Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1701/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X5, iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X2,cavabdehlər X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı xxxxxxxxxx QSC-nin cavabdehlər X3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldirilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000003714 nömrəli kredit razılaşması üzrə əsas borca görə 12834.63 (on iki min səkkiz yüz otuz dörd, altmış üç) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı “xxxxxxxxxx" QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000003714 nömrəli kredit razılaşması üzrə faiz borcuna görə 3287,73 (üç min iki yüz səksən yeddi, yetmiş üç) USD, dəbbə puluna görə 500 (beş yüz) USD, cəmi 3787.73 USD (üç min yeddi yüz səksən yeddi, yetmiş üç) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı “xxxxxxxxxx" QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və xidmət haqqına görə 20 (iyirmi) manat, ümumilikdə 60 (altmış) manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxxx" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 (otuz min səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayş evinin və torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğ iddiaçı “xxxxxxxxxx” QSC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan 200 (iki yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26R000003714 saylı razılaşma üzrə 12834.63 USD məbləğində kredit borcu, 5481.27 USD məbləğində faiz borcu və 9263.51 USD məbləğində cərimə olmaqla, cəmi 27579,41 USD məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin «xxxxxxxxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi qaydada tutulması və Cavabdeh1 mülkiyyətində olan Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 evdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, S.Mərdanova «xxxxxxxxxx» QSC ilə xx xxxxxx 2012-ci il tarixdə bağladığı 26L000000822 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 (bir yüz min) USD məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə S.Mərdanova «xxxxxxxxxx» QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli, 26R000003714 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 USD məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli, 26R000003714S saylı, xx xxxxxxxx 2015-ci il tarixli, 26R000003714SA saylı, xx xxxxx 2016-cı il tarixli, 26R000003714SB saylı və xx xxxxxx 2016-cı il tarixli, 26R000003714SC saylı sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. S.Mərdanov kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. S.Mərdanov kredit razılaşması üzrə götürdüyü kredit borcundan 9165.37 USD ödəmiş və onun 12834.63 USD məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, S.Mərdanov kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx xxx 2018-ci il tarixə 464 gün üçün hesablanmış faiz borcu 5481.27 USD təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. 464 gün üçün hesablanmış cərimə 9263.51 USD təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə S.Mərdanovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli, 26M000000459 saylı ipoteka müqaviləsi (Ucar rayon dövlət notariat kontorunun dövlət notariusu E.Cəlilov tərəfindən təsdiq edilib) əsasında Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən 2 №-li reyestr kitabının 156 №-li vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışla Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin S.Mərdanovun kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxxxxxxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2013-ci il tarixli, 5779 nömrəli arayışa əsasən ipoteka ilə yüklü edilən fərdi yaşayış evində yalnız mülkiyyətçinin özü Cavabdeh1 daimi qeydiyyatdadır. İpoteka saxlayan «xxxxxxxxxx» QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsində uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx xxxxxx 2017-ci il tarixdə isə ipoteka qoyan-Cavabdeh1 bildirişi qəbul etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxxxx 2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı «xxxxxxxxxx» QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün kreditor qarşısında borclu S.Mərdanov ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Birinci instansiya məhkəməsinin iclаsında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclаsında Cavabdeh3 (S.Mərdanov) iddianı qismən qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, əvvəllər iddiaçıya olan borclarını qrafikə uyğun ödəmişdir, sonradan maddi çətinlikləri və devalivasiya ilə bağlı bank qarşısında öhdəliklərini lazımınca və vaxtında icra etməmişdir. Eyni zamanda, tələb olunan cərimə pulu həddindən artıq yüksək göstərilmişdir, ona görə də azaldılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin pulu dolların devolivasiyası səbəbindən ödəyə bilməmişdir. Dolların devolivasiyasında isə onun heç bir günahı yoxdur. Günahı olmayan bir məsələyə gör isə hal-hazırda evsiz qala bilər. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsini ləğv edib, iddiaçı «xxxxxxxxxx» QSC-nın iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X6 (dəyişilmiş adı Cavabdeh3) apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2012-ci il tarixli, 26L000000822 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün X3 100.000 USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. İşdə olan xx xxxxxx 2012-ci il tarixli, 26L000000822 nömrəli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 26R000003714 nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı 22.000 USD məbləğində krediti aylıq 2 faiz dərəcəsi olmaqla 48 ay müddətinə X3 verməyi, X6 isə kredit razılaşmsının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli, 26R000003714S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli 26L000000822 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 26R000003714 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilmişdir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxxx 2015-ci il tarixli, 26R000003714SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli 26L000000822 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 26R000003714 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxxxxxx 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilmişdir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli, 26R000003714SB nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli 26L000000822 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 26R000003714 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1.75 faiz: xx xxx 2017-ci il tarixdən aylıq 1.6667 faiz: xx xxx 2018-ci il tarixdən aylıq 1.5833 faiz dərəcəsi ilə faizlər hesablanır. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, 26R000003714SC nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli, 26L000000822 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 26R000003714 nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1.75 faiz: xx xxx 2017-ci il tarixdən aylıq 1.6667 faiz: xx xxx 2018-ci il tarixdən aylıq 1.5833 faiz dərəcəsi ilə faizlər hesblanır. İşdə olan xx xxxxxx 2012-ci il tarixli, 26S000001683 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, 26S000004042 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, 26S000004082 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, 26M000000459 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2013-cü il tarixdə iddiaçı ilə X6 və Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan kredit alanın ipoteka saxlayan qarşısında pul öhdəliklərini tamamilə icra etməsi üçün Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi (fərdi yaşayış evinin əsas göstəriciləri: mərtəbəliyi-2, yaşayış otaqlarının sayı-3, yaşayış sahəsi- 78.0 kv.metr, yardımçı sahə-266.5 kv.metr, ümumi sahə-344.5 kv.metr, fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular): liter B-adı (təyinatı)-hamam, mərtəbəliyi-1, tikintialtı sahə-47 kv.metr) ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 23532 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngədə mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 156 nömrəli vərəqində xx xxxxxx 2013-cü ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan xx xxx 2018-ci il tarixli, 6549 nömrəli maliyyə arayışından görünür ki, X1 xx xxxxxx 2013-cü il tarixli, 26R000003714 saylı kredit razılaşması üzrə xx xxx 2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 12834,63 USD, faiz borcu üzrə 5481,27 USD, dəbbə puluna (cəriməyə) görə 9263,51 USD, cəmi 27579.41 USD təşkil edir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx xxxx 2017-ci il tarixli, 368, 369, 370 və 371 nömrəli xəbərdarlıqlar, Cavabdeh1 qzına xx xxxxxx 2017-ci il tarixli, 18896 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx xxxxxx 2017-ci il tarixli, 19515 nömrəli ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir. Məhkəmənin əvvəlki iclaslarında ipoteka predmeti olan evin hazırkı qiymətini və kredit borcunun nə qədər olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. İşdə olan “xxxxxxxxxxxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı rəyindən görünür ki, Cavabdeh1 qzına məxsus Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngədə mülkiyyətdə olan 0.045 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin xx xxxx 2018-ci il tarixinə olan orta bazar qiyməti 38000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 23323 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2013-cü il tarixli, 26R000003714 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 xx xxx 2018-ci il tarixinə (iddia üzrə) “xxxxxxxxxx” X4 borcu 16.380,01 USD məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 13.095,28 USD və faiz borcu 3287,73 USD müəyyən olunur. xx xxxxxx 2013-cü il tarxli, 26R000003714 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X3 cərimə borcu hesablanmamışdır. İşdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 23532 manat göstərilsə də ekspert rəyi ilə ipoteka predmetinin halhazırda orta bazar dəyəri 38000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 269.7, 295, 296.1, 297, 385.1, 442, 448.1, 462.1, 467, 470, 472, 500, 739.1, 739.2 və 741-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.1, 39.3.3, 41.1, 47.4 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşadırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Həmin Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə- zaminlərə qarşı da tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi, habelə kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və cavabdeh S.Mərdanov iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsulyyət daşıyırlar. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdehlər-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2013-cü il tarixli və xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, sonradan bağlanmış əlavə sazişlərdə bunlar barədə cavabdehlər-zaminlər Cavabdeh1 və Cavabdeh2 razılığı alınsa da Cavabdeh4 razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda cavabdeh-zamin Cavabdeh4 yalnız əsas borca görə cavabdeh-borc alanla eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi bununla bağlı hesab etmişdir ki, borclu öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edildiyi kimi, yəni 38000 manat göstərilməlidir. Birinci instansiya məhkəməsidə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri də məhkəmə xərclərinə aid edilməli və Cavabdeh3 (S.Mərdanov) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməlidir. Ekspert rəyində xx xxxxxx 2013-cü il tarixli, 26R000003714 saylı kredit müqaviləsi üzrə cərimənin hesablanmadığı qeyd olunsa da müqavilə şərtlərində kreditin və faizlərin vaxtında qaytarılmadığı təqdirdə cərimənin ödənilməsi göstərilmişdir. Buna görə də müqavilə şərtləri nəzərə alınmaqla cavabdehlərdən iddiaçının xeyrinə cərimə tutulmalı, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 26R000003714 nömrəli kredit razılaşması üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən əsas borca görə 12834.63 (on iki min səkkiz yüz otuz dörd, altmış üç) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalı, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 26R000003714 nömrəli kredit razılaşması üzrə faiz borcuna görə 3287,73 (üç min iki yüz səksən yeddi, yetmiş üç) USD, dəbbə puluna görə 500 (beş yüz) USD, cəmi 3787.73 USD (üç min yeddi yüz səksən yeddi, yetmiş üç) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalı, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və xidmət haqqına görə 20 (iyirmi) manat, ümumilikdə 60 (altmış) manat məbləğində pul tutulmalı, tələb ipoteka predmeti olan Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 38000 (otuz min səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, satıldıqdan 1 ay ərzində fərdi yaşayş evi və torpaq sahəsi boşaldılmalı, satışdan əldə edilən məbləğ iddiaçı “xxxxxxxxxx” QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh1 qaytarılmalı, eyni zamanda, Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, iddiaçının hərracdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə tam kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması tələbini əsaslı hesab etmir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və qeyd olunan məsələlər icra zamanı həll edilə bilər. Buna görə də iddia qalan, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə, Cavabdeh1 mülkiyyətində olan Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngə, 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 evdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi tələbləri təmin edilməməlidir. Belə ki, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin alıcıya təhvil verilməsini tələb etmək və Cavabdeh1 həmin evdən çıxarılması və alıcıya təhvil verilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаr ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsi mübahisələndirilmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1701/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1701/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver