Məhkəmə qərarları › İş №2(107)-166/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-166/2021

18.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-166/2021 18.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-390/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin şikayət verilmə müddəti buraxıldığından geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(046)-390/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat ümumilikdə 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-390/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 105 manat cəmi 210 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 140 manat ümumilikdə 280 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat ümumilikdə 280 sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnаmədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(046)-390/2020 nömrəli qərardadı ilə, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-390/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti, şikayət verilmə müddəti buraxıldığından geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan narazı qalaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-390/2020 nömrəli qərardadı ilə, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin şikayətə əsаsən işə Şəki Apelyasiya Məhkəməsində mahiyyəti üzrə bаxılаn zaman Cavabdeh məhkəmə kollegiyаsınа ərizə göndərərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin şikayətdən imtina edir və şikayətə baxılmasını istəmir. Ona görə də, ərizəsinin nəzərə alınmasını xahiş edir. xx xxxxxx 2021-ci ildə iddiaçı İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətdən imtinasının qəbul edilməsinə etiraz etmir, prosesin onun iştirakı olmadan keçirilməsini və şikayətdən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İddiaçı və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətindən imtina barədə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, Cavabdeh şikayətdən imtinası qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətdən imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə Cavabdeh şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-402-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətdən imtinası qəbul edilsin. Cavabdeh münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar