Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1686/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən apelyasiya mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6133 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19623 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manatın tutulub «xxxxxxxx» ASCnəödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 5 saylı evə yönəldilməsi, evin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli (hakim H.Mirzəyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5136.40 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 18626.40 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxxxxxx» ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin Cavabdeh1 alınıb «xxxxxxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə 300 manat ekspertiza xərcləri Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Qədimov X1 Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-901/2020 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılımışdır. Cavabdeh1 Laçın rayonundan məcburi köçkün olmasını əsas gətirərək (buna dair arayış da təqdim etmişdir) məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermiş, həmin şikayətə məhkəmə tərəfindən baxılaraq xx.xx.2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qərardadla Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qərardadı ləğv edilmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsi müşayiətedici məktubla mülki işi yenidən Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Lakin müşayiətedici məktubun məzmunundan görünür ki, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün deyil, xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Halbuki birinci instansiya məhkəməsi özü xx xxxx 2020-ci il tarixli qərardadla mübahisələndirilən xx xxxx 2020-ci il tarixli qərardada hüquqi qiymət verərək ləğv etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına apelyasiya icraatı qaydasında yenidən baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 358.0.1-ci maddəsinə görə, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına şikayət verilə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən, apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən, apelyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından şikayət qəbul olunmamış hesab edilərək xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 29/2020 nömrəli qətnamədən verilmiş apelyasiya şikayəti ilə bağlı Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qeyri-mümkün hesab edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün yenidən Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1686/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1686/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver