Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1699/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı, Cavabdeh (sonuncu iclasda iştirak etmir) və onun vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-724/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6150 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-724/2021 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 6150 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhərində məskunlaşıb yaşayır. Tam orta təhsillidir. Ailəlidir iki övladı var. Eyni zamanda fərdi əməklə məşğuldur. Cavabdehi xeyli müddətdir ki, tanıyır. Aralarında dostluq münasibəti olub. O Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə gizir kimi xidmət edir. Əşya anbarının rəisidir. Cavabdeh 2019-cu ildə ona bildirdi ki, şəxsi ehtiyacı üçün ona 3150 manat pul lazımdır. O özündə olan ehtiyat pulunu və atası X5 da borc almaqla Cavabdeh 3150 manat borc pul vermişdir. Bir müddət sonra o yenidən ona müraciət edərək bildirmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu Mingəçevir şəhər sakini X8 ilə aralarında mübahisə düşmüş və o Xalidəyə və onun övladlarına bədən xəsarəti yetirmişdir. Xalidə polis şöbəsinə şikayət etmişdir və bu məsələni yoluna qoymaq üçün 2000 manat pul lazımdır. O yenidən atasına və xalası X9 müraciət etmişdir. Onlar birgə Cavabdeh 2000 manat pul vermişlər. Sonradan o bildirdi ki, bu pulu polis şöbəsinə verərək məsuliyyətdən qurtarmışdır. Ötən ilin avqust ayında Cavabdeh yenidən ona müraciət edərək bildirdi ki, banka olan kredit borcunu bağlamaq üçün ona 1000 manat pul lazımdır. Kredit borcunu atasında pul olmadığına görə o yenidən xalası X9 müraciət etmişdir. Xalası da onun xahişini nəzərə alaraq Cavabdeh onun iştirakı ilə, 1000 manat pul vermişdir. Beləliklə Cavabdeh ona cəmi 6150 manat borcu yaranmışdır. Həmin gün Cavabdeh özünün maaş kartını ona vermişdir. O avqust ayının axırlarında həmin maaş kartından pul çıxarmaq üçün bankomata getmişdir. Kartı yoxlayanda məlum olmuşdur ki, kart artıq fəaliyyətsizləşdirilmişdir. Ondan sonra dəfələrlə telefon əlaqəsi saxlasa da Cavabdeh ona borclu olduğu 6150 manat pulu özünün dediyinə görə, şəhərdə kriminal aləmin nümayəndəsi kimi tanınmış Razi (***-***-**-**) adlı şəxsə verdiyini və ala bilirsənsə pulunu get Razidən al deyə bildirmişdir. Bir müddət sonra isə həmin Razi və hal-hazırda həbsdə olduğu deyilən Zaxar adlı başqa birisi ilə onu bıçaqla hədələyərək onun bahalı üzüyünü və noutbukunu almışdır. Sonradan bilmişdir ki, bu quldurluq əməlinin təşkilatçısı və sifarişçisi də Cavabdehdur. O bu barədə şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru Ruzi Həsənovun 19.01.2021-ci il tarixli qərarı ilə, cinayət işinin başlanması rəd edilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də məhkəmədən Cavabdeh 6150 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi heç bir sübut olmadan onun İddiaçı 6150 manat məbləğdə borcunun olması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxartmışdır. Məhkəmə ona qarşı qərəzli mövqe tutmuş, qanunvericiliyin tələblərinə düzgün riayət etməmiş, qətnamə qəbul edərkən təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşdur. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir daha bildirir ki, o, İddiaçı olan borcunu tam olaraq ödəmişdir. Eyni zamanda da onun iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa o, İddiaçı pul alarkən nə qəbzə imza etmiş, nədə ki, notariat qaydasında borc müqaviləsi bağlamamışdır. O, aldığı pulu tam olaraq qaytarmışdır. Bütün bunların nəzərə alınaraq qətnamənin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının 05.10.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçını borca-sələmə pul verən şəxs kimi tanıyır. Pula ehtiyacı olduğundan ayrı-ayrı vaxtlarda iddiaçıdan 6000 manat civarında borc almış, lakin borcunu tam olaraq qaytarmışdır. Onun hesablamasına görə iddiaçıya heç bir borcu qalmayıb. O zəmanət üçün əmək haqqı kartını da iddiaçıya vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Kollegiyanın iclasında iştirak etmiş cavabdehin vəkili X11 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamışdır. Ona görə də apellyasiya şikayətinin ləğv olunaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun tanışıdır. O, pulu cavabdehə ehtiyacı olduğu üçün vermişdir. Aralarında heç bir faiz olmamışdır. Vermiş olduğu əmək haqqı kartından isə heç vaxt pul çıxarmayıb. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı dindirilmiş; X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Səbuhinin qohumudur. Pulu Ayaz ondan almışdır. Əvvəlcə 100 manat pul vermişdir. Sonra Səbuhi gəldiki Ayaza yenə pul lazımdır. Dedi ki, gəl Ayaza yenə borc verək bankdan pul götürən kimi borcunu qaytaracaqdır. Oda əlavə olaraq yenə 1000 manat pul verdi. Səbuhi dedi ki, pulu aparıb Ayaza verəcək, Ayazda kartını ona verəcək. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Ayazın tanışıdır. O, Ayaza 3000 manat pul verdi ki, gedib borcunu ödəsin. O, Ayaz və Qabillə birlikdə pulu aparıb Razinin çay evində Səbuhiyə verdilər. O, maşında gözlədi. Bir müddət sonra Ayaz gildə gəldilər maşının yanına. Səbuhidə onları maşına qədər ötürdü. Həmin vaxt maşının yanında Ayaz Səbuhidən kartını istədi. Səbuhi isə kartın atasında olduğunu bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Ayaz pulu Səhubiyə verməyə gedendə maşında o da var idi. O, maşın sürürdü. Ayaz pulu Rzinin yanında Səbuhiyə verdi. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Bilir ki, Ayazın pula ehtiyacı var idi. Oda Səbuhidən 6000 manat borc pul almış və əvəzində maaş kartını Səbuhiyə vermişdir. Ayaz ona zəng vurdu ki, hardasan. Oda çay evində olduğunu bildirdi. Ayaz Səbuhiyə olan borcunu qaytarmaq üçün çay evinə gələcəyini və onunda şahid kimi yanında olmağını xahiş etdi. Oda razılaşdı. Biraz keşdikdən sonra Ayaz çay evinə gəldi. Ondan başqa yanında iki nəfər var idi. Onların yanında Ayaza 6000 min manat saydıhamısı yüzlüklər idi və Səhubiyə qaytardı. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Səbuhi onun oğludur. Səbuhi ona dostu Ayaza pul lazım olduğunu dedi. O, Səbuhiyə pulu necə verəcəyini bildirdikdə Səbuhi bildirdi ki, Ayaz maaş kartını onlara verəcək. Sonra bankdan pul götürüb onlara olan borcunu ödəyəcək. Oda pulu verməyə razılaşdı. Səbuhidə həmin pulu ondan və Mirvaridən götürdü. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 19 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X16, X18 və X25 barəsində Azərbaycan Respublikası CM-nin 181.1ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya icraatı zamanı sorğu əsasında alınmış; Zaqatala Rayon Hərbi Prokurorluğunun 01C-21 nömrəli materialı üzrə (09.02.2021-ci il tarixli qərarı) izahatı alınmış Cavabdeh bildirmişdir ki, “... o 2020-ci il ilin ayul-avqust aylarında sələm götürdüyü 5000 manat pulun iki ay üçün verəcəyi 1000 manat ödəyə bilmədiyi üçün onun ümumilikdə S. Xudadatova 6000 manat məbləğində borcu yaranmışdır. O 2020-ci ilin sentyabr ayında İddiaçı ümumilikdə 6000 manat məbləğində borcunu beş nəfər şahidin yanında qaytardığını və həmin vaxt İddiaçı sələm verdiyi 5000 manat puldan ona heç bir borcunun qalmadığını bildirmişdir”. Mingəçevir şəhər Polis şöbəsinin HK-1/2339 nömrəli materialı üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, .. o pul lazım olduğu üçün S. Xudadatovdan 2019-cu ilin mayiyun ayında hissə-hissə 3000 manat və hər ay 600 manat ödədiyini, yenidən pul lazım olduğu üçün 2020-ci ilin may-iyun ayında əlavə hissə-hissə 3000 manat aldığını bildirmişdir. 2020-ci ilin sentyabr ayında İddiaçı özünə pul lazım olduğu üçün ona zəng edib 6000 manat pulu qaytarmağı bildirmişdir” Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçının tələbi də müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. Kollegiya nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehdə olduğunu sübut etməlidir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfin cavabdehlə aralarında yaranmış münasibət, eləcə də cavabdehin iddiaçıya borclu olması həm məhkəmə iclasında vermiş olduğu izahatı, eləcə də Mingəçevir şəhər Polis şöbəsinin HK-1/2339 nömrəli materialı və Zaqatala Rayon Hərbi Prokurorluğunun 01C-21 nömrəli materialı üzrə alınmış izahatları ilə 6000 manat həddində sübut olunur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında tanışlıq münasibəti olmuş və iddiaçı bu münasibətlər zəmnində cavabdehə hissə-hissə, ümumilikdə 6000 manat borc pul vermiş, lakin cavabdeh həmin pulu qaytardığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunan cinayət işinin rədd olunması barədə qərarlardan (bununla bağlı alınmış izahatlardan) həmçinin məhkəmə iclasında cavabdeh tərəfin vermiş olduğu izahatdan müəyyən edilir ki, cavabdeh iddiaçıya 6000 manat borcunun olmasını inkar etməmiş, həmin pulu qaytardığını bildirmişdir. Mübahisənin bu halı, yəni 6000 manat borcun olması, iş materialları ilə üst-üstə düşür. Belə olan halda kollegiya Mingəçevir şəhər Polis şöbəsinin HK-1/2339 nömrəli materialı və Zaqatala Rayon Hərbi Prokurorluğunun 01C-21 nömrəli materialı üzrə alınmış izahatları, həmçinin məhkəmə iclasındakı izahatı cavabdehin qismən etirafı kimi qiymətləndirir və hesab edir ki, iddia tələbinin faktiki əsası yalnız 6000 manatın tələb edilməsi ilə bağlı qanuni əsasının şərtləri, yəni dizpozisiya şərtləri ilə uzlaşır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddianın təmin olunmuş 150 manat hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddia tələbi qismən təmin edildiyindən iddiaçının hazırki qətnamənin mübahisələndirilən hissəsindən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamış, bu hüquq yalnız cavabdehə məxsus olmuşdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-724/2021 nömrəli qətnaməsi qismən - yəni “iddianın təmin olunmuş 150 manat” hissəsində ləğv edilsin . İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnаmə “cаvаbdeh Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, cavabdeh tərəf ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1699/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1699/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver