Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1708/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X16 məhkəmə iclas katibliyi, X1, Cavabdeh Şahid oğlunun və onun nümayəndəsi X9 iştirakı ilə X1 Cavabdeh Şahid oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2766/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Şahid oğlunun nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X18 cavabdeh Azadi Mustafayevə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 54,120,000 köhnə Azərbaycan manatı pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Azadi Mustafayevdən 11,000 ABŞ dolları və ya 54,120,000 manat alınaraq Minayə İsrəfilovaya verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2766/2019 nömrəli(hakim T.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Şahid oğlundan 11,000 (on bir min) ABŞ dolları ödənilən günə olan məzənnə üzrə manatla X1 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Şahid oğlunun nümayəndəsi X12 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X3 Azadi Şahid oğlunun qohumu, dostu və yerlisidir. 2002-ci il də Cavabdeh Şahid oğlu onların Mingəçevir şəhərində yerləşən mənzil gələrək onların ailəsindən sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün 11,000 ABŞ dolları məbləğində pulu borc istəmişdir. Mərhum əri bu pulu yəni 11,000 ABŞ dolları ona borc vermişdir. Mərhum əri bu pulun 1 hissəsini öz ailə büdcəsindən götürüb 1 hissəsini isə öz dostu Mingəçevir şəhər sakini X5 almışdır. Cavabdeh Şahid oğlu qeyd edilən məbləğdə olan pulu 2002-ci ilin oktyabr ayında qaytarmağa söz vermişdir. Bu haqda o, Əmir İsrəfilova iltizam vermişdir. 11,000 ABŞ dollarından 5,300 ABŞ dollarını Əmir X2 almışdır. X25 söz verdiyi vaxtda pulu qaytarmamışdır. Onlar dəfələrlə onun bu pulu qaytarmağını tələb etmişlər. X25 pulu qaytarmadığından pulu olanda qaytaracağına vəd edirdi. xx.xx.2004-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş, Yevlax Rayon Polis Şöbəsi iş üzrə materialları toplayıb Mingəçevir şəhər Polis Şöbəsinə göndərmişdir. Mingəçevir şəhər Polis Şöbəsində xx.xx.2004-cü il tarixdə cinayət işini başlanması haqqında rədd olunmasına dair qərar çıxarılmışdır. İzah olunmuşdur ki, bu iş mülki qaydada baxılmalıdır. Daha sonra iddiaçı ərizəyə dəqiqləşmə təqdim edərək cavabdehdən 11,000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Şahid oğlunun nümayəndəsi X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o qardaşı Cavabdeh Şahid oğlunun yerinə etibarnamə üzrə nümayəndəsi olaraq məhkəmədə iştirak etmiş və bu iddia tələbi ilə razılaşmamış, qardaşı Azadi 2020-ci il tarixdə iddiaçının mərhum ərindən 11,000 deyil, 2,000 ABŞ dollar götürmüşdür və götürdüyü pulu tam olaraq qaytarmışdır. Ancaq cavabdeh bunu faizlə hesablayaraq 11,000 dollara çatdırmışdır. 1,800 ABŞ dolları o, özü şəxsən ödəmiş, daha sonra 1,000 ABŞ dolları Əmir İsrəfilovun qohumları tərəfindən ödənilmişdir. Azadi Mustafayevin adından olan iltizamlardan heç Azadi Mustafayevin xəbəri belə yoxdur. Alınan borc həmin vaxtlarda tam olaraq qaytarılmışdır və 11,000 ABŞ dolları süni olaraq şişirdilmişdir. Bunu təsdiq edəcək şahidlər də var. Əlavə olaraq işin faktiki hallarının daha dəqiq araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə Cavabdehnin vəziyyəti olduqca ağırlaşdırılmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla etibarnamə üzrə nümayəndəsi olduğu qardaşı Cavabdehnin vəziyyətini ağırlaşdırmış və onun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2766/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şahid oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o heç bir qəbzə imza etməmiş, verilmiş ekspert rəyi ilə razılaşmır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, sonda ekspert rəyi ilə razılaşmadığını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır. Əlavə heç bir vaxt verilmədən, işin yekunlaşmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasında xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikahın bağlanması haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X13 ilə X7 xx xxxxxx 1980-ci il tarixdə Nemətabad kənd Sovetliyində nikah bağlamaqla ər-arvad olmuşlar. xx xxxxxx 2003-cü il tarixli iltizamda qeyd olunur ki, “Mən Cavabdeh iltizamı verirəm ondan ötəri ki, Mingəçevir şəhər sakini İsrəfilov Əmirdən on bir min (11,000) ABŞ dolları əl borcu almış və həmin məbləği 2003-cü ilin oktyabr ayının sonuna qədər ödəməyə öhdəsinə götürür. Digər iltizamda qeyd olunur ki, “Mən Cavabdeh iltizamı verirəm ondan ötəri ki, X8 2002-ci il iyul ayında (11000) on bir min ABŞ dolları bu pulun bir hissəsini X19 şəhər sakini Mingəçevir kəndində yaşayan Təyyar adlı şəxsdən aldığını demişdir”. AZ 12203 №-li xx xxxx 2003-cü il tarixli Ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X13 xx xxxx 2003-cü il tarixdə ölmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2004-cü il tarixli qərarın surətindən görünür ki, X21 Mustafayevin 11,000 ABŞ dolları məbləğində pulu mənimsədiyi barədə ərizə ilə polis orqanlarına müraciət etmiş, sonuncunun hərəkətlərində Cinayət Məcəlləsinin 78-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1M-5512/2005 №-li, xx xxxxxxxx 2005-ci il tarixli qətnamənin surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən X4 vermiş olduğu apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, X7 və qeyrilərinin X14, Qurbanova Məlahət İsmayıl qızına qarşı mənzilə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 6k-430№-li, xx xxxxxx 2006-cı il tarixli qərarının surətindən görünür ki, cavabdeh X10 və Qurbanova Məlahət İsmayıl qızının kassasiya şikayəti təmin edilməmidir. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, 2002-ci ilin iyulunda Əmir İsrafilov qohumu Təyyar Qurbanovdan fermer təsərrüfatı yaratmaq üçün dostu Cavabdeh vermək üçün faizlə 5,300 ABŞ dolları borc pul almış, Azad həmin pulu almasını yazılı qəbzlə təsdiq etsə də, qaytarılması barədə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, Təyyar Qurbanov verdiyi pulu tələb etdikdə həmin vaxt ağır xəstə olan X26 Mustafayevin borcunun ödənilməsinin təminatı kimi mübahisəli mənzilə ona etibarnamə vermiş, o da, öz növbəsində həmin mənzili alqı-satqı müqaviləsi əsasında arvadı Qurbanova Məlahət İsmayıl qızının adına keçirmişdir Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 4/792 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh adından olan x xxxx 2003-cü il tarixli iltizamın əlyazma mətni və imza-eyni şəxs, Cavabdeh Şahid oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh iddiaçının mərhum ərindən 11,000 ABŞ dolları məbləğində borc almış, lakin üzərinə götürdüyü öhdəliyi pozaraq həmin pulu qaytarmamışdır. Belə ki, bu hal, təqdim edilmiş qəbzlərlə, habelə cavabdeh tərəfin qismən etirafı ilə təsdiqini tapmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi məhkəmə qərarları ilə də, iddiaçının mərhum ərinin Təyyar Qurbanovdan da 5,300 ABŞ dolları alaraq Azadi Musafayevə verməsi təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Şahid oğlunun nümayəndəsi X9 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh heç bir qəbzə imza etmədiyini və heç kimdən pul götürmədiyini bildirir və buna görə də qətnamənin ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan “qəbz” ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin iltizamdakı şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən imzalanmış iltizamdakı pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış qəbzin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh Şahid oğluna аid edilməli və məhkəmə tədqiqatının dəyəri olan 127 manat Cavabdeh Şahid oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Şahid oğlunun nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2766/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 127 manat Cavabdeh Şahid oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ xx xxxx 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1708/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1708/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver