Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1637/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyan tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, Cavabdeh 900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvan tələf olduğu üçün cavabdehə ödədiyi 900 manat pulun və dəymiş zərərə görə 500 manat olmaqla, cəmi 1400 (bir min dörd yüz) manat Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 07.08.2020-ci il tarixdə Göyçay rayon sakini X3 Bərdə rayon mal bazarından 900 manat nağd pul vəsaiti ilə, bir baş “Hoestin friz” cinsli iribuynuzlu heyvan almış və bir gün keçdikdən sonra yəni 08.08.2020-ci il tarixdə həmin iribuynuzlu heyvan xəstələnmişdir. Alğı-satqı apardığı Raufla telefon vasitəsi ilə əlaqə saxlamış və satdığı heyvanın xəstə olduğunu bildirmiş və ödədiyi pulu geri tələb etmişdir. Cavabdeh danışıq zamanı yaranmış problemə laqeyd münasibət göstərmiş və hər hansı bir tədbir görməyəcəyini kobud şəkildə ifadə etmişdir. Aldığı heyvanı baytar həkimlərə göstərib müvafiq tədbirlər görsə də 14 avqust 2020-ci il tarixdə həmin heyvan ölmüşdür. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin Ağcabədi rayon Baytarlıq İdarəsinin Hüsülü Baytar sahəsinin müdiri Bəkir Həsənov tərəfindən onun həyətində 14 avqust 2020-ci il tarixində yarma aparılmış və müvafiq akt imzalanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Qida X1 X2 heyvandan götürülmüş nümunələr əsasında yoxlama aparılmış və 26.08.2020-ci il tarixdə nümunə təhvil-təslim aktı tərtib edilmiş və 520 saylı sınaq protokolu tərtib edilmişdir. Beləliklə də, İddiaçı 900 manata almış olduğu bir baş iri buynuzlu heyvana, 500 manatdan artıq əlavə pul xərcləmiş və ümumilikdə 1400 manat vəsait itirmişdir. Dəfələrlə cavabdeh X3 dəymiş ziyanın ödənilməsini tələb etsə də, o bundan imtina etmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 07.08.2020-ci il tarixdə Bərdə rayon mal bazarında 900 manat nağd pul vəsaiti ilə bir baş sağlam “Hoestin friz” cinsli iribuynuzlu heyvanı İddiaçı satmışdır. İddiaçı 08.08.2020-ci il tarixdə həmin iribuynuzlu heyvanın xəstələndiyi barədə ona məlumat vermiş, lakin onun heyvanın xətələnməsində heç bir günahı olmadığını iddiaçıya bildirmişdir. Hesab edir ki, iddiaçıya satdığı heyvan sağlam olmuş, buna görə də iddiaçının ondan 1400 manat ziyan tələbini əsassız hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvan tam sağlam olmuş, həmin heyvan satılarkən heç bir xəstəliyi olmamışdır. Lakin İddiaçı satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvanı təhvil aldıqdan sonra öz təsərrüfatında saxlamış, lakin İddiaçı heyvanların saxlanma və yemlənmə şəraiti zoobaytar tələblərinə uyğun deyil. Cins mal-qara saxlanılan təsərrüfat daxilində ev quşları (qaz və ördək) və xırda buynuzlu heyvanların saxlanılması yolverilməzdir. Buna baxmayaraq İddiaçı heyvanların saxlanma və yemlənmə şəraitinə dair zoobaytar tələblərinə əməl etməmişdir. “Hoestin friz” cinsli iribuynuzlu heyvanın saxlanılması qaydaları vardır. İddiaçı heyvanların saxlanması və yemləndirilməsinin zoobaytar tələblərinə əməl etməmiş, heyvanı az miqdarda quru ot, kəpək, cüzi miqdarda arpa və buğda yarması ilə yemləndirmiş, heyvana sulu şirəli, balanslandırılmış qüvvəli yemlər verilməmiş, bu səbəbdən satılmış heyvanın orqanizminin ümumi müqaviməti zəifləmiş və qısa müddətdə heyvanın kaxeksiya vəziyyətinə düşməsi ilə nəticələnmişdir. İddiaçının heyvandarlıq təsərrüfatında heyvanların saxlanılması və yemləndirilməsi acınacaqlı vəziyyətdədir. Bütün yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, satılmış heyvan tövlədə bağlı, antisanitar şəraitdə saxlanılması, ona gəzinti verilməməsi, bir sözlə Cavabdeh tərəfindən İddiaçı satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvan sırf təsərrüfatsızlıq səbəbindən tələf olmuşdur. Qətnamədən görünür ki, məhkəmə heyvanların saxlanma və yemlənmə şəraitinə mütəxəsislərin iştirakı ilə baxış keçirməmiş, iddiaçının heyvandarlıq təsərrüfatında heyvanların saxlanma və bəslənmə şəraiti ilə tanış olmamış və iş üzrə tam araşdırma aparmadan qətnamə qəbul edilmişdir Ona görə də, Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)- 324/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 14.08.2020-ci il tarixli yarma protokolundan görünür ki, tələf olmuş heyvanın 09.08.2020-ci il tarixdə xəstələnməsi barədə həkimə məlumat verilmiş, heyvan müalicə almış, 14.08.2020-ci il tarixdə heyvan İddiaçı həyətində ölmüş, həmin heyvan qeyd edilən tarixdə yarılmış, ölümünün səbəbi teyleriyoz xəstəliyi olmuşdur. İşdə olan 31.08.2020-ci il tarixli 520 saylı sınaq protokolundan görünür ki, 14.08.2020-ci il tarixdə İddiaçı həyətində ölmüş heyvanın nümunəsi labarator sınaqdan keçirilmiş və heyvanda infeksiya törədicisi aşkar edilməmişdir. İşdə olan Göyçay rayon Baytarlıq İdarəsinin mütəxəssisi X5 tərəfindən verilmiş 08.02.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 14.08.2020-ci il tarixdə İddiaçı həyətində ölmüş heyvanın yoluxucu xəstəlikdən ölmədiyi aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 587.2, 587.2.1, 587.3, 608, 609.1 və 1097.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə; Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 07.08.2020-ci il tarixdə cavabdeh X3 Bərdə rayon mal bazarında 900 manat nağd pul vəsaiti ilə bir baş “Hoestin friz” cinsli iribuynuzlu heyvan almış, bir gün keçdikdən sonra yəni 08.08.2020-ci il tarixdə həmin iribuynuzlu heyvanın xəstələnməsi barədə cavabdehə məlumat vermişdir. 14.08.2020-ci il tarixdə həmin heyvan ölmüşdür. Hazırda iddiaçı cavabdehdən ona dəymiş 1400 manat məbləğində maddi ziyanı tələb edir. Birinci instansiya məhkəməsinin baxışı zamanı Cavabdeh İddiaçı 900 manata bir baş iri buynuzlu heyvan satdığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən yalnız həmin iri buynuzlu heyvanın dəyərini tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı iri buynuzlu heyvanın müalicəsinə xərclənmiş 500 manatın Cavabdeh alınaraq ona verilməsinə əsas verilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 900 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1637/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1637/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver