Məhkəmə qərarları › İş №2(107)-1638/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1638/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1638/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxx” X15 X9 Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” X15 Təşkilatı X3rşı artıq hesablanmış kredit məbləğinin silinməsi və evin girovdan azad olunması tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-26/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” X15 Təşkilatı X3rşı xx xxxx 2008-ci il tarixli CaZag 20342/08 saylı kredit müqaviləsi üzrə qalmış borcun müəyyənləşdirilməsi və ünvan 1 saylı ünvanda yerləşən evin girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməsi, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi, İddiaçı 200 (iki yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsiqət olunmuşdur. İşin halları : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli İK 115/FM/15 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2008-ci il tarixli CaZag20342/08 saylı cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə qalmış borcun (əsas, faiz və cərimə) müəyyənləşdirilməsi və ünvan 1 saylı ünvanda yerləşən evin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh təşkilatdan 2008-ci ildə 50000 ABŞ dolları kredit götürmüşdür. Evini ipoteka müqaviləsi əsasında girov qoymuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2-214/2010 saylı qətnaməsi ilə kredit müqaviləsinə xitam verilmiş, onun cavabdehə borclu olduğu 45032 ABŞ dollar borcu, yəni 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu olduğu müəyyən edilmiş və girov qoyduğu evin ilkin satış qiyməti 90000 ABŞ dolları müəyyən edilməklə satılması qət edilmişdir. Zaqatala Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qətnaməsi ilə qüvvədə saxlanılmışdır.Qətnamənin icrası olaraq ev iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, cavabdeh təşkilat da evi öz balansına götürməmişdir. Bundan sonra xx xxxxxx 2012-ci il tarixdə sığorta təşkilatı tərəfindən onun kredit borcunun əsas borc hissəsindən 31620 ABŞ dolları cavabdeh təşkilata ödənilmişdir. Buna görə də onun cavabdeh təşkilata 35660-31620=4049 ABŞ dolları əsas borcu, 8335 ABŞ dolları faiz borcu və 1027 ABŞ cərimə borcum qalmışdır. Həmin borc əsas borc hissəsinə Prezidentimizin fərmanı əsasında Problemli kreditlərin kompensasiyası olaraq 3443 manant silinmiş və cavabdehə ödənilmişdir. Lakin cavabdeh təşkilat X11 Palatasına düzgün məlumat verməmiş və onun borclarını şirşirdərək sığorta tərəfindən ödənilmiş pulları gizlətmişdir. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışda onun əsas borcunun 4049 ABŞ dollar, faiz isə 22863 ABŞ dollar olduğu qeyd edilmişdir. Həmin çıxarışa əsasən borc sığorta tərəfindən ödənilmiş pullar nəzərə alınmaqla göstərilmişdir. Lakin faiz borcu isə qətnamə çıxan gündən sonra həmin tarixədək hesablanıb yazılıb. Bu düz deyil qətnamə ilə kredit müqaviləsinə xitam verilmişsə qətnamədə göstərilən faiz məbləği böyüməli deyildir. Bundan başqa X2 verilmiş xx xxxxx 2019-cu il tarixli Çıxarışda isə kreditin əsas borc qalığı 35669 ABŞ dolları, faizi isə 9363 ABŞ dolları göstərilmişdir. Bu çıxarışda faiz ilə cəriməni faiz ilə toplayıb göstəriblər, lakin əsas borcdan sığorta təşkilatının ödədiyi pulu çıxmadan göstərmişdir. 2017-ci ildə onun 4000 manat borcu olduğu halda 2019-cu ildə 35000 göstərilib. Deməli cavabdeh təşkilat borcu olan şəxslərə istədiyi kimi borcu olduğunu göstərə bilir. Məhkəmənin qətnaməsinə əsasən kredit müqaviləsinə xitam verildiyinə görə qətnamədə göstərilən, əsas borca qətnamə çıxarılan gündən sonra heç bir faiz hesablana bilməz. Lakin cavabdeh bu günədək həmin borca faiz hesablayır. Evi isə hərracda satılmayıb lakin girov olaraq bu günədək yüklüdür. Ev daşınmaz əmlakdır, həmin evdə yaşayır və ev Zaqatalada yerləşir. Borcu isə artıq azalmış və cəmi məbləğ 10000 ABŞ dolarından və 17 000 manatdan az təşkil edir. Prezident Problemli kreditlərlə bağlı Fərmanı əsasında qalan borc məbləği güzəştli şərtlə ona 5 illik müqavilə əsasında ödəmək üçün cavabdeh tərəfindən şərait yaradılmalıdır. Belə olan halda evin girovda saxlanılmasına ehtiyac yoxdur. İddianın bir hissəsi daşınmaz əmlakla bağlı olduğundan və daşınmaz əmlak Zaqatalada yerləşdiyindən və daşınmaz əmlakla bağlı iddialara əmlakın yerləşdiyi yerdə baxıldığından iddianı Zaqatala rayon Məhkəməsinə yazır. İddiada qeyd olunanları aydınlaşdırmaq üçün məhkəmə qarşısında vəsatət qaldırır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsin. Ekspert qarşısında sığorta tərəfindən ödənilmiş məbləğin müəyyən edilməsinə dair suallar qoyulsun və cavabdeh təşkilatdan kredit ödənişləri ilə bağlı sənədlər tələb edilsin və Mərkəzləşdirilmiş kredit Reyestrindən verilmiş və Azərbaycan Kredit Bürosundan verilmiş çıxarışlarda olan ziddiyyətin aydınlaşdırılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına sorğular göndərilsin. Məhkəmə araşdırması nəticəsində onun kredit borcunun 17 000 manatdan və ya 10000 ABŞ dollarından az olduğu müəyyənləşəcəq və o Prezidentin verdiyi Fərman ilə yaranmış hüquqlarından istifadə edə biləcək. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdikləri nəzərə alınaraq iddianın təmin edilməsi batrədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2-214/2010 saylı qətnaməsi ilə kredit müqaviləsinə xitam verilmiş, onun cavabdehə borclu olduğu 45032 ABŞ dollar, yəni 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu olduğu müəyyən edilmiş və girov qoyduğu evin ilkin satış qiyməti 90000 ABŞ dolları müəyyən edilməklə satılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Qətnamənin icrası olaraq ev iki dəfə hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, cavabdeh təşkilat da evi öz balansına götürməmişdir. Bundan sonra xx xxxxxx 2012-ci il tarixdə sığorta təşkilatı tərəfindən onun kredit borcunun əsas borc hissəsindən 31620 ABŞ dolları cavabdeh təşkilata ödənilmişdir. Buna görə də onun cavabdeh təşkilata 35660-31620=4049 ABŞ dolları əsas borcu, 8335 ABŞ dolları faiz borcu və 1027 ABŞ cərimə borcum qalmışdır. Həmin borc əsas borc hissəsinə Prezidentimizin fərmanı əsasında Problemli kreditlərin kompensasiyası olaraq 3443 manant silinmiş və cavabdehə ödənilmişdir. Lakin, cavabdeh təşkilat X11 Palatasına düzgün məlumat verməmiş və onun borclarını şirşirdərək sığorta tərəfindən ödənilmiş pulları gizlətmişdir. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışda onun əsas borcunun 4049 ABŞ dollar, faiz isə 22863 ABŞ dollar olduğu qeyd edilmişdir. Həmin çıxarışa əsasən borc sığorta tərəfindən ödənilmiş pullar nəzərə alınmaqla göstərilmişdir. Lakin faiz borcu isə qətnamə çıxan gündən sonra həmin tarixədək hesablanıb yazılıb. Bu düz deyil qətnamə ilə kredit müqaviləsinə xitam verilmişsə qətnamədə göstərilən faiz məbləği böyüməli deyildir. Bundan başqa X2 verilmiş xx xxxxx 2019-cu il tarixli Çıxarışda isə kreditin əsas borc qalığı 35669 ABŞ dolları, faizi isə 9363 ABŞ dolları göstərilmişdir. Bu çıxarışda faiz ilə cəriməni faiz ilə toplayıb göstəriblər, lakin əsas borcdan sığorta təşkilatının ödədiyi pulu çıxmadan göstərmişdir. 2017-ci ildə onun 4000 manat borcu olduğu halda 2019-cu ildə 35000 göstərilib. Deməli cavabdeh təşkilat borcu olan şəxslərə istədiyi kimi borcu olduğunu göstərə bilir. Məhkəmənin qətnaməsinə əsasən kredit müqaviləsinə xitam verildiyinə görə qətnamədə göstərilən, əsas borca qətnamə çıxarılan gündən sonra heç bir faiz hesablana bilməz. Lakin cavabdeh bu günədək həmin borca faiz hesablayır. Evi isə hərracda satılmayıb lakin girov olaraq bu günədək yüklüdür. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-26/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı oxşar məzmunda izahat verərək bildirdi ki, 2001-ci ildən 5 dəfə kredit alıb qaytarıb. 2008-ci ildə 50000 ABŞ kredit götürüb 25 baş mal-qara alıb. Evini ipoteka müqaviləsi əsasında girov qoymuşdur. Həmin qış çox soyuq keçdiyindən onun aldığı mallardan 14 başı tələf olmuşdur. O, həmin filiala müraciət etmiş, filialdan gəlib yerində baxış keçirilib, köməklik göstərəcəklərini bildirmişlər. O, kreditin 28000 ABŞ dollarını qaytarıb. Ona Bank tərəfindən heç bir köməklik göstərilməyib, əksinə onu məhkəməyə vermişlər. Zaqatala Rayon Məhkəməsi tərəfindən onun “xxxxxxxxx” X15 X9 Cəmiyyətinə 45032 ABŞ dolları borcunun olduğuna dair qətnamə çıxarəlmışdır. Filialın rəhbəri tutulanda onlarıda iclasa çağırmışlar. Həmin iclasda onlara dedilər ki, kömək məqsədi ilə Alfa sığortadan sizin adınıza 31600 ABŞ dolları sığorta pulu keçiriblər. Belə olan halda onun banka 4000 ABŞ dolları borcu qalır. 2017-ci ildə başqa bankdan kredit götürən zaman reyestrdən çıxan sənəddədə göstərdilər ki, 4000 ABŞ dolları borcu qalıb. 2017-ci ildə o bankın filialına demişdir ki, qətnamədə 8000 ABŞ dolları cərimə borcu və 4000 ABŞ dolları əsas borcu var cəmi 14000 ABŞ dolları borcu var. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Lakin, bank tərəfindən razılıq olmamış, ona məktub göndərmişlər ki, onun 45032 ABŞ dolları borcu var. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxx” X15 X9 Cəmiyyətinin nümayəndəsi X10 göstərdi ki, tərəfin təqdim etdiyi sənədlərdə heç bir möhür və imza yoxdur. İddiaçının söylədikləri həqiqəti əks etdirmir. Belə ki, onlara sığorta təşkilatı tərəfindən hər-hansı bir məbləğ ödənilməmiş, eləcədə kredit müqaviləsinə xitam verldiyi tarixdən iddiaçıya hər-hansı bir kredit faizi hesablanmamışdır. Bu səbəbdən də apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş «Cred Agro» BOKT ilə İddiaçı arasında bağlanmış xx xxxx 2008-cı ıl tarixli CaZag 20342/08 saylı kredit müqaviləsindən gorünur kı İddiaçı 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 50 000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 nömrəli xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh İddiaçı ilə «Cred Agro» X17 Təşkilatı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı ilə «Cred Agro» X17 Təşkilatı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 2 saylı ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52.5 kvm yaşayış 160.7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri V Qurbanov kuçəsı 5 saylı ünvanda 0.035 ha torpaq sahəsində yerləşən 2 mərtəbə 2 otaqlı 52.5 kvm yaşayış. 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda İddiaçı və X8 tutduqları yaşayış sahənin ən geci bir ay müddətinə tərk etməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032.58 (qırx beş min otuz iki ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rusumu iddiaçı «Cred Agro» X17 Təşkilatının hesabına keçirilməsi, iddianın cavabdehləri evdən qeydiyyatdan çıxarılmalarına və ipoteka predmetinin satışından götürüləcək məbləğin tələbin ödənilməsi üçün kifayət etmədiyi halda ödəmənin digər əmlaka yönəldilməsinə dair hissəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx xxx 2011-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-448/2010 nömrəli iş üzrə xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X4 apelyasiya şikayətinin təmin olunması, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərara əsasən cavabdehlər İddiaçı və X1 şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-448/2010 nömrəli iş üzrə xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” BOKT MMC-in xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 20342/08 kredit müqaviləsi üzrə cavabdeh İddiaçı həmin tarixə 33644,89 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 8335,86 ABŞ dolları faiz borcu, 1027,18 ABŞ dolları cərimə olmaqla, cəmi 43007,93 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 4049 ABŞ dolları məbləğində əsas borcu, 22863 ABŞ dollar məbləğində isə faiz bocu olmaqla dəyəri 73800 manat olan daşınmaz əmlaka yönəldilmiş aktiv öhdəliyi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı 35669,54 ABŞ dolları məbləğində əsas borcu, 9363,04 ABŞ dollar məbləğində isə faiz bocu olmaqla dəyəri 73800 manat olan daşınmaz əmlaka yönəldilmiş aktiv öhdəliyi vardır. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, İddiaçı xxxxxxxxx BOKT MMC-nə xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 60638.22 manat, borcun azaldılmasına yönəldilən məbləğ 3441,90 manat, qalıq borc məbləği 57196.32 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-657/2019 nömrəli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş ödəniş cədvəlinə (müqaviləyə 1 saylı əlavə- səh. 17) əsasən kredit dövrü ərzində hər ay ödəniş edilməklə 50.000,00 ABŞ dolları əsas borc, 24.650,00 ABŞ dolları faiz borc olmaqla üzmumilikdə 74.650,00 ABŞ dolları ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışa əsasən xx xxxx 2008-cı il tarixli CaZag 20342/08, saylı kredit müqaviləsi üzrə həmin tarixə 2024,64 ABŞ dolları əsas borc, 22.863,26 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 24.887,90 ABŞ dolları məbləğində, Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 33.644,89 ABŞ dolları əsas borc, 9.363,04 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 43.007,93 ABŞ dolları məbləğində, Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 33.644,89 ABŞ dolları əsas borc, 8.831,59 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 42.476,48 ABŞ dolları məbləğində İddiaçı borcu qalığı müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 33644,89 ABŞ dolları məbləğində əsas borcu, 8831,59 ABŞ dollar məbləğində isə faiz bocu olmaqla dəyəri 73800 manat olan daşınmaz əmlaka yönəldilmiş aktiv öhdəliyi vardır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” BOKT MMC-in xx xxx 2020-ci il tarixli G 0800/20 nömrəli məktubundan görünür ki, İddiaçı “xxxxxxxx” BOKT MMC-yə qarşı işlə əlaqədar bildirirlər ki, məhkəməyə təqdim edilən maliyyə arayışı müştəri tərəfindən aparılan ödənişləri əks etdirən hesabın dövriyyəsindən ibarətdir. Həmin arayış müştəri tərəfindən Təşkilatın müvafiq bank hesabına ödənilən bütün vəsaitləri əks etdirir. Bildirirlər ki, kredit üzrə ödənişlər kreditorun ödəniş terminalları vasitəsi ilə və ya müvəkkil bankda olan hesabına Borcalanın adından ödənilməklə həyata keçirilir. Qalan bütün hallarda dəyə biləcək ziyana görə kreditor məsuliyyət daşımır. Kredit müqaviləsinə uyğun olaraq Müştəri təşkilat tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən borcla razı olmadığı və daha artıq ödəniş etdiyini bildirdiyi halda onların bank hesablarına onun tərəfindən edilən ödənişləri təsdiqləyən bank sənədlərini təşkilata təqdim etməlidir. Cavabdehin faktiki borcu ilə Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) alınan məlumatlar arasında fərqin yaranması ilə bağlı bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, texniki səbəblər nəticəsində təşkilat daxili uçot məlumatlarının müvafiq daxili hesablarda düzgün əks edilməməsi baş vermiş və bu müştəri də daxil olmaqla təşkilatda bir neçə müştərinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə yüklənən borcları üzrə belə uyğunsuzluqlar yaranmışdır. Təşkilatın daxili (ilkin) araşdırma zamanı bəzi müştərilər borcların tam və ya qismən ödənilməsini bildirmişlər. Bu səbəbdən də mübahisəli məbləğlər araşdırma tam başa çatana kimi xüsusi daxili hesablarda əks edilmişdir. Buna görə bu dövr ərzində xüsusi hesabda olan vəsaitlər MKR-də əks edilmişdir. Araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, qeyd edilən mübahisəli məbləğlər müqavilə şərtlərində nəzərdə tutulduğu kimi müştəri tərəfindən təşkilata ödənilməmişdir. Ona görə bu vəsaitlər müştərinin təşkilat qarşısında öhdəliyi kimi tanınır. Hazırda uyğunsuzluqlar aradan qaldırılmış, təşkilatın məlumat bazasında dəyişiklik edilmişdir və yenilənmiş məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilmişdir Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni cavabdeh X12 münasibətdə düzgün həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 385.1-ci maddəsinə görə öhdəliyəəsasənbirşəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinəmüəyyənhərəkətietməlidir,məsələn pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır . Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırda öyerənilən işdən bəlli olur ki, «Cred Agro» BOKT ilə İddiaçı arasında bağlanmış xx xxxx 2008-cı ıl tarixli CaZag 20342/08 saylı kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 50 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 nömrəli xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə «Cred Agro» X17 Təşkilatı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı ilə «Cred Agro» X17 Təşkilatı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 2 saylı ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52.5 kvm yaşayış 160.7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri V Qurbanov kuçəsı 5 saylı ünvanda 0.035 ha torpaq sahəsində yerləşən 2 mərtəbə 2 otaqlı 52.5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda İddiaçı və X8 tutduqları yaşayış sahənin ən geci bir ay müddətinə tərk etməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 35669,54 ABŞ dolları kreditin əsas məbləği 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027.18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032.58 (qırx beş min otuz iki ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rusumu iddiaçı «Cred Agro» X17 Təşkilatının hesabına keçirilməsi, iddianın cavabdehləri evdən qeydiyyatdan çıxarılmalarına və ipoteka predmetinin satışından götürüləcək məbləğin tələbin ödənilməsi üçün kifayət etmədiyi halda ödəmənin digər əmlaka yönəldilməsinə dair hissəsi təmin edilməməsi qət edilmişdir. Qətnamə xx xxx 2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, İddiaçı 35669,54 ABŞ dolları məbləğində əsas borcu, 9363,04 ABŞ dollar məbləğində isə faiz bocu olmaqla dəyəri 73800 manat olan daşınmaz əmlaka yönəldilmiş aktiv öhdəliyi vardır. Eyni zamanda problemli kreditlərin kompensasiyasına dair çıxarışına əsasən İddiaçı xxxxxxxxx BOKT MMC-nə xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 60638.22 manat, borcun azaldılmasına yönəldilən məbləğ 3441,90 manat, qalıq borc məbləği 57196.32 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş ödəniş cədvəlinə (müqaviləyə 1 saylı əlavə- səh. 17) əsasən kredit dövrü ərzində hər ay ödəniş edilməklə 50.000,00 ABŞ dolları əsas borc, 24.650,00 ABŞ dolları faiz borc olmaqla üzmumilikdə 74.650,00 ABŞ dolları ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışa əsasən xx xxxx 2008-cı il tarixli CaZag 20342/08, saylı kredit müqaviləsi üzrə həmin tarixə 2024,64 ABŞ dolları əsas borc, 22.863,26 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 24.887,90 ABŞ dolları məbləğində, Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 33.644,89 ABŞ dolları əsas borc, 9.363,04 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 43.007,93 ABŞ dolları məbləğində, Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən 33.644,89 ABŞ dolları əsas borc, 8.831,59 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 42.476,48 ABŞ dolları məbləğində İddiaçı borcu qalığı müəyyən edilmişdir. Azərbaycan Kredit bürosundan verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, İddiaçı 33644,89 ABŞ dolları məbləğində əsas borcu, 8831,59 ABŞ dollar məbləğində isə faiz bocu olmaqla, dəyəri 73800 manat olan daşınmaz əmlaka yönəldilmiş aktiv öhdəliyi vardır. Həmçinin, kollegiya apelyasiya şikayətində qeyd edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışda onun əsas borcunun 4049 ABŞ dollar, faiz borcunun isə 22863 ABŞ dollar olduğu qeyd edilməsinə münasibətdə bildirir ki, bu məsələyə faktiki olaraq aydınlıq gətirilmiş, belə ki, “xxxxxxxxx” BOKT MMC-in xx xxx 2020-ci il tarixli G 0800/20 nömrəli məktubundan görünür ki, İddiaçı “xxxxxxxx” BOKT MMC-yə qarşı işlə əlaqədar bildirirlər ki, məhkəməyə təqdim edilən maliyyə arayışı müştəri tərəfindən aparılan ödənişləri əks etdirən hesabın dövriyyəsindən ibarətdir. Həmin arayış müştəri tərəfindən Təşkilatın müvafiq bank hesabına ödənilən bütün vəsaitləri əks etdirir. Bildirirlər ki, kredit üzrə ödənişlər kreditorun ödəniş terminalları vasitəsi ilə və ya müvəkkil bankda olan hesabına Borcalanın adından ödənilməklə həyata keçirilir. Qalan bütün hallarda dəyə biləcək ziyana görə kreditor məsuliyyət daşımır. Kredit müqaviləsinə uyğun olaraq Müştəri təşkilat tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən borcla razı olmadığı və daha artıq ödəniş etdiyini bildirdiyi halda onların bank hesablarına onun tərəfindən edilən ödənişləri təsdiqləyən bank sənədlərini təşkilata təqdim etməlidir. Cavabdehin faktiki borcu ilə Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) alınan məlumatlar arasında fərqin yaranması ilə bağlı bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, texniki səbəblər nəticəsində təşkilat daxili uçot məlumatlarının müvafiq daxili hesablarda düzgün əks edilməməsi baş vermiş və bu müştəri də daxil olmaqla təşkilatda bir neçə müştərinin Mərkəzləşdirilmiş Kredit Reyestrinə yüklənən borcları üzrə belə uyğunsuzluqlar yaranmışdır. Təşkilatın daxili (ilkin) araşdırma zamanı bəzi müştərilər borcların tam və ya qismən ödənilməsini bildirmişlər. Bu səbəbdən də mübahisəli məbləğlər araşdırma tam başa çatana kimi xüsusi daxili hesablarda əks edilmişdir. Buna görə bu dövr ərzində xüsusi hesabda olan vəsaitlər MKR-də əks edilmişdir. Araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, qeyd edilən mübahisəli məbləğlər müqavilə şərtlərində nəzərdə tutulduğu kimi müştəri tərəfindən təşkilata ödənilməmişdir. Ona görə bu vəsaitlər müştərinin təşkilat qarşısında öhdəliyi kimi tanınır. Hazırda uyğunsuzluqlar aradan qaldırılmış, təşkilatın məlumat bazasında dəyişiklik edilmişdir və yenilənmiş məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, iddiaçı apelyasiya şikayətində xx xxxxxx 2012-ci il tarixdə sığorta təşkilatı tərəfindən onun kredit borcunun əsas borc hissəsindən 31620 ABŞ dollarının cavabdeh təşkilata ödənilməsini göstərsədə, iş materiallarında belə bir sübutun mövcudluğuna rast gəlinmir. Eləcədə, iddiaçı da öz növbəsində öz tələbinin əsası kimi gətirdiyi halların təsdiqi ilə bağlı məhkməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı şikayətinə kredit müqaviləsinə xitam verilməsinə baxmayaraq onun üzərinə əlavə faizlər hesablandığını bildirsədə bu hal da tədqiq edilmiş iş materialları öz təsdiqini tapmır. Halbuki, MPM-in 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Digər tərəfdən cavabdeh “xxxxxxxx” BOKT MMCnin nümayəndəsi də kredit müqaviləsinə xitam verldiyi tarixdən iddiaçıya hər-hansı bir kredit faizinin hesablanmadığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli CaZag 20342/08 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun mövcudluğu iş üzrə öz təsdiqini tapdığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X5rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli tarixli 2(033)-26/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı münasibətdə ləğv edilməsi üçün əsas müəyyən etmədi və bu qənaətə gəldi ki, MPM-in 384.0.1-ci maddəsinə əsasən, həmin qətnamə ona münasibətdə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-26/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar