Məhkəmə qərarları › İş №2(107)-1632/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1632/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1632/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və dövlət rüsum tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-45/2020 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçılar Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini xx xxxx 2020-ci il tarixdə rabitə orqanına təhvil verməklə həmin şikayəti rabitə təşkilatı vasitəsilə bilavasitə Şəki Apellyasiya Məhkəməsinə göndərmişlər. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti, həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçılar Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (054) - 45 / 2020 nömrəli qərardadından şikayət verərək bildirmişlər ki, apellyasiya şikayətinin qaytarılması üçün heç bir əsas yoxdur. Onlar qətnamədən apellyasiya şikayəti vermə müddətini keçirməmişlər. Ona görə də apellyasiya şikayətinin geri qaytarılmasını qanunsuz hesab edirlər. Qeyd etdiklərinə əsasən məhkəmənin xx xxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə apellyasiya şikayətinin qaytarılmasına dair Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (054) - 45 / 2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın və həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardadın ləğv edilməsini, apellyasiya şikayətlərinə baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsini, apellyasiya şikayətlərinə baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında işə mahiyyəti üzrə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçılar məhkəmə iclaslarında şəxsən iştirak etmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-45/2020 nömrəli qətnaməsi xx xxxx 2020ci il tarixdə işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçılara (qeydiyyatda olduqları və iddia ərizəsində də qeyd etdikləri ünvanlara göndərilməklə) xəbərnaməli poçt vasitəsilə göndərilməklə rəsmi qaydada verilmişdir. İddiaçıların hər biri ayrı-ayrılıqda həmin qətnaməni xx xxxx 2020-ci il tarixdə almışlar. İddiaçılar qətnaməni aldıqları vaxtdan 3 (üç) aya yaxın müddət keçəndən sonra - xx xxxx 2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, qətnamədən vaxtında apellyasiya şikayəti verilməməsini COVİD-19 pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi tətbiq edilməsi ilə əlaqələndirmiş, lakin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçılar tərəfindən Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(054)-45/2020 nömrəli qərardadından verilmiş şikayətdə göstərilən xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçılar tərəfindən qətnaməni aldıqları vaxtdan 3 (üç) aya yaxın müddət keçəndən sonra-xx xxxx 2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermələrinin səbəbi kimi COVİD-19 pandemiyasını göstərmələri halı, müddətin ötürülməsinin üzürlü səbəbi kimi nəzərə alına biləcək bir haldır. İddiaçılar isə müddətin bərpası ilə bağlı vəsadətlə məhkəməyə müraciət etməyərək məlum qərardaddan şikayət verməyi üstün tutmuşlar ki, bu da məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(054)-45/ 2020 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (054)-45/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-45/2020 nömrəli və həmin qərardad ilə bağlı xx xxxx 2020-ci il tarixli 2(054)-45/2020 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar