Məhkəmə qərarları › İş №2(107)-171/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-171/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-171/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)-494/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh arasında Qax rayonu Turaclı kənd İƏD-də bağlanmış 02 aprel 2018-ci il tarixli müqavilə ilə Cavabdeh ehtiyacları olduğu üçün 2018-ci ilin aprel ayının 2-də Bakı şəhəri, Suraxanı rayonu X9 kənd sakini İddiaçı 15000 (on beş min) manat borc pul aldığı, əgər həmin məbləği 2018-ci ilin may ayının 2-dək ödəyə bilməsə 1999-cu ildə islahat aparılan zaman ona verilmiş 0.44 ha pay torpağını və həmin torpaq sahəsində olan 41 (qırx bir) ədəd fındıq topunu gələcəkdə qaytarmamaq şərti ilə əvəzsiz olaraq İddiaçı verəcəyi, İddiaçı isə Cavabdeh 2018-ci ilin aprel ayının 2-də 15000 (on beş min) manat nağd pul verdiyi razılaşdırılmışdır. Cavabdeh həmin müqaviləyə əsasən aldığı borcu geri qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat borc pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu, cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir.

4. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Marsan kənd sakini Cavabdeh həmkəndlisi kimi uzun müddətdir tanıyır və hər zaman münasibətləri normal olmuşdur. Cavabdeh ondan 02 aprel 2018-ci il tarixdə 15000 manat borc pul almış, həmin pulu 02 may 2002-ci il tarixinədək qaytara bilməyəcəyi təqdirdə qarşılığında ona Qax rayonu Marsan kəndində yerləşən 0.44 ha torpaq sahəsini verəcəyini vəd etmişdir. Bu barədə onlar Qax rayonu Turaclı kənd İƏD-də müqavilə tərtib etmişlər və həmin müqavilə tərəflərin iştirakı ilə imzalanmış və möhürlənmişdir. 2018-ci ildə cavabdeh aldığı pulu geri verə bilmədiyinə görə də, Qax rayonu Marsan kəndində yerləşən 0.44 ha torpaq sahəsini ona vermişdir. Hazırda həmin torpaq sahəsini o rəsmi olaraq öz adına sənədləşdirə bilmir. Cavabdehə dedikdə isə o müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməkdən imtina edir. Ona görə də, verdiyi pulu tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir. Həmin pulu da cavabdehdən tələb edir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 15000 (on beş min) manat borc pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu, cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı onun həmkəndlisidir. İddiaçıdan 15000 manat yox, cəmi 5000 manat borc almış, özünə məxsus olan 0.44 ha fındıq bağını ona satmamışdır. İddiaçı ilə həmin torpaq sahəsini ona icrarəyə vermək barədə razılığa gəldikdən sonra, 02 aprel 2018-ci ildə Qax rayonu Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin və Turaclı Bələdiyyəsinin iştirakı ilə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmunu ona alqı-satqı və yaxud borc müqaviləsi kimi deyil, icarə müqaviləsi kimi izah olunmuşdur. İcarə haqqı olaraq da iddiaçıdan 5000 manat pul almışdır. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir.

6. Məhkəmə iclasında şahid X3 izahat verərək göstərdi ki, 02 aprel 2018-ci ildə Qax rayonu Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin və Turaclı Bələdiyyəsinin iştirakı ilə müqavilə tərtib edilərkən o da iştirak etmiş və müqaviləyə imza etmişdir. Həmin müqavilə icarə müqaviləsi yox, borc müqaviləsi olmuşdur. Müqavilə tərtib edilərkən İddiaçı və Cavabdeh orada olmuş, müqavilə onların yanında komputerdə yazılaraq bir-neçə dəfə ucadan oxunmuş, iddiaçı və cavabdeh müqavilənin məzmunu ilə tanış olduqdan sonra isə müqaviləni imzalamışlar.

7. Məhkəmə iclasında şahid X5 oğlu izahat verərək göstərdi ki, Cavabdeh onun anasıdır. Müqavilə tərtib edilən günü anası ona zəng edərək torpaq sahəsini icarəyə vermək istədiyini və onun da imza etməli olduğunu demişdir. Bundan sonra gəlib müqaviləyə imza etmişdir. Müqavilə tərtib edilərkən orada olmamış, sadəcə müqaviləyə qol çəkib getmişdir. Müqaviləni oxumamış, elə hesab etmişdir ki, imzaladığı müqavilə icarə müqaviləsidir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında Qax rayonu Turaclı kənd ƏİN-də bağlanmış 02 aprel 2018-ci il tarixli müqavilə ilə müəyyən edildi ki, Cavabdeh ehtiyacları olduğu üçün 2018-ci ilin aprel ayının 2-də Bakı şəhəri, Suraxanı rayonu X9 kənd sakini İddiaçı 15000 (on beş min) manat borc pul aldığını, əgər həmin məbləği 2018-ci ilin may ayının 2-dək ödəyə bilməsə 1999-cu ildə islahat aparılan zaman ona verilmiş 0.44 ha pay torpağını və həmin torpaq sahəsində olan 41 (qırx bir) ədəd fındıq topunu gələcəkdə qaytarmamaq şərti ilə əvəzsiz olaraq İddiaçı verdiyini, İddiaçı isə Cavabdeh 2018-ci ilin aprel ayının 2-də 15000 (on beş min) manat nağd pul verdiyini, əgər Cavabdeh həmin pulu 2018-ci ilin may ayının 2-dək ona qaytara bilməsə özünə məxsus zəbt torpağından 0.44 ha pay torpağını və həmin torpaq sahəsində olan 41 (qırx bir) ədəd fındıq ağacını gələcəkdə qaytarmamaq şərti ilə əvəzsiz olaraq iddiaçıya verəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən İddiaçı həmin fındıq bağ sahəsinin illik vergisini 2018-ci ildən etibarən ödəmişdir. Cavabdeh sözügedən bağ sahəsini geri tələb etmiş və iddiaçı geri qaytarmışdır.

9. Tərəflər arasında həmin mübahisə ilə bağlı razılıq əldə edilmədiyi üçün İddiaçı məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə işin faktiki hallarına və iş materiallarında olan sübutlara qiymət verərək hesab edir ki, 15000 (on beş min) manat pul tələbində iddiaçı haqlıdır. Tələbin həmin hissəsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Qax rayonu Turaclı kənd ƏİNdə bağlanmış 02 aprel 2018-ci il tarixli müqavilə ilə və şahid Rəşad Rəsulovun ifadəsi ilə birbaşa sübuta yetirilmişdir. Cavabdeh iddiaçı ilə icarə müqaviləsi bağladığını, iddiaçıdan 5000 manat icarə haqqı aldığını göstərsə də, bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. X8 ifadəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Mülki Qanunvericilikdə qohumların şahid kimi ifadə verməsi qadağan olunmasa da Həsən Əliyev Cavabdeh oğlu olduğundan cavabdehin xeyrinə ifadə verə biləcəyi üçün, onun ifadəsinin səmimiliyi şübhə yaratdığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.

11. Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)-494/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh 15000 (on beş min) manat borc pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu, cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. İş materiallarına əlavə edilmiş, 06 may 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə 135 (bir yüz otuz beş) manat dövlət rüsumu ödəmişdir.

14. İş materiallarına əlavə edilmiş, Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Marsan kəndində qeydiyyatdadır.

15. İş materiallarına əlavə edilmiş, Cavabdeh arasında Qax rayonu Turaclı kənd ƏİNdə bağlanmış 02 aprel 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ehtiyacları olduğu üçün 2018-ci ilin aprel ayının 2-də Bakı şəhəri, Suraxanı rayonu X9 kənd sakini İddiaçı 15000 (on beş min) manat borc pul aldığını, əgər həmin məbləği 2018-ci ilin may ayının 2-dək ödəyə bilməsə 1999-cu ildə islahat aparılan zaman ona verilmiş 0.44 ha pay torpağını və həmin torpaq sahəsində olan 41 (qırx bir) ədəd fındıq topunu gələcəkdə qaytarmamaq şərti ilə əvəzsiz olaraq İddiaçı verdiyini, İddiaçı isə Cavabdeh 2018-ci ilin aprel ayının 2-də 15000 (on beş min) manat nağd pul verdiyini, əgər Cavabdeh həmin pulu 2018-ci ilin may ayının 2-dək ona qaytara bilməsə özünə məxsus zəbt torpağından 0.44 ha pay torpağını və həmin torpaq sahəsində olan 41 (qırx bir) ədəd fındıq ağacını gələcəkdə qaytarmamaq şərti ilə əvəzsiz olaraq ona verəcəyini bildirmişdir.

16. İş materiallarına əlavə edilmiş, Qax rayonu Turaclı Bələdiyyəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 73 saylı Arayışından görünür ki, İddiaçı Cavabdeh adına olan 0.44 ha torpaq sahəsinin torpaq vergisini bələdiyyəyə 2018-ci ildən sonra özü ödəmişdir.

17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə öz mübahisəli qətnaməsində onun iddiaçıdan 5 000 manat aldığını bəyan etdiyini bildirir. Halbuki bu yalandır, o elə bir ifadə verməmişdir, bu məhkəmənin uydurmasıdır. Əgər məhkəmə prosesinin video çəkilişi varsa görüntülərdə onun ifadəsinin düzgün qeyd edilmədiyi aydınlaşdırıla bilər. İddiaçı ilə bağlanan müqavilə icra nümayəndəliyi tərəfindən təsdiq edilsə də, həmin müqavilədə qeyd edilən borc məbləği 15 000 manat olduğu üçün notarial qaydada təsdiq edilməli idi. Müqavilə onun savadsızlığından istifadə edilərək iddiaçının xeyrinə tərtib edilmişdir,

19. Müqavilə ona ucadan oxunmamış, orada yazılanlar onun iddiaçıdan 3000 manat icarə pulunun aldığını bildirən akt olduğu deyilmişdir. İddia tələbinin əsası olan müqavilədə ona 5000 manat pul verildiyi göstərilsə də, bildirir ki, o iddiaçıdan ona məxsus torpaq sahəmin 5 il müddətinə icarəyə verilməsi qarşılığında 3 000 manat pul almış və 5 il icarə müddətində iddiaçı həmin torpaqdan istifadə etmişdir. İndi də ona təsir edərək onu aldadaraq imzalatdığı müqavilə ilə torpaq sahəsi və ya artıq pul tələb edir ki, bu da qanunsuzdur. Sözügedən müqavilədə onun hansı torpaq sahəsinin verildiyi açıq şəkildə göstərilməmiş, torpaq sahəsinin sənəd nömrələri qeyd edilməmiş, müqavilə yalan və aldadan müqavilə olduğundan qanunamüvafıq şəkildə tərtib edilməmişdir. Müqavilənin icrası 2018-ci ilin may ayına qədər icra edilməli idi, lakin iddiaçı aradan 4 il 6 ay keçdikdən sonra iddia qaldırmaqla vermədiyi miqdarda pulu ondan tələb etməklə haqlı deyildir.

20. İşə baxan Qax Rayon Məhkəməsi onu dinləmədən, dediklərini araşdırmadan formal olaraq iddiaçı tərəfin və şahidinin ifadələrilə işə baxmış, onun tərəfindən şahid qismində dindirilən şəxsin ifadələri düzgün yazılmamış, yalan ifadələrə qiymət verilərək şahidinin ifadəsini nzərə almaqdan imtina etmişdir.

21. Ona görə də, Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)- 494/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191-ci maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)- 494/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 18-ci bənddə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 25-ci bəndində qeyd olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə hazırki iş üzrə müqavilənın yazılı qaydada bağlanması şərti mövcuddur, bu işdə olan məzmunlu müqavilələrin notarial qaydada təsdiq edilməsi ilə bağlı qanunvercilikdə düzünə göstəriş yoxdur.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 19-cu bənddə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh iddiaçı ilə icarə müqaviləsi bağladığını, iddiaçıdan 5000 manat icarə haqqı aldığını göstərsə də, bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 20-ci bənddə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Həsən Əliyev Cavabdeh oğlu olduğundan cavabdehin xeyrinə ifadə verə biləcəyi üçün, onun ifadəsinin səmimiliyinin şübhə yaratdığı əsası ilə şahid ifadəsini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası işin faktiki hallarına uyğun olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191 və 369-cu maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etdiyi barədə ərizə göndərsə də, o, həm birinci instansiya məhkəməsində verdiyi izahatında, həm də apellyasiya şikayətində iddianı qismən də olsa etiraf etmədiyi halda, hazırda apellyasiya şikayətindən imtina ərizəsi verməklə, öz izahatlarını təkzib etmiş olduğundan və məhkəmə kollegiyasının iclasına gələrək ərizəsini əsaslandırmaqla təsdiq etmədiyindən həmin ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilməmişdir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)-494/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(024)-494/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar