilməmiş 6636.43 dollar məbləğində əsas borcu, 88.49 dollar məbləğində hesablanmış faiz borcu, cəmi 6724.92 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehlərdən X1 ölmüşdür. xx xxxx 2013-cü il tarixli, L-GO-0012709-F saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmüşlər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən zamin, borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər komisyon, cərimə, məhkəmə xərcləri və digər digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Müqavilənin 2.5-ci bəndinə görə zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə verib. Cаvаbdehlərə dəfələrlə mürаciət edilməsinə bаxmаyаrаq, müqаvilədən irəli gələn öhdəliklərini icrа etməmişlər. Bu səbəbdən təşkilat iddia ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. X5 Kredit Təşkilatı (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izah etmişdir ki, mərhum X1 onun əri olmuşdur. O 2013-cü ilin iyun ayında X5 Kredit Təşkilatı (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə kredit müqaviləsi bağlayaraq illik 30% olmaqla 18 ay müddətinə kredit götürmüşdür və digər cavabdehlərin həmin cəmiyyətlə zaminlik müqavilələri bağlamasından xəbəri var. Əri X1 uzun sürən xəstəlikdən xx xxxxxx 2014-cü il tarixdə Ağdaş rayonunun Cücük kəndində ölmüşdür. O isə iddiaçı ilə hər hansı formada müqavilə bağlamamış və həmin müqaviləni imzalamamışdır. Bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş, ondan mətn və imza nümunələri götürülərək ekspertizaya təqdim olunmuşdur. Keçirilmiş ekspertizanın nəticəsində xx xxxx 2013-cü il tarixli, GO-0012709-F saylı birgə borcluluq müqaviləsindəki imzanın onun tərəfindən icra olunmadığı müəyyən olunmuşdur. Ona görə də iddianın ona aid hissəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izah etmişdir ki, həqiqətən də xx xxxx 2013-cü il tarixdə məhrum X1 və Cavabdeh1 iddiaçı təşkilatdan kredit götürməsi ilə əlaqədar onlara zamin durmuşdur və ona görə də iddiaçı ilə aralarında həmin tarixli, L-GO-0012709-F saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə bağlanarkən Cavabdeh1 həmin bankda görməmişdir. Məhrum X2 iddiaçı tərəfindən ona verilmiş krediti qrafikə uyğun hər ay vaxtlı-vaxtında ödəyirdi. Onun qəflətən xəstələnərək ölməsi nəticəsində kreditin verilməsi dayandırılmışdır. İddiaçı tərəfindən zamin kimi krediti ödəmək ona bildirəndə iddiaçıya mərhum öldüyündən sonra kreditə xitam verlməli olduğunu həmin iddiaçı təşkilata bildirmişdir. Hesab edir ki, birgə borcluluq müqaviləsi üzrə borclu X1 öldüyündən və müqavilə digər borclu Cavabdeh1 tərəfindən imzalanmadığından onlara qarşı məhkəmədə qaldırılmış həmin iddia tam əsassızdır, ona görə də iddianın ona dair hissəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 da iddianı qəbul etməyərək Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən X5 Kredit Təşkilatı (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC apelyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməsi, Ağdaş Rаyon Məhkəməsinin xx xxxxxx 2016-cı il tаrixli, 2(014)-1774/2016 saylı qətnaməsi qismən-iddianın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit üzrə əsas və faiz borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit borcunun tutulması hissəsində təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6636.43 ABŞ dolları məbləğində əsas kredit borcu, 88.49 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 6724.92 ABŞ dollar məbləğində kredit borcu məhkəmə qətnaməsi icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2351/2020 saylı qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)1592/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apelyasiya şikayətlərinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə X1 BOKT “xxxxxxxxxxxxxxxxxxxx“ MMC-dən GO-0012709-F saylı kredit müqaviləsinə əsasən 10.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Həmin tarixdə kreditin təminatı olaraq Cavabdeh1 ilə birgə borcluluq, Cavabdeh2, Nəzərov Zabit Söhbət oğlu və Cavabdeh4 ilə isə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixdə X1 vəfat etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh1 vəsatətinə uyğun olaraq, birgə borcluluq müqaviləsinin Cavabdeh1 tərəfindən imzalanıb imzalanmadığını müəyyən etmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza birgə borcluluq müqaviləsinin Cavabdeh1 tərəfindən imzalanmadığı barədə rəy vermişdir. Hesab edir ki, ekspertin rəyi düzgün deyil və iş üzrə yenidən kompleks ekspertiza keçirilməlidir. Bundan əlavə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin müvafiq normaları Cavabdeh2, Nəzərov Zabit Söhbət oğlu və Cavabdeh4 aid hissədə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin cavabdehlərlə BOKT “xxxxxxxxxxxxxxxxxxxx“ MMC arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinin müddəalarına əsasən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürmüşlər. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 6724.92 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxx“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 izahat verərək şikayətin təmin olunmamasını və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiklərinə görə də işə onların iştirakı olmadan baxıldı. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə münаsibətdə düzgün həll etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2351/2020 saylı qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Qanunvericilikdə belə bir normanın müəyyən olunmasında məqsəd borclunun kreditor qarşısında öhdəliyinin icrasını daha etibarlı təmin etməkdən ibarətdir. Borclu öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin norma kreditora zamindən borclunun öhdəliklərinin icrasını tələb etmək hüququ verir. Göstərilən norma borclunun deyil, ilk növbədə kreditorun mənafeyinin müdafiəsinə xidmət etməklə bunda əsas məqsəd kreditor tərəfindən əvvəlcədən verilmiş pul məbləğinin ona qaytarılmasını təmin etməkdən ibarətdir. Zaminliyin mahiyyəti yalnız bundan ibarət olduğundan məhkəmələr zaminlik təmin olunmuş öhdəliklə bağlı mübahisələrə baxarkən onun mahiyyətini, məqsəd və vəzifələrini nəzərə almalı və mübahisənin qanuni və ədalətli həllini təmin etməlidilər Bununla bağlı kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması zaminliyə xitam verilməsi hallarından biridir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx xxxx 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə zamin durmuşlar. (zaminlik müqaviləsi 2.1– 2.4, 3.4.2-ci bəndləri). Həmin müqavilənin 3.2-ci bəndinə əsasən isə bu öhdəliyin müddəti kreditor və borclu arasında bağlanan kredit müqaviləsinin müddəti ilə üst-üstə düşür və borclu tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam yerinə yetirilənədək qüvvədə qalır. Göründüyü kimi, Zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, borclunun müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlərin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmələri göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi ilə müəyyənləşdirmə; illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər iddiaçı hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib, hökmən baş verməli hadisə kimi isə kredit müqaviləsindən əmələ gələn öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe kollegiyanın qənaətinə görə yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər (Mülki Məcəllə,27-ci fəsil). “Hökmən” ifadəsi nəzərə alınmaqla qeyd olunmalıdır ki, hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Kollegiya hesab edir ki, müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırkı halda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olması halı qanunvericiliklə tənzimlənmişdir. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olmasına, kredit öhdəliyinin icrası vaxtının başa çatmasına, hazırkı iddianın isə bu tarixdən xeyli müddət sonra irəli sürülməsinə, zaminliyə xitam verildiyindən zamin hazırki vəziyyətdə Bank qarşısında məsuliyyət daşıyıb-daşımamasına apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd olunanlara əsasən mübahisəyə kəsici müddət tətbiq edilməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477-ci maddəsi zaminliklə bağlı məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 477-ci maddəsinin öhdəliklərin icrasının təmin edilməsini müəyyən edən 24-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi, borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında xx xxxx 2013-cü il tarixli, Go-0012709 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 30 faiz olmaqla 18 ay müddətinə 10.000 min ABŞ dolları məbləğində “Ticarət” məqsədi ilə kredit almışdır. Həmin tarixdə kredit ödənilməsi məqsədi ilə borclunun zaminləri və birgə borcluları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx xxxx 2013-cü il tarixli, L-GO-0012709-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixdədək borclular tərəfindən 10000 ABŞ dolları məbləğində əsas borcun 3363.57 dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1523.22 dollar, cərimə 4.98 dollar, cəmi 4891.77 ABŞ dollar məbləğini təşkil edən hissəsinin ödənişi həyata keçirilmişdir. Beləliklə hazırda təşkilata cavabdehlərin xx xxx 2016-cı il tarixə ödənilməmiş 6636.43 dollar məbləğində əsas borcu, 88.49 dollar məbləğində hesablanmış faiz borcu, cəmi 6724.92 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehlərdən X1 ölmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş birgə borclular müqaviləsi BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 tərəfindən imzalanmadığından həmin müqavilə bağlanmış hesab edilə bilməz. Bundan əlavə, Mərhum X1 öldüyündən və birgə borclular müqaviləsi etibarsız hesab edildiyindən, yəni kredit müqaviləsi üzrə öhdəliyin borclunun şəxsi iştirakı olmadan icrası mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Belə olan halda kredit müqaviləsi üzrə zaminlərə nisbətdə zaminlik müqaviləsi üzrə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən zaminlər öhdəlik üzrə məsuliyyət daşımırlar. Eyni zamanda zaminlər birgə borcluluq müqaviləsində zaminlik məsuliyyətini öz üzərlərinə götürməmişlər. Ona görə də məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsnin nəticəsi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən sözügedən kredit müqaviləsinin imzalamaması iş materiaları, müvafiq ekspertiza rəyləri ilə subuta yetirildiyindən Cavabdeh1 “BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC qarşısından heç bir öhdəliyi mövcud deyildir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 Söhrəb oğluna və Cavabdeh4 sözügedən kredit müqaviləsi üzrə “BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC qarşısındakı öhdəliyinin olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə kollegiyanın yuxarıda qeyd olunan hallara əsasən kəsici müddət tətbiq edilməlidir. Belə ki, sözügedən kredit müqaviləsi xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixə kimi 18 ay müddətinə bağlanmışdır. “BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC xx xxx 2016-ci il tarixdə məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən kəsici müddət ilə normalarına əsasən “BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC digər cavabdehlərə, yəni Cavabdeh1ha, Cavabdeh2, Cavabdeh3 Söhrəb oğluna və Cavabdeh4 ilə bağlı xx xxxxxx 2016-cı il tarixədək, yəni öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində hazırkı iddia tələbi üzrə iddia qaldıra bilərdi. Ona görə apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üzrə apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin şikayətinə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə baxılmış apellyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(014)-1774/2016 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Qətnamədən tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1627/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1627/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver