Məhkəmə qərarları › İş №2(107)-165/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-165/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-165/2022 10.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh Sədəhməd oğlunun iştirakı ilə, İddiaçı X6 Cavabdeh Sədəhməd oğluna qarşı borc pul tələbinə dair ilk, Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsindən Cavabdeh Sədəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) ilkin iddia təmin edilmiş, Cavabdeh Sədəhməd oğlundan 330000 (üç yüz otuz min) manat məbləğində pul vəsaitinin alınaraq X9 ödənilməsi, Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı X12 Cavabdeh Sədəhməd oğluna qarşı – 330.000 manat pulun alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyun 2015-ci ildə Cavabdeh Sədəhməd oğlu ilə kredit müqaviləsi bağlayaraq 330.000 (üc yüz otuz min) manat pulu ona borc kimi vermişdir. Sözü gedən müqavilə yazılı formada tərəflərin iştirakı ilə hazirlanmış və onlarin imzası ilə notariat kontorunda təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndində də qeyd edildiyi kimi götürülmüş 330.000 manat pul vəsaiti 17 iyun 2017 ci ilə qədər qaytarılmalı idi. Lakin o vaxtan xeyli müddət keçməsinə baxmayaraq dəfələrlə cavabdehlə saxlanmış telefon əlaqəsi, görüşlər nəticəsiz qalmış, cavabdeh öhdəsinə götürdüyü və ödəməli olduğu pulu ödəməkdən boyun qacırmışdır. Babayev X5 Sabir Kamal oğluna qarşı – aralarında bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xeyli müddət əvvəl "xxxx" MMC-ni təsis edərək fərdi sahibkar olaraq fəaliyyətə bağlamışdır. X1 vasitəsi ilə sonradan millət vəkilləri X13 və İddiaçı ilə tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına gətirib çıxarmışdır. Belə ki, İddiaçı və Rauf Əliyev fermer təsərrüfatını artırmaq və daha çox mənfəət əldə etmək məqsədi ilə Fəxrəddinin vasitəsi ilə bankdan kredit götürməyi təklif edərək, iş quracaqlarının, bu işdə ona kömək və dəstək olacaqlarını, zamin duracaqlarını bildirmişdirlər. Bundan başqa həmin kredit müqaviləsi Fəxrəddinin tanışlarının əmlakları ilə də təmin olmuşdur. "xxxx" ASC-nin Şamaxı şəhərində yerləşən filialına 400000 manat məbləğində kredit ayırılması üçün müraciət etmiş, İddiaçı və Rauf Əliyevin köməkliyi ilə müraciətinə müsbət cavab aldıqdan sonra 30.11.2011-ci il tarixdə 389.600 manat vəsait kredit şəklində ona verilmiş, eləcə də qeyd edildiyi kimi həmin kreditin təminatı İddiaçı və Rauf Əliyevin zaminlik müqavilələri və girovlarla təmin edilmişdir. Ayrılan kreditin bütün məbləği tərəfindən Fəxrəddin Əliyevə, Rauf Əliyevə və İddiaçı təqdim edilmişdir. Onlar arasında məbləğin aqibəti necə olub, necə bölüşdürüblər xəbəri yoxdur, amma belə başa düşür ki, düzgün və təyinatı üzrə istifadə edilmədiyindən, habelə tərəfdaşlar arasında baş vermiş mübahisə münasibətlərin korlanması ilə nəticələndiyindən aylıq kredit ödənişinin gecikməsinə və ödənilməməsinə səbəb olmuşdur. Cavabdeh İddiaçı və Rauf Əliyevdən sözügedən məbləğin banka qaytarılmasını tələb etdikdə, onlar pulu tam ödəyib krediti bağlayacaqlarına söz vermişlər. Lakin bir müddət sonra kredit müqaviləsi üzrə borc məbləğinin böyük hissəsi ödənilmiş və bunun ödənilməsində Fəxrəddinin iştirakı olmadığından cavabdeh İddiaçı təşəbbüsü ilə Fəxrəddini götürdüyü pulu qaytarmağa məcbur etmək üçün guya onun İddiaçı 330.000 manat borc almağına dair aralarında "borc” müqaviləsi bağlanmışdır. “Borc” müqaviləsinin bağlanmasının məqsədini onunla izah etmişdir ki, Fəxrəddin Əliyevə həmin müqaviləni göstərməklə pulu tələb etsin. İddiaçı sözlərinə və səmimiyyətinə inanaraq heç bir qəpik belə pul almadığı halda 17.06.2015-ci il tarixdə 330000 manat pulun alınması barədə kredit müqaviləsi notariat qaydada bağlanılmışdır. Halbuki, qeyd etdiyi kimi sözügedən məbləğ nə notariusun depozit hesabına köçürülmüş, nə də həmin məbləğ (natura şəklində) notarial qaydada ona təhvil verilməsi rəsmləşdirilmişdir. Bir sözlə görüntü üçün imzalanmışdır. Lakin bir müddət keçdikdən sonra İddiaçı məhkəmədə ona qarşı “borc tələbinə dair” iddia ilə müraciət etməsini öyrəndikdə, oyuna gəldiyini və aldadıldığını başa düşmüşdür. Cavabdehdən borc pul almaq niyyəti olmamış və ondan pul almamışdır. Sözügedən kredit müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X6 nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı teleqramla məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Sədəhməd oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qaydada məlumatlandırılsada məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Sədəhməd oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Sədəhməd oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(016)-47/2021 saylı qətnaməsi qeyriobyektiv, əsassız və qanunsuz olduğundan həmçinin maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını hərtərəfli araşdırmamış, eyni zamanda öz qətnaməsi ilə işin həqiqi hallarını nəzərə almamışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir. O, xeyli müddət bundan əvvəl "xxxx" MMC-ni təsis edərək fərdi sahibkar olaraq fəaliyyətə başlamışdır. X1 vasitəsi ilə sonradan millət vəkilləri X13 və İddiaçı ilə tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına gətirib çıxarmışdır. Belə ki, İddiaçı və Rauf Əliyev fermer təsərrüfatını artırmaq və daha çox mənfəət əldə etmək məqsədi ilə Fəxrəddinin vasitəsi ilə bankdan kredit götürməyi təklif edərək, iş quracaqlarının, bu işdə ona kömək və dəstək olacaqlarını, zamin duracaqlarını bildirmişdirlər. Bundan başqa həmin kredit müaviləsi Fəxrəddinin tanışlarının əmlakları ilə də təmin olmuşdur. "xxxx" ASC-nin Şamaxı şəhərində yerləşən filialına mürəciət edərək 400000 (dörd yüz min) manat məbləğində kredit ayırılması üçün müraciət etmişdir. İddiaçı və Rauf Əliyevin köməkliyi ilə müraciətinə müsbət cavab aldıqdan sonra 30.11.2011-ci il tarixdə 389.600 (üç yüz səksən doqquz min altı yüz) manat vəsait kredit şəklində ona verilmiş (kredit müqaviləsi N2İ08.L.N.2004.301111.00001), eləcə də qeyd edildiyi kimi həmin kreditin təminatı İddiaçı və Rauf Əliyevin zaminlik müqavilələri və girovlarla təmin edilmişdir. Ayrılan kreditin bütün məbləği tərəfindən X3, Rauf Əliyevə və İddiaçı təqdim edilmişdir. Onlar arasında bu məbləğin aqibəti necə olub, necə bölüşdürüblər xəbəri yoxdur, amma belə başa düşür ki, düzgün və təyinatı üzrə istifadə edilmədiyindən, habelə tərəfdaşlar arasında baş vermiş mübahisə münasibətlərin korlanması ilə nəticələndiyindən aylıq kredit ödənişinin gecikməsinə və ödənilməməsinə səbəb olmuşdur. O, cavabdeh İddiaçı və Rauf Əliyevə sözügedən məbləğin banka qaytarılmasını tələb etdikdə, onlar ona pulu tam ödəyib krediti bağlayacaqlarına söz vermişlər. Lakin bir müddət sonra kredit müqaviləsi üzrə borc məbləği böyük hissəsi ödənilmiş və bunun ödənilməsində Fəxrəddinin iştirakı olmadığından cavabdeh İddiaçı təşəbbüsü ilə Fəxrəddini götürdüyü pulu qaytarmağa məcbur etmək üçün guya onun İddiaçı 330.000 (üç yüz otuz min) manat borc almağına dair aralarında “borc” müqaviləsi bağlanmışdır. “Borc” müqaviləsinin bağlanmasının məqsədini onunla izah etmişdir ki, Fəxrəddin Əliyevə həmin müqaviləni göstərməklə pulu tələb etsin. O, İddiaçı sözlərinə və səmimiyyətinə inanaraq aralarında heç bir qəpik belə pul almadığı halda 17.06.2015-ci il tarixdə 330000 (üç yüz otuz min) manat pulun alınması barədə kredit müqaviləsi notariat qaydada bağlanılmışdır. Halbuki, qeyd etdiyi kimi sözügedən məbləğ nə notariusun depozit hesabına köçürülmüş, nə də həmin məbləğ (natura şəklində) notarial qaydada ona təhvil verilməsi rəsmləşdirilmişdir. Bir sözlə görüntü üçün imzalanmışdır. Lakin bir müddət keçdikdən sonra İddiaçı Ağsu Rayon Məhkəməsində mənə qarşı “borc tələbinə dair” iddia ilə müraciət etməsini öyrəndikdə, oyuna gəldiyini və aldadıldığını başa düşmüşdür. Onun İddiaçı borc pul almaq niyyəti olmayıb və o ondan bir qəpik belə olsun pul almamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, bununla bağlı onun iştirakını təmin etməmişdir. Hesab edir ki, sözügedən kredit müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Onun ümumiyyətlə pul almaq fikri olmayıb və bu haqda heç kimə, o cümlədən İddiaçı xahiş etməmişdir. Yəni onun pulla bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün müqavilə bağlasın. Beləliklə, İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsi baş tutmamış və yalnız görünüş yalan və formal əqd bağlanmışdır. Birinci instansiya məhkəməsi iş üzrə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir ki, həmin məhkəmə aktının rədd edilməsi üçün əsasdır. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(016)-47/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin olunmaması və qarşılqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sədəhməd oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı X12 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı X6 vəkili X10 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Sədəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsi Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17 iyun 2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Hacıyev X11 Həsənağa Sədəhməd oğluna 330000 manat məbləğində kredit vermiş və 17.06.2017-ci ilədək kredit alan həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə həmin tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda 3M 2/438 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337.1, 337.4, 354, 375.2, 377.1, 385.1, 442, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü məbləği 17.06.2015-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı bir ödəniş etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı kreditin qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq, hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, iş materiallarında olan 17 iyun 2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Hacıyev X11 Həsənağa Sədəhməd oğluna 330000 manat məbləğində kredit vermiş və 17.06.2017-ci ilədək kredit alan həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə həmin tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda 3M 2/438 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. Kredit müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin vəsatəti üzrə qeyd etmişdir ki, qarşılıqlı iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Əqdin etibarsız sayılmasına dair iddia tələbləri üzrə iddia müddəti şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən, başlandığından, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqavilələsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Belə ki, iddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə 09.10.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiklərindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassızıdır. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan qarşılıqlı tələb üzrə iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, qarşılıqı iddia üzrə iddiaçı mövcud iddia tələbi ilə iddia müddətini buraxdığından qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia müddətinin tətbiq edilməsinə əsaslanmış. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının kredit müqavilələsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli olduğunu bildirsə də, bu halı iddia müddəti olaraq götürərək əsaslandırma aparmış və qanunvericiliyin iddia müddəti barədə müddəalarına, yəni MM-in 375 və 377-ci maddələrinə istinadlar etmişdir. Halbuki, müqavilənin etibarsızlığı ilə bağlı müddətlər kəsici müddətlər hesab olunur və MM-in 354-cü maddəsinə əsaslanır. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 Aprel 2021-ci İl tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı mаddəsinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edri ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından və qаnunu səhv təfsir etdiyindən Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən qarşılıqlı iddianın rədd edilməsi hissəsində maddi hüquq normaları pozulduğuna görə Cavabdeh Sədəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsi Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh Sədəhməd oğlunun X9 qarşı 17 iyun 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Sədəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qətnaməsi Cavabdeh Sədəhməd oğlunun X9 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Sədəhməd oğlunun X9 qarşı 17 iyun 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar