Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-165/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il 2(025)-994/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Qəbələ rayonunun Bunud kəndində yaşayır. Ona məxsus bir baş inək küt alətlə vurulmaqla öldürülmüşdür. Hadisənin Qəbələ rayonu Vəndam kənd sakini, hazırki iş üzrə Cavabdeh tərəfindən törədildiyi iddia edilmiş və bu barədə Qəbələ rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2023-cü il tarixli qərarı qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 baş iri buynuzlu inək malını öldürməklə ona vurulan 2000 (iki min) manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Bunud kəndində yaşayır. Özünə rnəxsus təsərrüfatı var. Təsərrüfatının fəaliyyət istiqaməti heyvandarlıq və bağ-bostan işləridir. Təsərrüfatı geniş olmasa da bu sahədən əldə etdiyi gəlirlərlə ailənin gündəlik dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə ailə təsərrüfatında saxlanılan bir baş inək malının öldüyü barədə qonşusu Müseyibli Ramil tərəfindən telefonla ona məlumat vermiş və məlumatı alan kimi dərhal evlərinin yaxınlığında küçəyə getmişdir. Deyilən yerə çatanda ona məxsus inəyin cəsədini görmüşdür. X3 da orada idi DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir ki, bir baş iribuynuzlu inək malnmı naməlum avtomobil vurub qaçmışdır. Məlumatım əsasında əraziyə yol polis əməkdaşları gəldilər, inəyin cəsədinə baxış keçirdilər və ona bildirdilər ki, inəyin maşınla vurulması nəticəsində ölməsinə oxşamır. İnək küt alətlə vurulub. O yenidən DİN -nin “102 -xidmətinə” zəng edərək heyvanı küt alətlə naməlum şəxs tərəfindən vurularaq öldürüldüyü barədə məlumat vermişdir. İnəyin cəsədi olan yerə polis əməkdaşları gəlmiş, cəsədə baxış keçirmişdilər. Şəkil çəkilib digər sənədləşmələr aparılmışdır. Polis araşdırması zamanı məlum olmuşdur ki, hadisəni Qəbələ rayonu Vəndam kənd sakini hazırki iş üzrə Cavabdeh tərəfindən törədilmişdir. Cavabdehdən izahat alınarkən etiraf etmişdir ki, onun inəyini və digər sahiblərini tanımadığı heyvanları onun icarəyə götürüb taxıl əkdiyi sahəyə ziyanlıq vurduqiarına görə çəpər düzəltmək üçün əlində olan baltanın arxa kəsməyən tərəfi ilə zərbə ilə heyvanın arxa sağ çanaq nahiyyəsinə, eləcə də qbaq sağ ayağının yuxarı nahiyyəsinə bir neçə dəfə zərbə ilə vurmuş və mallar sahədən qaçıb getmişlər. Onun inək malının ölümünü həmin günü eşitdiyini bildirmişdir. Ona məxsus 1 baş inək malının cəsədi baytar həkim Şakir Yaralıyev tərəfindən müayinə edilməklə xx.xx.2023 -cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda 1 baş müayinə olunan iribuynuzlu heyvanın küt alətlə vurularaq öldürülməsi göstərilmişdir. Bildirir ki, Cavabdeh ona məxsus 1 baş iribuynuzlu inək malının arxa sağ çanaq nahiyyəsinə, eləcədə qabaq sağ ayağının yuxarı nahiyyəsinə bir neçə dəfə baltanın arxa kəsməyən tərəfi ilə bir neçə dəfə güclü zərbələr vurmaqla öldürərək ona 2000 manat məbləğində ziyan vurmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı balta aləti ilə vuraraq tələf edilməsində təqsirli olması 12 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla və toplanmış HK-1/540 saylı materialda olan sənədlərlə təsdiq olunur.
5. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, İddiaçı dəymiş maddi zərərin məbləğinin cəmi 1600 manat olduğu işdə olan 22 may 2023-cü il tarixli sahibkar Qəribova Lamiyə (VÖEN: **********) tərəfindən verilmiş arayışa əsasən öz təsdiqini tapmışdır.
6. Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il 2023-cü il tarixli 2(025)- 994/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş zərərin məbləği 1600 manat (bir min altı yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2023-cü il tarixli qərar 27 iyul 2023-cü il tarixli 3-14-45/2-519/2023 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubu 22 may 2023-cü il tarixli sahibkar Qəribova Lamiyə (VÖEN: **********) tərəfindən verilmiş arayış Qəbələ Rayon Polis Şöbəsindən tələb olunmuş İddiaçı şikayəti ilə bağlı toplanılmış araşdırma materiallarından və həmin materialda olan Cavabdeh izahatı
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar o bir dəfə polis şöbəsinə çağırılmış və orada izahat verərək bildirmişdir ki, o, həmin ətrafda taxıl əkir və həmin taxıl sahəsinə girən və ona ziyan verən mal-qaranı taxıl sahəsindən çıxarır və mal yiyələrinə tapşırır ki, mallarını mənim taxıl sahəmə buraxmasınlar, əks təqdirdə vurulmuş ziyanla əlaqədar məhkəməyə müraciət edəcək. O, mal-qaranı taxıl sahəsindən çıxaran zaman həmişə əlində çomaq olur. Heç vaxt əlində balta olmayıb və heç kimin malını o balta ilə vurmamışdır. Ondan sonra onu həmin məsələ ilə əlaqədar nə çağırmayıb, nə də araşdırmanın nəticəsi haqqında ona heç bir sənəd verilməyib. Məhkəmə prosesində isə aydın oldu ki, güya polis orqanları iddiaçının inəyinin onun tərəfindən balta ilə vurularaq öldürülməsi haqqında nəticəyə gələrək, haqqımda tədbir görülməsi üçün işi Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyin 6 saylı Regional Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər. Onun qeyd olunan "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərardan və işin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin 6 saylı Regional Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsindən xəbəri yoxdur. O, iddiaçının bir baş inəyinin niyə ölməsindən xəbərsizdir. Heç vaxt taxıl sahəsinə girən malqaranı balta ilə qovlamamış və balta ilə vurmamışdır. Əgər belə bir hal olmuş olsa idi yəqin ki, həmin mal-qara taxıl sahəsindən cox uzaqda gedib ölməzdi, vurduğu yerdə, yəni ona məxsus taxıl sahəsində yıxılıb qalardı. Yəni iddiaçıya məxsus inəyin ölməsində onun heç bir günahı yoxdur, heç bir hüquq pozuntusu törətməmişdir və heç bir maddi məsuliyyət daşımır. İş materiallarından göründüyü kimi, ona bu haqda polis şöbəsindən və ya Ekologiya İdarəsindən heç bir məlumat verilməyib. İş materiallarında olan hətta bir baş inəyin dəyərləndirilməsi haqqında olan sənəd də saxtadır və ona polis şöbəsində verilmiş məlumata əsasən ölən mal-qara elə də dəyərli olmayıb, adi cır mal kimi adlandırdıqları 500-600 manat dəyərində bir heyvan olmuşdur.
11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(025)- 994/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il 2(025)-994/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyator Qəbələ rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2023-cü il tarixli qərarından məlumatlı olmadığı barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. O cümlədən, apellyasiya şikayətinin verdiyi tarixdən ötən müddət ərzində Qəbələ rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş qaydada şikayət edilməsi və həmin şikayətə baxılması halları da aşkar edilmir. Belə olan halda, istinad olunan qərar hal-hazırda qüvvədədir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il 2(025)-994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il 2023-cü il tarixli 2(025)- 994/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev