Məhkəmə qərarları › İş №2(107)-1675/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1675/2020

26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1675/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 30.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 30.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(054) - 325/2018 nömrəli qərardadı ilə Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, həmin əmlakın özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmiş, fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı notariat və reyestr əməliyyatlarının aparılması Oğuz rayon Dövlət Notariat Kontoruna, Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qadağan edilmişdir Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Sincan kəndində yerləşən, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı iddianı təmin etmə tədbirlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Ələddin Məcidov) xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı 30.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmək üçün tədbir görülməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadı əsasında tətbiq edilmiş, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsinin Cavabdeh qadağan edilməsi, fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı notariat və reyestr əməliyyatlarının aparılmasının Oğuz rayon Dövlət Notariat Kontoruna, Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qadağan edilməsi barədə iddianın təmin edilməsi tədbirləri ləğv edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. İddiaçı həmin qərardadın ləğv edilməsini və əmlak üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, onun iddia tələbi təmin edilməsə də, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən verdiyi 3000 manat məbləğ cavabdeh tərəfindən qaytarılmamışdır. Ona görə də məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirlərinin ləğv edilməsinə etiraz edir. Qeyd olunan əsaslara görə iddianı təmin etmə tədbirlərinin ləğv edilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini, əmlak üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 30.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsi ilə bağlı ərizəyə dair Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq dövlət işində işlədiyi üçün iclasda iştirak edə bilmədiyini bildirmiş, mümkünsə iclasın xx.xx.2020-ci il tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Oğuz Rayon Məhkəməsinin icraatında olmuş 2(054)-325/2018 nömrəli mülki işin materiallarından görünür ki, həmin iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(054)-325/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2481/2018 nömrəli qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2 (054) - 325 / 2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2 (054) - 325 / 2018 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, qeyd edilən mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilməmiş, həmin yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə Cavabdeh üzərinə düşən hər hansı öhdəlik olmadığından ona məxsus olan əmlakın üzərinə həbs qoyulması ilə bağlı və digər iddianı təmin etmə tədbirlərinin saxlanılması zərurəti aradan qalxmışdır. Ona görə də Oğuz rayonu Sincan kəndində yerləşən, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(054)-325/2018 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-325/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar