Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1644/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1714/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1714/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 29000 (iyirmi doqquz min) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 31000 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətində cinayət əməlinin olduğunun müəyyən edildiyi təqdirdə müvafiq orqanlara məlumat verməklə, cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək öz izahatında bildirmişdir ki, o, Cavabdeh yaxşı tanıyır. Cavabdeh onun xalası qızının əridir. xx xxx 2018-ci il tarixdə Cavabdeh onun Xırdalan şəhərində yerləşən yaşadığı evə gəlib, mal-qara alveri ilə məşqul olub qazanc əldə etməyi ona təklif etmişdir. Söhbət zamanı cavabdeh ona kənarda qalmasını və özünün bu işlə məşqul olub əldə etdiyi qazancı onunla böləcəyini söyləmişdir. Bu məqsədlə ona pul verməsini xahiş etmişdir. Təxminən iki ay müddətinə o, cavabdehə hissə-hissə 19.000 manat pul vermişdir. Lakin bu müddət ərzində Vüsal ona qazandığı puldan heç nə vermədiyi üçün o, pullarını ondan geri tələb etmişdir. Lakin cavabdeh onu inandırmağa çalışmışdır ki, hər şey yaxşı olacaq və böyük qazanc götürəcəklər. cavabdeh yenidən ondan pul istəmişdir. O, cavabdehə inanıb yaxın qohum-tanışlardan 12.000 manat pul toplayıb Vüsala vermişdir. Ümumilikdə, o, təxminən 5-6 ay ərzində Cavabdeh 31.000 manat pul vermişdir. Belə razılaşmışlar ki, bir müddət şərikli işləyib qazanc götürdükdən sonra Vüsal onun verdiyi 31.000 manat pulu onun özünə qaytaracaqdır. Şərikli işlədikləri dövrdə cavabdeh qazancından 2000 manat pul ona vermişdir. O, cavabdehdən verdiyi pullarını geri qaytarmasını tələb etdikdə, cavabdeh həmin pulları banka qoyduğunu və tezliklə götürüb qaytaracağını bildirmişdir. Lakin söz verdiyi vaxtda pulu ona qaytarmamışdır. Sonrakı vaxtlarda da pulları geri istəyəndə müflis olduğunu və tezliklə pulları ona geri qaytaracağını söyləmişdir. Sonradan isə telefonlarını söndürdü və ya onun zənglərinə cavab verməmişdir. Bu vaxta qədər dəfələrlə cavabdehə ona verdiyi pulları geri qaytarması ilə əlaqədar müraciət etsə də, hər dəfə bir bəhanə gətirərək verməkdən boyun qaçırmışdır. O, bir neçə dəfə cavabdehin yaşadığı rayona gedib, onun özü və qohumları ilə görüşsə, də heç bir müsbət nəticəsi olmamışdır. O, cavabdehin bu dələduz hərəkətləri ilə əlaqədar Abşeron Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə Abşeron RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırılaraq, xx xxxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin bu qərarda iş üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək ona tövsiyə olunmuşdur. Polis Bölməsinə dəvət olunaraq dindirilmiş Cavabdeh yazdığı izahatında ondan 31.000 manat pulu almasını etiraf etmiş və guya pulu hissə-hissə ona qaytardığını göstərmişdir. Cavabdehin ondan aldığı pulları qaytarması barədə yazdıqları tam yalandır. O, 31.000 manat pulu ona qaytarmamışdır. Hesab edir ki, Cavabdeh əməllərində həm də dələduzluq cinayətinin tərkib əlamətləri vardır. Cavabdeh bu işi əvvəlcədən planlaşdırmış və onun etibarından sui-istifadə etməklə 31.000 manat pulunu mənimsəmişdir. O, cavabdehə yenidən pul verməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1714/2019 nömrəli qətnaməsindən narazıdır. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iddiaçı onun qohumudur. Onunla yaxşı münasibəti olmuşdur. Polis Şöbəsində verdiyi izahata əlavə olaraq bildirmək istəyir ki, 2018-ci ildə heyvandarlıqla məşqul olduğu üçün İddiaçı şərik olmasını təklif etmişdir. Fəqan onunla razılaşandan sonra ona hissə-hissə 3 ay ərzində 31000 manat pul vermişdir. Sonra iribuynuzlu mal alaraq onlara qulluq edib sataraq gəlir əldə edib hər həftə Fəqana hissə-hissə pullar qaytarmışdır. Bəzən Fəqan ailəsi ilə onlara qonaq gələrkən ailə üzvlərinin yanında vermiş, bəzən o onların evinə gedərək ailə üzviərinin yanında pul vermişdir. Sonradan Fəqanın tələb etdiyi kimi qalan pulu bütov qaytara bilməmişdir. Aralarında söz söhbət oldu. Fəqana ümumilikdə 40.000 manat pul qaytarmışdır. Lakin, Fəqan onun qardaşı ilə söhbət edən zaman 31000 manat pulu ona 15 %-lə verdiyini, bu günə kimi ödədiklərini, pulun faizi olduğunu və ona verdiyi 31000 manat pulu təkrar ondan alması üçün polisə şikayət edəcəyini bildirmişdir. Polis şöbəsində izahatımda göstərdiyi 4400 manat pul isə, 4000 manat əsas, 400 manat isə faiz kimi qaytaracağı puldur. Beləliklə birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 1714/2019 nömrəli qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsini barədə yeni qətnamə çıxarılmasınəı xahiş edir. Apelyasiya şikayətinə qarşı verilmiş etiraz: Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, Cavabdeh onun xalasının qızının əridir. xx xxx 2008-ci ildə Vüsal onun yaşadığı evə gələrək mal-qara alveri ilə məşğul olub qazanc əldə etmək məqsədilə ondan 19000 manat pul alıb. Lakin, Vüsal qazancdan ona heç nə vermədiyindən o pulunu Cavabdeh geri istəyəndə Vüsal yenidən ondan pul istəmişdir. O, Cavabdeh inanıb 12000 manat qohum əqrabadan pul toplayıb ona vermişir. Ümumilikdə o Cavabdeh 31000 manat pul vermişdir. Sonradan o Abşeron rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Həmin ərizə Abşeron RPİ-nin TŞin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırılaraq cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin bu qərarda ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra o məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkiliX8 bildirdi ki, Vüsal deyilən şəxslə Fəqanın qohumluq əlaqəsi var. Şəxs qeyd etdiyi kimi etibardan sui istifadə edib heyvandarlıqla məşğul olub gəlir götürüb sənidə şərik edəcəm deyərək ondan iri miqdarda pul almışdır. Sonradan Fəqan pulu tələb edəndə Vüsal pulu yatızdırmışam tezliklə çıxardıb verəcəm. Dəfələrlə pulu verəcəm deyib lakin, pulu verməmişdir. X7 rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Abşeron RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırılaraq cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, ora dəvət olunmuş Vüsal izahatında məhz 31000 manata qədər pulu bu şəxsdən aldığını etiraf edir. Sonradan yazır ki, həmin pulu qaytarıb yenidən pul götürmüşdür. Fəqanda deyib ki, Vüsal tərəfindən ona pul verilməyib, həmçinin yenidən Vüsala pul verməmişdir. Cavabdeh pulun verilməsinə dair heç bir sübut göstərə bilməmişdir. Göyçay Rayon Məhkəməsi ədalətli qanuna uyğun qərar qəbul etmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmamasını, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 1714/2019 qətnaməsinin qüvvədə qalmasını xahiş edir. Hüququ məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan Abşeron RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Abşeron rayon Prokurorluğuna etdiyi şikayət ərizəsi əsasında Cavabdeh barəsində toplanmış HK-1/5829 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. İşdə olan Abşeron RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki,İddiaçı Abşeron rayon Prokurorluğuna etdiyi şikayət ərizəsində Cavabdeh ondan şərikli mal-qara alveri ilə məşqul olmaq məqsədi ilə ondan 31000 manatın aldığını və ümumi qazancdan 2000 manat qaytardığını, indiyədək ondan aldığı 31000 manat pulun geri qaytarmadığını və cavabdehə yenidən pul vermədiyini göstərmişdir. İşdə olan Abşeron RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2017-ci ilin sentyabr ayında Fəqanla Xırdalan şəhərində ona məxsus evində görüşüb danışaraq birlikdə heyvan alveri ilə məqşul olmaq üçün Fəqanın ona pu verməsini və əldə etdikləri qazancı şərikli olaraq böləcəkləri barədə razılaşmışlar. Bundan sonra, yəni 2017-ci ilin şentyaiŞr ayından 2019-cu ilin iyun ayınadək olan müddət ərzində qohumu Bəqan Muradov ayrı-ayrı vaxtlarda hissa-hnsə olaraq ona 31000 manat pul vermişdir. Sonradan Fəqana həmin pulu qaytarmış, yenidən ondan pul götürdükdən sonra 4400 manat hal-hazırda Fəqana borcu qalmışdır. Həmin pulunda, 2019-cu ilin dekabr ayına kımı qaytaracağına söz verdiyini göstərmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kоllegiyаsı qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi haqlı olaraq deyq etmişdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 29000 (iyirmi doqquz min) manat borc, 28 manat dövlət rüsumu,cəmi 29028 (iyirmi doqquz min iyirmi səkkiz) manat tutulmalıdır. Çünki, öyrənilən işdən aydın olur ki, cavabdeh iddiaçıdan 31000 manat pul aldığını etiraf etmişdir. lakin sonradan həmin pulu tamamilə qaytarığını göstərsədə, bu halın təsdiqi ilə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Bununlada sübutetmə yükü cavabdehin üzərində qalmışdır. Halbuki, yuxarıda istinad edilmiş MPM-in 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Bu baxımdan da, apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətin mötəbər sübutlarla əsaslandırmamışdır. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Cavabdeh münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1714/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1644/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1644/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver