Məhkəmə qərarları › İş №2(107)-1678/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1678/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1678/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsindən İddiaçı-nin direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı-nin Cavabdeh vurduğu maddi zərərə görə 2714 (iki min yeddi yüz on dörd) Avro və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə 2714 (iki min yeddi yüz on dörd) Avro və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında EL020/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli Müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdeh ona məxsus olan **-EK-*** dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün İddiaçı zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə, saat 09:20-də işləri həyata keçirərkən istifadəsində olan Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq, İddiaçı zavodu ərazisində şirkətin mülkiyyətində olan HD-F 60200 İİİ X4 idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmış və idarəetmə pultunun içinə sızmışdır. Adıçəkilən avadanlığa istehsalçısı tərəfindən təyin olunmuş mütəxəssis tərəfindən baxış keçirilmiş və lazer makinasının klaviatura hissəsinin dəyişdirilməsinə ehtiyac yarandığı bildirilmişdir. HD-F 60200 İİİ X4 təmirinin həyata keçirilməsi zərurəti yaranmış və avadanlığın ziyan görmüş hissəsinin dəyişdirilməsinə bir sıra xərclər çəkilmişdir. Avadanlığın təmiri məqsədilə, dəyişdirilməsi zəruri olan ehtiyat hissəsi tərəflərindən sifariş verilmiş və 2714 (iki min yeddi yüz on dörd)Avro xərc çəkilmişdir. Cavabdehə avadanlığa istifadəsində olan nəqliyyat vasitəsi ilə ziyan vurulduğu və dəyən ziyanın məbləğinin tərəfindən ödənilməsi tələbi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli, EL005 saylı pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq, cavabdeh hələ də əmlaka dəyən ziyanın məbləğini ödəməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndəiddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən də onunla İddiaçı arasında EL020/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən o, özünə məxsus olan 90-EK262 dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün İddiaçı zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə, saat 09:20-də işləri həyata keçirərkən istifadəsində olan Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq, İddiaçı zavodu ərazisində şirkətin mülkiyyətində olan HD-F 60200 İİİ X4 idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmışdır. Bundan sonra makinənin səthi silinmiş, avadanlıq yoxlanılmış və makinənin idarəetmə pultunun işlədiyi müəyyən edilmişdir. Bundan sonra avadanlıq uzun müddət işlək vəziyyətdə olmuş və ona qarşı heç bir pretenziya olmamışdır. Qeyd etdi ki, hadisə mövcud olsa da avadanlığın işləməməsi onun təqsirindən baş verməmişdir. Əgər belə bir şey olsa idi, ona bu barədə məlumat verilərdi. Həmçinin, makinənin idarəetmə pultu da bir neçə ay işlək vəziyyətdə olmuş, daha sonra başqa işçilərin təqsirindən yararsız vəziyyətə düşmüşdür. Əlavə olaraq qeyd etdi ki, o, İddiaçı-də işləyərkən bütün avadanlıqların üstünün örtülmədiyini görmüş, tabe olduğu şəxslərdə hər hansı hadisə baş verərsə avadanlıqların yararsız hala düşə biləcəyini bildirmişdir. Lakin idarə rəhbərliyi buna etinasız yanaşmış, yalnız sözügedən hadisə baş verdikdən sonra bütün avadanlıqların üstü örtülmüşdür. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı-nin direktoru X3 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı-nin direktoru X3 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh təhlükəsizlik qaydalarına əməl etməmiş, istifadəsində olan yük maşınının yağ xortumu nasaz olduğu halda onun istifadəsini davam etdirmiş, nəticədə onun müqavilə öhdəliklərinə və hüquqa zidd olan bu hərəkətləri ilə “xxxxxx” MMC-yə ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən HD-F 60200 İİİ fıber lazer makinasının idarəetmə pullunun Qaz 5312AP 17 yük xüsusi.təy. markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumunun partlayaraq üzərinə dağılmış yağ məhlulunun içərisinə sızması nəticəsində yararsız vəziyyətə düşdüyü barədə hər-hansı sübut (ziyan aktı və s) olmaması ilə bağlı göstərilənlərlə də razı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş aktdan da göründüyü kimi, cavabdeh özü də imzası ilə avadanlığın idarəetmə pultuna onun istifadəsində olan avtomaşının yağ xortumundan yağ mayesinin dağıldığını, yağın idarəetmə pullunun içərisinə sızdığını təsdiq etmişdir. Həmin aktı Hüseyn Kaçar imzalamaqdan imtina edərkən göstərir ki, yağ mayesinin sızması öz nəticələrini dərhal göstərməyə bilər və bu maye sızması nəticəsində müəyyən müddət keçdikdən sonra idarəetmə pultu xarab ola bilər. Həmçinin 1-ci instansiya məhkəməsi istehsalçı şirkət tərəfindən verilmiş və məhkəməyə təqdim edilmiş “Servis forumu”nu ümumiyyətlə nəzərə almamışdır. Halbuki, həmin sənədin “Rapor” bölümündə aydın şəkildə göstərilir ki, avadanlığın pultu MCP panel üzərinə hidrolik yağ dağıldığından yararsız hala düşmüşdür və yenisi ilə dəyişdirilmişdir. Bundan başqa, məhkəmə prosesinin gedişində hakimə bildirilmişdir ki, istehsalçı şirkətə idarəetmə pultunun sıradan çıxmasının səbəbləri və onun qiyməti barədə sorğu göndərilmişdir, pandemiya ilə əlaqədar həmin sorğunun cavabı istehsalçı Türkiyə şirkəti tərəfindən onlara çatdırıla bilmir və xahiş edilmişdir ki, həmin cavab əldə edilənədək proses təxirə salınsın. Lakin, birinci instansiya məhkəməsinin hakimi bunu etməmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, birinci insatnsiya məhkəməsinin İddiaçınin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, iddia tələbi isə qanuni və əsaslı olmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsini ləğv edə və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı-nin direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 502/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn İddiaçı ilə “X7 Anonim Şirkəti” arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqavilədən görünür ki, satıcı “X7 Anonim Şirkəti” HD-F 60200 İİİ X5 305500.00 Avroya alıcı İddiaçı-yə satmışdır. İşdə оlаn İddiaçı ilə Cavabdeh arasında bağlanmış EL020/19 saylı, xx xxxxxxx 2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh ona məxsus olan **-EK- *** dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün İddiaçı zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. İşdə оlаn xx xxxxxxx 2019-cu il tarixli iş haqqında məlumatdan və qiymətlərin razılaşma protokolundan görünür ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30dan 17:00-dək, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək saat 09:00dan 17:00-dək işdə olmuşdur. İşdə оlаn xx xxxxxxx 2019-cu il tarixli Aktdan görünür ki, Cavabdeh xx xxxxxxx 2019cu il tarixdə, saat 09:20-də işləri həyata keçirərkən istifadəsində olan Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq, İddiaçı zavodu ərazisində şirkətin mülkiyyətində olan HD-F 60200 İİİ X4 idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmış və idarəetmə pultunun içinə sızmışdır. Aktın doğruluğu baş operator T.Qafarov, operatorlar Z.Şükürov, R.Eyvazov, avtosəbətin sürücüsü Cavabdeh, E.Rəsulov, mühafizəçi E.Qanbayev tərəfindən təsdiq edilmişdir. Lakin montajçı Hüseyin Kaçar aktı imzalamaqdan imtina edərək bildirmişdir ki, makinənin idarəetmə pultu işləsə də istənilən vaxt problem yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış zamanı müəyyən olunmuşdur ki, HD-F 60200 İİİ X4 idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 752, 752.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinəistinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında EL020/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh özünə məxsus olan **-EK-*** dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün İddiaçı zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə, saat 09:20-də işləri həyata keçirərkən istifadəsində olan Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq, İddiaçı zavodu ərazisində şirkətin mülkiyyətində olan HD-F 60200 İİİ X4 idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmışdır. İddiaçı tərəfindən HD-F 60200 İİİ X4 təmiri üçün 2714 Avro xərc çəkildiyi bildirilmişdir. İddiaçı baş vermiş hadisənin Cavabdeh ehtiyatsız hərəkətləri nəticəsində meydana gəldiyini, həmin makinənin yararsız vəziyyətə düşdüyünü bildirərək makinəyə çəkilmiş xərcləri cavabdehdən tələb edir. Cavabdeh isə makinənin hadisə baş verdikdən sonra uzun müddət işlədiyini, əgər sonradan xarab olsa belə onun təqsirindən yaranmadığını bildirərək iddianı qəbul etmir. Beləliklə, iddiaçı cavabdehdən vurduğu maddi zərərə görə 2714 (iki min yeddi yüz on dörd) Avronun alınaraq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən Cavabdeh hərəkət və ya hərəkətsizliyi ilə İddiaçı-yə hər hansı bir maddi ziyan vurması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillər isə cavabdehin iddiaçıya vurduğu ziyanın əsası kimi qəbul edilə bilməz. Bundan başqa xx xxxxxxx 2019-cu il tarixli Aktdan da görünür ki, həmin aktı montajçı Hüseyin Kaçar aktı imzalamaqdan imtina edərək makinənin idarəetmə pultunun istənilən vaxt problem yarada biləcəyini, lakin hazırda işlədiyini bildirmişdir. Həmçinin, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş invoysda 2714 Avro məbləğində pulun xx xxxxxx 2019-cu il tarixdə İddiaçı-yə ödənildiyi göstərilsə də, həmin hesablaşmanın məhz HD-F 60200 İİİ X4 idarəetmə pultunun təmiri üçün ödənildiyi müəyyə olunmur. Ümumiyyətlə, iş materiallarına HD-F 60200 İİİ X4 idarəetmə pultunun məhz Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq üzərinə dağılmış yağ məhlulunun içirisinə sızması nəticəsində yararsız vəziyyətə düşdüyü, təmiri üçün 2714 (iki min yeddi yüz on dörd) Avro pul lazım olduğu, tələb olunan xərclər barədə hər hansı sübut (ziyan aktı və s) əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı-nin Cavabdeh vurduğu maddi zərərə görə 2714 (iki min yeddi yüz on dörd) Avro və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi sənəddə HD-F 6020İİİ fiber laser makinasının kontrol panelinin onarılamayacaq şəkildə hasar görməsi göstərilsə də, məhz həmin xətərin xx xxxxxxx 2019-cu ildə saat 09:20-də baş vermiş hadisə-Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumunun partlaması nəticəsində idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmasından baş verməsi barədə heç bir dəlil göstərilməmişdir. Eyni zamanda həmin kontrol panelindən daha sonra da istifadə olunduğundan həmin panelə xətər yetirilməsinin Cavabdeh geüahı üzündən baş verməsi inandırıcı deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı-nin direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı-nin direktoru X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar