Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1698/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)-1270/2020 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)-1270/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddianın qismən təmin olunması, Cavabdeh 35040 manat, 24000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 267537.84 rublun (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35040 manat, 24000 ABŞ dolları, 267537.84 rubl və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qohumu Cavabdeh 2015-ci ildə ona müraciət edərək borca pul verməyimi xahiş etmişdir. Cavabdeh həmin borc pul məbləği ilə ev alacağını və həmin evi kirayəyə verib kirayə pulu ilə borcunu qaytaracağını bildirmişdir. Buna görə də cavabdehlə 22 aprel 2015-ci il tarixdə borc müqaviləsi bağlamışdır. Cavabdeh borc məbləğini tələb olunduğu andan 3 (üç) ay ərzində geri qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh borc pulun bir hissəsini bank vasitəsi ilə öz adından göndərmişdir. Bir hissəsini isə yanında işləyən bacısı oğlu X1 vermiş və o da bank vasitəsilə Cavabdeh göndərmişdir. O, bank vasitəsilə Cavabdeh 13 may 2015-ci il tarixdə 5000 ABŞ dolları, 22 iyun 2016-cı il tarixdə 5000 ABŞ dolları, 14dekabr 2016-cı il tarixdə 67537.4 rubl, 14 avqust 2019-cu il tarixdə 200000 rubl məbləğdə pul göndərmişdir. Bacısı oğlu X2 isə bank vasitəsi ilə cavabdehə 09 iyun 2016-cı il tarixdə 5000 ABŞ dolları, 30 may 2017-ci il tarixdə 4000 ABŞ dolları, 01 iyun 2017-cı il tarixdə 5000 ABŞ dolları məbləğdə pul göndərmişdir. Bundan başqa cavabdehə razılıq vermişdir ki, ünvan 1 ünvanında və ünvan 2 yerləşən ona məxsus 69 nömrəli və 2318 nömrəli mənzilləri kirayəyə versin, həmin kirayə pullarını borca özünə götürsün. Cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus 69 nömrəli mənzili aylıq kirayə haqqı 380 manat olmaqla kirayəyə vermişdir. Həmin mənzilin 21 avqust 2016-cı il tarixdən 01 avqust 2020- ci il tarixlərdə kirayəsindən 48 aylıq, yəni 18240 manat məbləğində kirayə haqqını cavabdeh özünə götürmüşdür. Eyni zamanda ünvan 2 yerləşən ona məxsus 2318 nömrəli mənzili aylıq kirayə haqqı 350 manat olmaqla kirayəyə vermişdir. Həmin mənzilin də 16 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixlərdə kirayəsindən 48 aylıq, yəni 16.800 manat məbləğində kirayə haqqını özünə götürmüşdür. Cavabdehin ümumilikdə ona 35040 manat, 24.000 ABŞ dolları, 267537.84 rubl məbləğində borcu mövcuddur. O, dəfələrlə cavabdehə borcun qaytarılması barədə müraciət etmişdir. Bu barədə tez-tez danışıqları olmuş, lakin etdiyi müraciətlərin və danışıqların heç bir nəticəsi olmamışdır. Bu günə kimi hələ də ona heç bir ödəniş edilməmiş və borc qaytarılmamışdır. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən də İddiaçı 35040 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borcu vardır. Borcunu qısa müddətdə ödəyəcəkdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, apellyasiya şikayətinə əlavə etdiyi Şəki rayon Məhkəməsinin 2(075)-638/2020 saylı, 24.08.2020-ci il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh onunla -yəni Qəhrəmanova ülkər Çingiz qızı ilə 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur və Şəki rayon Məhkəməsinin 2(075)-638/2020 saylı, 24.08.2020-ci il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Cavabdeh nikah münasibətlərin sarsıldığını və artıq nikahın bitdiyini və onun birgə nigah dövründə əldə olunan ümumi əmlakın bölgüsü ilə bağlı məhkəməyə rəsmi müraciət edəcəyini təxmin edərək adı çəkilən naməlum borcun onun birgə nikah dövründə əldə edilmiş əmlaklarda olan pay haqqına yönəldilməsi məqsədilə (ilkin olaraq borcun varlığı ilə bağlı məhkəmə aktına ehtiyacı olduğu üçün) bacısının əri ilə razılaşıb onun əslində mövcud olmayan dırnaqarası “borc” tələbi ilə məhkəməyə müraciət etməsi qərarına gəlmişlər. Və bununla da borc tələbi adlı iddia ərizəsi Şəki rayon Məhkəməsinin icaatına daxil olmuş və icraata qəbul olmuşdur. Daha sonra o, birgə nikah dövründə əldə edilmiş əmlaklarda pay haqqının müəyyən edilməsi tələbi ilə Şəki rayon Məhkəməsinə müraciət etmişdir. 2(075)- 277/2021 saylı mülki iş hazırda məhkəmənin icraatındadır. Bundan sonra Cavabdeh 2(075)-277/2021 saylı mülki işdə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək Şəki Rayon Məhkəməsinin 2(075)-1270/2020 saylı qətnaməsi ilə müəyyən edilən borcun 1/2 hissəsinin birgə nikah dövründə əldə edilmiş əmlakın ona çatan hissəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və icraata qəbul edilmişdir, (qoşma 5) Məhkəmənin əmlak bölgüsü ilə bağlı 06.05.2021-ci il tarixli iclasında qarşlıqlı iddiaya əsas olan sübut kimi adı çəkilən qətnaməni məhkəməyə təqdim etmişdir. Həmin günə qədər onun nə adı çəkilən uydurma borcun mövcudluğundan xəbəri olmamış, nə də adı çəkilən qətnamədən xəbəri olmamışdır. O, həmin qətnamənin tərkibi və mahiyyətiylə məhkəmə salonunda həmin gün şifahi olaraq məlumatlandırılmışdır. O, 06.05.2021-ci il tarixdə məhkəmənin hakimi Pərviz Hacıyevə müraciət edərək qətnamənin onun birbaşa hüquqlarına və maraqlarına toxunduğunu və apellyasiya şikayəti vermək məqsədilə qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Həmin gün 06.05.2021-ci il tarixdə qətnamə ona rəsmi qaydada təqdim edilmişdir. Qətnamənin məzmunu ilə tanış olduqdan sonra İddiaçı hal hazırda Rusiya Federasiyasında ola ola və şikayət etdiyi tarix covid-19 pandemiyası müddətində ölkə xarici və ölkəyə daxil olan uçuşların təxirə salındığı dövrü əhatə etdiyi üçün nümayəndəsi olmadan iddianı hansı qaydada qaldırdığı, iddia ərizəsini kimin imzalaması, hansı poçt vasitəsi ilə məhkəməyə daxil olması və ümumiyyətlə tərəflər arasında belə bir borcun mövcudluğu ilə bağlı rəsmi qaydada müqavilənin olub-olmaması məsələsi ona qaranlıqdır. Hesab edir ki, bu məsələyə aydınlıq gətirilməsi vacibdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və yalnız cavabdehin təkidi ilə məhkəmə prosesi keçirilmiş və iddiaçı ilə cavabdeh arasında belə bir borcun mövcudluğunun sübut edən heç bir sənəd təqdim etməmiş, yalnız cavabdehin etirafı ilə iddia tələbi təmin edilmişdir. Bunun iddiaçı və cavabdeh tərəfindən qurma olaraq məhkəməni yanıltmaq arzusu olduğunu görmək üçün dərindən düşünməyə belə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Birincisi borcu iddia etmək üçün artıq iddia müddəti ötmüşdür. İkincisi əyər cavabdeh borcunu etiraf edərək borcu qaytarmaq istəyirdisə o zaman məhkəməyə nə lüzum var idi, öz aralarında razılaşıb borcu ödəyərdi. Buradan aydın görünür ki, Cavabdeh məhkəmə orqanlarına əsassız ,həqiqətə uyğunnövbəti məhkəmə çəkişmələri üçün özünə sübut toplamaq məqsədilə Azərbaycan Respublikasının Məhkəmələrindən bir vasitə kimi istifadə etməyə çalışmış və istəyinə də nail olmuşdur. Onda olan sübutlara əsasən İddiaçı Cavabdeh onun adından hərəkətlər etmək üçün etibarnamə vermiş və Cavabdeh İddiaçı və onun yoldaşının (Cavabdeh doğma bacısı X5) adına Azərbaycan Respublikasında ,Bakı şəhərində„Qəbələ və Qax rayonlarında özünə əmlaklar(mənzil,torpaq sahələri) alınmışıdır. Bununla bağlı lazım gələrsə məhkəməyə sübutlar təqdim edə bilər. Hesab edir ki, ümumiyyətlə hər hansı borc tələbi üçün artıq iddia müddəti ötmüşdür. Bundan başqa əgər iddia ərizəsini həqiqətən də iddiaçı imzalayıb məhkməyə təqdim etmişdirsə, o zaman iddiaçı və cavabdeh razılşaraq iddiaçının əmlakları üçün xərclədiyi pulları borc kimi qarşılıqlı inam qohumluq əlaqələri əsasında cavabdehin üzərinə yönəltməklə həmin borcun birgə nikah döründə əldə etdikləri əmlaklara yönəltmək məqsədi daşıyır. Nəticə etibarilə mənim hüquqlarım və maraqlarım əsassız şəkildə toxunulmuşdur. Əgər həqiqətən də belə bir borc olsa idi, o zaman iddia tələbi ilə məhkəməyə şikayət etmək üçün iddia müddəti ötmüşdür və belə olan halda iddia müddətinin şamil edilməsini məhkəmədən xahiş edir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Maraqlı şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında maraqlı şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı izahat verərək göstərmişdir ki, apellyasiya şikayətinin müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, o pullar göndərilib, lakin onlar Vüqara borc kimi göndərilməyib. O göndərilən pullarla misal üçün Vuqarın Bacısına Bakıda ev alınıb. Özləri üçün də qəbələ və oğuzda torpaq sahələri alıblar. Sadəcə Vüqara deyirdilər ki, ev tapsın. Onun əmlakın bölgüsü ilə bağlı məhkəməyə 2020-ci ilin dekabr ayında müraciəti olmuşdur. Bu vaxta qədər əngəllər törədirlər. May ayının beşində əmlak məsələsi ilə bağlı iclasda bu borcla bağlı iddianı irəli sürdü. Guya qardaşından və bacısı oğlundan borc müqaviləsi var. O əmlakları almaq üçün guya o bu şəxslərdən borc almışdır. Hesab edir ki, bu iddia onun əmlak bölgüsü ilə bağlı tələbinə əngəl olmaq üçün qaldırılıb. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 22 aprel 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, Rəhimov X3 Vüqar Şəmil oğluna müxtəlif valyutalarda hissə-hissə, heç bir faiz tələb etmədən borc verməyi, Cavabdeh isə borcu 3 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 02 aprel 2020-ci il tarixli üzləşmə aktında görünür ki, Cavabdeh İddiaçı 02 aprel 2020-ci il tarixə 32120 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borcu olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 191.3 və 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı mütəlif vaxtlarda cəmi 35040 manat, 24000 ABŞ dolları və 267537.84 rubl borc almış, lakin bugünədək borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatına və iddia ərizəsinə əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək, onları borcun etirafı kimi qəbul etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş rüsum qəbzi İddiaçı tərəfindən deyil, X8 tərəfindən ödənilmişdir. Lakin ərizəyə X4 İddiaçı adından iddia ərizəsi üzrə müvafiq ödənişləri həyata keçirməyə səlahiyyəti olduğunu təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Odur ki, iş materiallarına əlavə edilmiş rüsum qəbzi İddiaçı tərəfindən ödənilmədiyindən 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən (30 manat dövlət rüsumuna aid təmin edilməyən hissə istisna olmaqla) təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan maraqlı şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Əvvəla ona görə ki, hazırki iş üzrə iddiaçı Rəhimov X3 Anar Şəmil oğluna qarşı pul tələbi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsini əsas götürərək həmin etirafı qəbul etməklə iddianı qismən – iddianın etiraf edildiyi həddə təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddianı etiraf etməsini qəbul edərkən həmin etirafın qanuna zidd olmaması, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin maddə 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-ci maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən maddələrin tələbi baxımından belə nəticəyə gəlmək olur ki, hər bir şəxs öz öhdəliklərinə görə fərdi məsuliyyət daşımalıdır. Hazırki iş üzrə də cavabdeh iddianı özü etiraf etməklə iddiaçı qarşısında öz öhdəliklərini icra etməyə borclu olduğundan onun iddianı etiraf etməsi iddianın təmin edilməsi əsası kimi qəbul ediləndir. Bu hal maraqlarına toxunan şəxsin apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə əsas ola bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1698/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1698/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver