Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1632/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-Borc pul tələbi, zaminlik) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın cəmi 15030 manat pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın cəmi 12030 manat pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o Ağcabədi şəhərində yaşayır. O tanıdığı və yaxın münasibətdə olduğu Cavabdeh1 ehtiyac olduğu üçün müqaviləyə əsasən qaytarmaq şərtilə 15000 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh1 özü şəxsən vermiş və Cavabdeh1 pulu alan zaman borc müqaviləsini imzalamışdır. Cavabdeh2 isə Cavabdeh1 zamin duraraq pulun verilmədiyi təqdirdə pulun verilməsini öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər aldıqları pulu geri qaytarmaq istəmirlər. Məhkəmə araşdırması zamanı cavabdehlər borclarından 3000 manatını ona geri ödəmişlər. Beləliklə cavabdehlərin ona 12000 manat məbləğində borcu qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın cəmi 12030 manat pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim M. Qarayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu cəmi 12030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında 10.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı Cavabdeh1 2 ay müddətinə geri qaytarmaq şərti ilə 15000 manat pul vermişdir. Cavabdeh2 da Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin təminatı kimi zamin duraraq bu barədə qəbz yazaraq imzalamışdır. Məhkəmə gedişatı zamanı cavabdehlər iddiaçıya olan borclarından 3000 manatını ödəmişlər. Məhkəmə iclasında cavabdehlərin iddiaçıya 12000 manat borcunun olması iş materialları ilə sübuta yetirilmişdir. Ona görə də iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu cəmi 12030 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 –ci, 386.1-ci, 472.1-ci, 475.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul olunduğuna görə həmin qətnaməni qanunsuz hesab edir. Belə ki, Qax Rayon Məhkəməsi özünün 2(024)-264/2021 saylı, 31 may 2021-ci tarixli qətnaməsində aralarında heç bir müqavilə olmadan onun üzərinə zamin kimi məsuliyyət qoyulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflər müqavilə bağlamaqda və müqavilə şərtlərini müəyyənləşdirməkdə sərbəst olsalar belə, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı və onlarda qeyri-müəyyənliyə yol verilməməlidir. Odur ki, forma və məzmunu qanunvericiliklə müəyyən olunan və yalnız yazılı formasına yol verilən zaminlik müqaviləsinin mövcud olmamasına baxmayaraq, məhkəmə tərəfindən müvafiq qəbzə əsasən öhdəliyin zaminliklə təmin olunmuş öhdəlik hesab edilməsi tamamilə qanunsuz və əsassız olmuş və qeyd olunan normaların tələbləri kobud şəkildə pozulmuşdur. Bununla da əhəmiyyətsiz olan qəbzi, zaminlik müqaviləsi kimi nəzərə almaqla məhkəmə dolayı yollarla sübutların bir tərəfli aşardırılmasına və işin bütün hallarının iddiaçının xeyrinə qiymətləndirilməsinə şərait yaratmaqla onun üzərinə əsassız şəkildə məsuliyyət qoymuşdur. Sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə aralarında qanunvericiliklə müəyyən olunmuş müqavilənin bütün mühüm şərtləri barəsində tələb edilən formada zaminlik müqaviləsi bağlanmadığından iddia tələbi ona dair hissədə təmin edilə bilməz. Göründüyü kimi məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən göstərilən məsələlərə aydınlıq gətirmədiyinə görə onun əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüquqlarımı pozmuşdur. Bu səbəbdən Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021ci il tarixli qətnaməsini qismən ləğv edərək iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 2(024)- 264/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsini qismən ləğv edərək iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək müəyyən sübutların təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsinin Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsini mübahisələndirmişdir. Tələb qətnamənin qismən ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsi üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında 10.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı Cavabdeh1 2 ay müddətinə geri qaytarmaq şərti ilə 15000 manat pul vermişdir. Cavabdeh2, qəbz yazaraq Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin təminatı kimi zamin kimi öhtəlik daçıdığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan, eyni zamanda apelyasiya şikayətinin dəlillərini əsaslı sayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə təmin etməkdə səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, həmin qəbz sadə formada yazılmış və bir tərəfdən imzalanmış, iddiaçı tərəfindən imzlanmamışdır. Halbuki zaminlik müqaviləsinin şərtlərinə görə həmin müqavilə kreditverən və zamin tərəfindən imzalanmalıdır. Yəni müqavilənin şərtlərinə əməl ediməmişdir. Məhkəmələr təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Hazırkı halda isə həmin müqavilə ilə iddiaçının razılaşıbrazılaşmamsı barədə hər hansı bir qeyd və ya imza mövcud deyildir. Yəni qeyd edilən qəbz Cavabdeh2 əsas borclu ilə bərabər borcu qaytarmaq öhdəliyi yaratmır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və -_| maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «...Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəs: göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır...Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı və onlarda qeyri-müəyyənliyə yol verilməməlidir. Ona görə də kollegiya hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsi üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 2(024)- 264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 2(024)-264/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi Cavabdeh2 12000 manat borc pul və iddiaçının iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 12030 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1632/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1632/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver