Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşladılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi ilə (hakim F.Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36315,59 (otuz altı min üç yüz on beş dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi, tutma bu qiymətlə həmin fərdi yaşayış evinə və 0.68 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılması və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmetinin 85000 manat məbləğində müəyyən edilməsində narazıdır. Bundan əlavə faiz borcundan da narazıdır. İş üzrə ekspertiza keçirilməlidir. Ona görə də qeyd edilənlər nəzərə alınaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmənin hazırki iclasına üzrlü səbəblər göstərmədən gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə borc məbləğinə və ipoteka premetinin real bazar qiymətinin müəyyən edilməsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 özünə məxsus olan əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, kredit və ipoteka müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent), faiz borcu isə 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) təşkil edir. Bundan əlavə iş üzrə keçirilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair xx xxxx 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutulmalı, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutulmalı, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutulsun. İpoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 245(100+145) manat İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-17/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-17/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver