Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1705/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dаir mülki iş üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-374/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-374/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh X3 xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-374/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından artıq iki il keçmişdir. Dövlət tərəfindən aliment miqdarının artırılmasına hər il qərar verilir. Özü heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur, uşağın ehtiyaclarını tam ödəyə bilmir, dolanışıqda əziyyət çəkir. Eşitdiyinə görə cavabdeh işləyir. Cavabdeh uşaqla – Adillə maraqlanmır. Tutulması qət edilən alimentin miqdarı hazırda uşağın tələbatını təmin etmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən cavabdehdən Adilin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat aliment tutulmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, heç yerdə işləmir, 1-ci qrup əlildir. Lakin məhkəmə əlilliyini nəzərə almayaraq alimentin miqdarını 150 manat məbləğində müəyyən etmişdir. O, çətinliklə dolanır, bu pulu verməyə heç bir maddi imkanı yoxdur. Gözlərində qarasu var. Bu da sağalmayan bir xəstəlikdir. Kimsənin yardımı olmadan hərəkət edə bilmir. İkinci nikahdan da iki uşağı var. Cəmisi 250 manat təqaüd alır. 1 qrup əlil olduğundan heç bir yerdə işləmək imkanı da yoxdur. Onun üçün aliment sabit məbləğdə deyil, qanunla hər növ gəlirlərinin 1/4 hissəsi ilə təyin olunmalıdır. Buna görə də mülki işə apelyasiya qaydasında yenidən baxılmalı, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-374/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh əlil olmaqla hazırda heç bir yerdə işləmir. Cavabdeh məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş əvvəlki alimenti ödəməkdə çox çətinlik çəkir. Cavabdehin stabil aylıq qazancı yoxdur, ona görə də apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı hazırda qaz idarəsində işləyir, həm də fərdi təsərrüfata malikdir. Himayəsində olan uşaq xəstədir və mütəmadi olaraq həkim müayinəsinə ehtiyac olur. Bundan əlavə uşaq böyüdükcə onun tələbatları da günbəgün artır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə evliliklərindən xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(035)- 291/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş və Zərdab Rayon Məhkəməsinin adı çəkilən qətnaməsi dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat məbləğində alımentin tutulub İddiaçı qızma verilməsi qət edilmişdir. Dövlət X9 Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ƏƏSMN yanında DSMF Şamaxı rayon şöbəsindən İ qrup əlil olmaqla 150 manat sosial müavinət və 100 manat Prezident təqaüdü alır, (müddətsiz) Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 270 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və AA1125697 nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və Validə Əsgərovanm birgə nikahdan iki uşağı - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apelyasiyainstansiyaməhkəməsihesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Belə ki, apelyаsiyа şikаyətinin dəlillərində cavabdeh heç yerdə işləmədiyini, 1-ci qrup əlil olduğunu, əlavə gəliri olmadığını, maddi imkanı olmadığı üçün müəyyən edilmiş alimenti ödəyə bilmədiyini və iddianın rədd edilməsini bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi uşaq üçün 150 manat alimentin miqdarını müəyyənləşdirərkən işin bütün hallarını, hər iki valideynin uşağın saxlanılması üçün məsuliyyət daşıdığını, cavabdehdən uşağı üçün aliment tutulmayacağı təqdirdə uşağın saxlanılması ilə bağlı bütün ağırlığın iddiaçının üzərinə düşəcəyini, onun da uşağı saxlamağa maddi imkanı olmamasını və müəyyənləşdirilmiş məbləğin bir ay ərzində uşağın dolanışığını təmin etmək üçün yetərliliyini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, Cavabdeh İddiaçı alimentin artırılması tələbi ilə bağlı hissəsindən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay 130 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 200 manata artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 70 manat (200-130=70) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 840 (12x70) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-374/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1705/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1705/2020
06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver