Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1670/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 1130,45 manat məbləğində əsas borc, 118,50 manat məbləğində faiz borcu, 961,11 manat məbləğində cərimə üzrə borc, gecikdirilmiş günlər üzrə 5 faiz olmaqla 171,84 manat məbləğində faiz məbləği, ümumilikdə isə 2381,90 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə növbəti məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Həmçinin, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi proseduruna əməl etməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətində Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-244/2020 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin vəsatəti geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-244/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-244/2020 saylı qərаrdаdı ilə Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında xx xxxx 2020-ci il tarixli, 2 (075)- 244/2020 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə vəsatətin geri qaytarılması haqqında Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadı ləğv edilmiş və iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin şikayətinin Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadı əsasında baxılmamış saxlanılmış iş üzrə icraatın təzələnməsi ilə bağlı hissəsi müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gələməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki birinici instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Belə ki, məhkəmə tərəfindən Ləğv prosesində olan QSC «Bank Standart» KB-nə göndərilmiş xx xxx 2020-ci il tarixli məktubda xx xxxx 2019-cu il tarixdə, saat 11:30-da keçiriləcək məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakının təmin olunması və məhkəmə iclası keçirilənədək iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh Ələşrəf oğlu arasında bağlandığı iddia edilən xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsinin, o cümlədən iddiası ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi, həmin kredit müqaviləsi üzrə yaranmış borcun Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşüb-düşməməsi barədə məlumat verilməsi, düşmədiyi halda səbəblərinin göstərilməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB məhkəmənin xx xxx 2020-ciil tarixli məktubuna cavab verməmişdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Azərbaycan Respublikası Maliyyə X1 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini ( qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Göründüyü kimi iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB cavabdehlə arasında bağlanmış kredit müqaviləsinə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının şamil edilib-edilmədiyini bildirməmiş, bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, o cümlədən iddiaçı bank tərəfindən iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanları araşdırılmadan işə mahiyyəti üzrə baxılması tələb edilmişdir. Beləliklə də, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin hazırki vəziyyətdə işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi proseduruna əməl etmək üçün bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Buna görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadına əsasən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 31, 35-ci, 263, 264-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC «Bank Standart» KB tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (075)-244/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1670/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1670/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver