Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-167/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: reqres qaydada pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)-1384/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə olmaqla, cəmi 2374 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə tutulmalar iddiaçının pensiyasından həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3631,23 manat məbləğində pulun və ödənilmiş 57 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Oğuz rayonunun Dəymədərə kəndində yaşayır. Cavabdeh Oğuz şəhər sakini kimi tanıyır və onunla münasibətləri normal olmuşdur. Cavabdeh mağazadan mebel almaq üçün "xxxx" ASC-dən öz adına 3000 ABŞ dolları istehlak krediti götürmək istədiyini, kredit götürmək üçün bir nəfərin də zamin kimi müqaviləyə imza etməsinin zəruri olduğunu, kreditin geri ödənməsində heç bir problem olmayacağını bildirib, ona təklif etdi ki, zaminlik müqaviləsinə imza etsin ki, "xxxx" ASCdən kredit götürə bilsin. O, Cavabdeh tanıdığından və etibar etdiyindən onun bu təklifinə etiraz edə bilməmişdir. Qeyd edilən müddətdə "xxxx" ASC-yə gedərək lazımi sənədlərə imza etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən kredit məbləğini o özü qrafik üzrə tamamilə geri ödəməli idi. Kredit alındıqdan sonra cavabdeh vədinə əməl etməyərək kredit məbləğini tam şəkildə geri ödəmədi. "xxxx" ASC-dən alınmış kredit üzrə ödənişlər edilmədiyinə görə həmin təşkilat Oğuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ödənilməmiş qalan 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə məbləği - cəmi 2374 ABŞ dolları borcu və 20 manat dövlət rüsumunun Cavabdeh və ondan müştərək qaydada alınıb "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə məbləği - cəmi 2374 ABŞ dolları borcu və 20 manat dövlət rüsumu alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı qətnaməsi tam icra olunmuşdur. Məhkəmə qətnaməsi əsasında borc onun pensiyasından tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Kredit borcu və icra xərci ilə bağlı o, 2011-2021-ci il tarixlərdə cəmi 1416+1941,87+273,36 manat= CƏMİ 3631,23 manat pul ödəmişdir. O, hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 57 manat dövlət rüsumu da ödəmişdir. O, hazırda həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh ona ödəməli olduğu 3631,23 manat məbləği könüllü olaraq ödəməkdən imtina etdiyinə görə məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulan 1941,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulan 757,90 manat, 28 oktyabr 2021-ci il tarixdə isə özü şəxsən ödədiyi 273,36 manat olmaqla, cəmi 2973,13 manat pulun və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, bankdan kredit borcunu o götürməmişdir. Bununla bağlı hökm çıxmışdır. Lakin həmin hökmü əldə edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir.
6. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə olmaqla, cəmi 2374 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə tutulmalar iddiaçının pensiyasından həyata keçirilmişdir. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Hazırda iddiaçı pensiyasından tutulmuş 2973,13 manat məbləğində pulun 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədi üzrə tutulduğunu və cavabdeh tərəfindən həmin pulun ona könüllü şəkildə ödənilmədiyini bildirirərək, həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir.
8. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir.
9. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh banka olan kredit borcu "xxxx" ASC tərəfindən iddiaçıya məxsus pensiya kartından aparılan 1941.27 manat tutulmalar və şəxsən ödədiyi 273,36 manat hesabına ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır.
10. Lakin məhkəmə iddiaçıya reqress qaydada ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 2973,13 manat pulun 1941,87 manat və şəxsən ödədiyi 273,36 manat hissəsi əsaslıdır.
11. Belə ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 15 saylı ərazi filialı tərəfindən verilmiş məktubdan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı icra sənədi üzrə iddiaçının pensiyasından 1941,87 manat məbləğində kredit borcu "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilmişdir. Eləcə də, xx.xx.2021-ci il tarixdə qəbz əsasında cavabdehin əvəzinə 273,36 manat ödəniş etmişdir.
12. İddiaçının təqdim etdiyi digər sübutlarla pensiyasından ödənilmiş pul vəsaitlərinin birbaşa cavabdehin əvəzinə, onun borclu olduğu icra sənədi üzrə tutulduğu göstərilmədiyindən, məhkəmə həmin sənədləri iş üzrə sübut növü kimi qəbul etmir və nəzərə almır.
13. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçının pensiyasından tutulan və onun tərəfindən ödənilmiş cəmi 2973,13 manat məbləğində pulun məhz 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədi üzrə ödənilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür.
14. Məhkəmə cavabdehin kredit borcunun onun tərəfindən götürülməməsi barədə izahatı ilə bağlı qeyd edir ki, cavabdehin izahatında göstərdiyi hallarla bağlı məsələlər başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə araşdırılmış və həll edilmiş fakt olduğundan, məhkəmə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş halları işin mübahisə edilməyən halları kimi qəbul edir və həmin halların yenidən mübahisələndirilməsini əsassız hesab edir.
15. Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)- 1384/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, Cavabdeh 2215 (iki min iki yüz on beş) manat 23 qəpik məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,15 (qırx iki) manat 15 qəpik məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 475 və 509-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. İşdə olan Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə olmaqla, cəmi 2374 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
18. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı pensiyasından xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1416 manat məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulma aparılmışdır.
19. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 15 saylı ərazi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı icra sənədi ilə bağlı İddiaçı pensiyasından xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1941.87 manat bank kredit borcu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulub ödənilmişdir.
20. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı pensiyasından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 757.90 manat vəsait tutulmuşdur.
21. İşdə olan qəbzin surətindən görünür ki, Cavabdeh kredit borcu üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin hesabına 273,36 manat məbləğində pul ödəmişdir.
22. İşdə olan "xxxx" ASC tərəfindən Oğuz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borclarını xx.xx.2021-ci il tarixdə tam olaraq ödəmişlər.
23. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə prosessi gedişatında o müvafiq orqanlara sorğular etmiş və bu barədə məhkəməni də məlumatlandırmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərində həmin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən verilmiş olan 18 iyun 2022-ci il tarixli arayışda da 757,90 manat tutlduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulan 757,90 manat
25. Məhkəmə bildirişlərində əmək pensiyasından tutulmuş olan məbləğlərin aydın olmadığı qeyd edilmiş və o yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalına müraciət etmişdir. Həmin orqandan gələn 20 sentyabr 2022-ci il tarixli sorğuya cavab məktubunda da əmək pensiyasından ümumillikdə 2699,77 manat tutulduğu qeyd edilmişdir. Ancaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən 20 sentyabr 2022-ci ci il tarixli arayış isə məhkəmə prosessindən sonra ona təqdim olunmuşdur.
26. Məhkəmə qərar verərəkən 01 oktyabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehin kredit borcu məbləğinə görə onun əmək pensiyasından tutulmuş olan 757,90 manat məbləğini nəzərə almamışdır.
27. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)- 1384/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
30. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)- 1384/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçının əsl niyyəti qətnaməni iddianın təmin edilməmiş hissəsində mübahisələndirmək olmuşdur. Bu əsasla, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır.
37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə və bu qətnamənin 33-cü bəndində göstərilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslanmaqla iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli arayışın birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmadığını hesab edərək həmin arayışı sübut kimi qəbul etmişdir.
38. Birinci instansiya məhkəməsi iddianın 757.90 manata aid hissədə təmin edilməməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən verilmiş 18 iyun 2022-ci il tarixli arayışda göstərilmiş 757.90 manat tutulmanın 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədi üzrə aparılmasının sübut olmadığına əsaslansa da, məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun 15 saylı ərazi filialı tərəfindən verilmiş xx.xx.2021ci il tarixli məktub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən verilmiş 18 iyun 2022-ci il tarixli arayış və apellyasiya şikayətinə əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli arayışın birgə təhlilindən görünür ki, İddiaçı pensiyasından 01 oktyabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 757.90 manat pulun tutulması və xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1941.87 manat pulun tutulması eyni əsasa malik olmuşdur.
39. Belə olan halda məhkəmə kollegyiası hesab edir ki, iddia tələbi həmin təmin edilməmiş 757.90 manata aid hissədə də təmin edilməlidir.
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən edilməsini qət etməklə iddianın rədd olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)-1384/2022 saylı qətnaməsi iddianın rədd edilmiş 757.90 manata aid hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 2973.13 manat pul tələbinə dair iddia tələbi həmin hissədə də təmin edilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(051)- 1384/2022 saylı qətnaməsi iddianın rədd edilmiş 757.90 (yeddi yüz əlli yeddi manat doxsan qəpik) manata aid hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 2973.13 manat (iki min doqquz yüz yetmiş üç manat on üç qəpik) pul tələbinə dair iddia tələbi təmin edilməmiş 757.90 (yeddi yüz əlli yeddi manat doxsan qəpik) manata aid hissədə də təmin edilsin. Cavabdeh 757.90 (yeddi yüz əlli yeddi manat doxsan qəpik) manat və həmin məbləğə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7.58 (yeddi manat əlli səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev