Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-171/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X4 və Cavabdeh iştiralı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********30514 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı ASC«Xalq» Bankı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddiaçı “ASC«Xalq» Bankının Cavabdeh qarşı “cavabdehin xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu tələbi”nə dair iddiası rədd edilmiş, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-249/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ASC “Xalq” Bankının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC “Xalq” Bankının vəkili X14 oğlu kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-249/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3195/2020 saylı qərarı ilə iddiaçı ASC “Xalq” Bankının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 249/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3195/2020 saylı qərarında hüquqi məsələlərə qiymət verərəkən qeyd etmişdir ki, Qax rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ASC “Xalq” Bankın xx.xx.2017-ci il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 30 faiz dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulmasına dair iddiası rədd edilib. Birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə, iddianın rədd edilməsi nəticəsinə gəlirdisə, həmin qətnamənin hazırki mübahisə üzrə preyudisial olub olmamasını araşdırmalı və Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə uyğun olaraq qətnaməyə bu konteksdən qiymət verməklə mübahisəni həll etməli idi. Lakin həmin qətnamənin hazırki mübahisəyə münasibətdə preyudisiallığına qiymət verilmədən iddia rədd edilib. Qeyd edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyət daşımaması müəyyən edilərsə, hazırki mübahisənin təmin və ya rədd əsasları da müstəqil əsaslar kimi qiymətləndirilməlidir. Başqa tərəfdən, həmin qətnamənin eyni tərəf, eyni predmet və eyni əsas üzrə olmasını qəbul edirdisə, belə olan halda da birinci instansiya MPM-in 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi məsələsini müzakirə etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi Qax rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli qətnaməsinin hazırki iddia tələbinə hər hansı formada preyudisiallığına qiymət vermədən, yalnız həmin qətnamənin mövcudluğuna əsaslanaraq iddianı təmin etməməklə səhv nəticəyə gəlmiş, apelyasiya instansiyası da apelyasiya şikayətində xüsusi vurğulanan bu dəlilə qiymət verməmiş, bunu diqqətdən qaçırmaqla, səhv nəticəni təkrarlamışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(024)-839/2017 Nə-li qətnaməsi ilə İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh N.B.Aydəmirova məxsus məxsus Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində 8B nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 63,7 kv.m ümumi, 43,3 kv.m yaşayış, 20,4 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilə tutma yönəldilməsi, açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********30514 Ns-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 14 000 manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 669,64 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 102,67 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 400 manat məbləğində penya, cəmi 16 172,31 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 24 000 (iyirmi bir min) manat məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən 1 (bir) il sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2018-ci il tarixdə Banka ödəmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, eyni iddiaçının eyni tələbi üzrə ona qarşı iddiası üzrə, yəni iddiaçı ASC«Xalq» Bankının Cavabdeh qarşı “cavabdehin xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu tələbinə dair iddia ərizəsi üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(024)-839/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Həmin qətnamə üzrə icra sənədi ilə müəyyən edilmiş borc cavabdehlər tərəfindən ödənildiyi üçün həmin icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşdə olan Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh, X5, X1 və X2 barəsində olan Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-839 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Qax Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən bu xüsusata diqqət yetirməmiş və nəticədə sözügedən qətnamə qəbul edilmişdir. Belə olan halda Qax Rayon Məhkəməsi iddiaçı ASC “Xalq” Bankının iddia tələbi üzrə icraata xitam verməli idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək mülki işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 261.0.2-ci mаddəsində deyilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа xitаm verir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400, 402-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-171/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-171/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver