Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-172/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-26/2019 nömrəli qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi X9 və cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-26/2019 nömrəli qətnaməsi ilə (hakim Usaməddin Osmanov) iddiа qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 27243,92 ABŞ dolları kredit borcu, 5130,94 ABŞ dolları faiz borcu və 2284,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34659,72 ABŞ dolları borc, 07K000000017 saylı kredit razılaşması üzrə 38395,63 ABŞ dolları kredit borcu, 11133,42 ABŞ dolları məbləğində faiz borcu, 1806,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51335,93 ABŞ dolları məbləğində borc, ümumi cəmi 85995,65 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildrişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələb üzrə tutmanın cavabdeh X2 mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28 a nömrəli bağ evinə yönəldilməsi, həmin qeyriyaşayış binasının və fərdi yaşayış evinin açıq hərracdan satılması, qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 118000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı QSC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh X3 qaytarılması, həmin əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh X1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, 165 manat Ekspertiza xərcinin cavabdeh X1 tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC (bundan sonra iddiaçı) cavabdehlər X5 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı kredit borcunun qaytarılması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 27301,52 ABŞ dolları kredit borcu, 5232,79 ABŞ dolları faiz borcu və 10633,30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 43167,61 ABŞ dolları borcun, 07K000000017 saylı kredit razılaşması üzrə 38522,61 ABŞ dolları kredit borcu, 12697,70 ABŞ dolları məbləğində faiz və 42759,30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 93979,61 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 137147,22 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildrişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, Mingəçevir şəhəri A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və cəmi 137147,22 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildrişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət emədikdə, qalan məbləğin X1 tutulması, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyriyaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, iddiaçı ilə X5 arasında xx.xx.2013-cü il tarixli 07L000003765 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Namizəd Əsgərov iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 07K000000017 saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 39000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa X5 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07M000000353 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsində olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri yaşayış binası və xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsinə əsasən Mingəçevir şəhəri 11-ci Bağ küçəsində yerləşən 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evi ipoteka ilə yüklü edilmiş və əmlakların ilkin satış qiyməti müvafiq olaraq 30756.32 və 28238.40 manat məbləğində qiymətləndirilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmiş, bu səbəbdən cavabdehə xəbərdarlıq və bildiriş göndərilməsinə baxmayaraq borcu ödəməmiş, nəticədə Cavabdeh1 banka 007R********** saylı kredit razılaşması üzrə 27301,52 ABŞ dolları kredit borcu, 5232,79 ABŞ dolları faiz borcu və 10633,30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 43167,61 ABŞ dolları borcun, 07K000000017 saylı kredit razılaşması üzrə 38522,61 ABŞ dolları kredit borcu, 12697,70 ABŞ dolları məbləğində faiz və 42759,30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 93979,61 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 137147,22 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X5 izahatında göstərmişdir ki, o, iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, həqiqətən də bankdan xx.xx.2014-cü il tarixli 07K000000017 saylı kredit razılaşması əsasında 39000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar ödənişləri vaxtı-vaxtında edə bilməmiş bu səbəbdən banka borcu yaranmışdır. Lakin iddia ərizəsində göstərilən məbləğlə razılaşmır və qətnamənin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinə uyğun olaraq çıxarılmasını xahiş etdi. O, həmçinin izahatında xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli ipoteka müqavilələrində göstərilən əmlakların qiymətləri ilə razı olmadığını bildirərək həmin əmlakların qiymətlərinin “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə uyğun müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, birinci instansiya məhkəməsinin iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı olan İddiaçı QSC-nin nümayəndəsi X9 və cavabdehlər X5 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər X5 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnamənin təmin olunan hissəsindən qismən narazıdırlar. Təqdim olunmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçının Cavabdeh2 iddiası ancaq mənzildən çıxarılmaya dair hissədədir. İddia tələbinin borcla və əmlakların hərraca çıxarılması ilə bağlı Cavabdeh2 münasibətdə iddia tələbləri yoxdur. Onlar-cavabdehlər X6 Əsgərova 2009-cu ildə nikaha girməklə evlənmişlər. İpoteka predmeti olan ünvan 1 ünvanda olan qeyri-yaşayış binası xx xxxxxx 2012-ci ildə X2 adına qeydə alınmışdır. İpoteka müqaviləsi isə xx xxxxx 2013-cü ildə bağlanmışdır. Digər ipoteka predmeti olan ünvan 2 ünvanda olan fərdi yaşayış evi xx xxxxxxxx 2014-cü ildə X2 adına qeydə alınmışdır. İpoteka müqaviləsi isə xx xxxxxx 2014-cü ildə bağlanmışdır. Onların arasındakı nikah pozulmamışdır. Hər iki ipoteka müqaviləsini Cavabdeh2 imzalamamışdır. İddiaçı Bankla cavabdeh X5 arasında xx xxxxx 2013-cü ildə 07L000003765 saylı Kredit müqaviləsi üzrə xx xxxxx 2014-cü ildə kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1.75% olmaqla 12 ay müddətinə 39000 ABŞ dolları kredit verilmişdir. İddiaçı bankla cavabdeh X5 arasında xx xxxxx 2013- cü ildə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 isə xx xxxxx 2013-cü ildə əri X3 məxsus olan Mingəçevir şəhəri Puşkin küçəsində yerləşən 9B saylı qeyri-yaşayış binasının ipotekaya qoyulmasına etiraz etməməsi barədə notarial qaydada ərizə vermişdir. İddiaçı Bankla cavabdeh X5 arasında xx xxxxx 2013-cü ildə 07L000003765 saylı Kredit müqaviləsi üzrə isə xx xxxxxx 2014-cü ildə kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə 36000 ABŞ dolları kredit verilmişdir. İddiaçı bankla cavabdeh X5 arasında xx xxxxxx 2014- cü ildə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 isə xx xxxxxx 2014-cü ildə əri X3 məxsus olan Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A ünvanda yerləşən 0.0515 toraq sahəsi və bu torpaq sahəsində yerləşən 199.8 kv.metr ümumi 97.4 kv.m yaşayış, 102.4 kv. m yardımçı sahədən ibarət 5 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin İddiaçı QSC-ə və ya onun hər hansı filialına ipoteka qoyulmasına razı olmasına dair ərizə vermişdir. Göründüyü kimi Cavabdeh2 hər iki ərizəsində Namizəd Əsgərova məxsus əmlakın ipotekaya qoyulmasına razılıq vermişdir. İddiaçı bankla cavabdeh Namizəd Əsgərov arasında ipoteka müqaviləsinin bağlanmasından sonra bağlanmış kredit razılaşmaları, həmçinin kredit xətti müqaviləsi imzalananda Cavabdeh2 razılığı alınmamışdır. xx xxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqavilələrində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədiyindən və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadığından ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Namizəd Əsgərovla bağlanmış ipoteka müqavilələrində ipoteka ilə təmin edilmiş öhdəliyin məbləğinin gələcəkdə müəyyənləşdirilməsi göstərilməmişdir. Nə qədər ki, həmin əmlaklar X6 Əsgərovanın ümumibirgə mülkiyyətində olmuşdur, kredit müqaviləsinin təminatı olaraq həmin əmlakların ipoteka qoyulmasına ümumi mülkiyyətin hər bir mülkiyyətçisi tərəfindən razılığın alınması tələb olunurdu. Qətnamənin ləğvini şərtləndirən hallardan biri də bundan ibarətdir ki, xx xxxxx 2014cü il tarixli kredit razılaşması üzrə kredit müqaviləsinin 12 ay müddətinə, müqavilə müddətinin 2015-ci ilin aprel ayında bitməsinə baxmayaraq ekspert qarşısında xx xxxxxx 2016-cı il tarixə kredit borcu müəyyən olunması sualı qoyulmuş və müddəti bitmiş müqavilə üzrə 11133.42 ABŞ dolları faiz hesablanmış və nəticədə də xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə böyük faiz məbləği müəyyənləşdirilmişdir. Hesab edir ki, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. O-Cavabdeh2 hesab edir ki, o, ümumibirgə mülkiyyətdə olan əmlak payının ipoteka qoyulmasına razılıq vermədiyindən, Namizəd Əsgərovun sonradan bağladığı kredit razılaşmasında göstərilən müqavilənin zəruri şərtlərini imzalamadığından, xəbəri olmadığından Mingəçevir şəhəri Puşkin küçəsi yerləşən 9B saylı qeyri-yaşayış binası və Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A ünvanda yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulması müqaviləsi bağlanmış hesab edilə bilməz. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)- 26/2019 nömrəli qətnaməsini iddianın təmin edilmiş hissəsini ləğv edib, ipoteka müqavilələrinin xx xxxxx 2014-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmalarına münasibətdə bağlanılmamış hesab etməklə, iddia tələbinin kredit məbləğinin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd, kredit məbləğinə münasibətdə dəyişdirilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. İddiaçı QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 26/2019 saylı qətnaməsi - ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyriyaşayış binasına və Mingəçevir şəhəri, 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyriyaşayış binasının ilkin satış qiymətinin 76000 manat və Mingəçevir şəhəri, 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinin ilkin satış qiymətinin 118000 manat olaraq müəyyən edilməsinə və cərimə məbləğinin azaldılmasına dair hissələrində əsassızdır və qətnamə bu hissələrdə ləğv edilməli, təkrar ekspertiza keçirilməklə ipoteka predmetlərinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri, 11 -ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməsi, cərimə məbləğinin tam təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyildir. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşmar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdehlər mülkiyyətlərində olan qeyri yaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. “xxxx” MMC-nin ƏQ-07/19 saylı rəyinə əsasən ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 76000 manat, ƏQ-07/19 saylı rəyinə əsasən ipoteka predmeti olan Mingəçevir şəhəri, 11 -ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinin bazar dəyəri 118000 manat olaraq müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi ekspert rəyinə etiraz etmiş və ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının (mağazanın) ilkin satış qiymətini DƏDRX-nin 17 saylı Ərazi idarəsinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən 38000 manat olaraq müəyyən edilməsi və Mingəçevir şəhəri, 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinin qiymətləndirilməsi üçün yenidən əmtəəşünaslıq ekspertizası təyin edilməklə qiymətləndirilmənin keçirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə tapşırılması barədə vəsatət vermişdir. Lakin məhkəmə vasatəti təmin etməmiş, ipoteka predmetinin qiymətini xxxx” MMC-nin ƏQ-07/19 saylı rəyinə əsasən məqbul hesab etmişdir. Cavabdeh-ipoteka qoyan X5 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2013-ci il tarixli 07M000000353 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının (mağaza) dəyəri tərəflərin razılığı ilə 30756.32 manat, xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən isə Mingəçevir şəhəri, 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 28238.40 manat qiymətləndirilmişdir. Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı sürətdə razılaşdıqları qiymətlə hazırda müstəqil ekspert tərəfindən verilmiş rəydəki qiymət arasında kəskin fərq var. Həmçinin, iş üzrə DƏDRX-nin xx.xx.2019-cu il tarixli rəyində Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 38000 manat olaraq müəyyən edilmişdir. Bu səbəbdən də, qeyd olunanlara əsasən hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməlidir. Bundan başqa birinci instansiya məhkəməsinin cərimə borcunun azaldılmasında dair bağlı mövqeyi ilə bağlı bildirirlər ki, X5 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının 4.2.2-ci bəndində cərimə borcunun ödənilməsi tərəflərin iradəsi ilə sərbəst şəkildə müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etsə də, nəticə etibarı tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə qiymət vermədən cavabdehlərdən tələb olunan cərimə məbləğini tənasübsüz şəkildə azaltmışdır. Doğrudur, qanunvericilikdə tələb olunan cərimə məbləğinin azaldılmasının mümkünlüyü nəzərdə tutulur, lakin bu hal müəyyən olunarkən də göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azaldarkən borclunun deyil, kreditorun əmlak mənafelərini nəzərə almalıdır. Buna baxmayaraq, məhkəmə heç bir qanuni əsas göstərmədən, mülki qanunvericiliyin tələbləri nəzərə alınmadan, formal mülahizələrə istinad etməklə və kreditorun əmlak mənafelərinə zidd olaraq dəbbə pulunu tənasübsüz şəkildə azaltmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmalı və cərimə borcu tam həcmdə təmin edilməlidir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)- 26/2019 nömrəli qətnaməsinin qismən - ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri, 11 -ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməməsinə, ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 76000 manat və Mingəçevir şəhəri, 11 -ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinin ilkin satış qiymətinin 118000 manat olaraq müəyyən edilməsinə və cərimə məbləğinin azaldılmasına dair hissələrində ləğv edilməsini, təkrar ekspertiza keçirilməklə ipoteka predmetlərinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini, ipoteka predmeti olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri, 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0.0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199.8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28A nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyriyaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməsini, cərimə məbləğinin tam təmin edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər X5 və Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstə olduğunu, ayağa durmaq imkanı olmadığını göstərmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsi X9 və cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-26/2019 nömrəli qətnaməsi qismən-07K000000017 saylı kredit razılaşması üzrə faiz borcunun məbləğinin 11133,42 ABŞ dolları, həmin müqavilə üzrə cəmi borcun məbləğinin 51335,93 ABŞ dolları və ümumi cəmi borcun məbləğinin 85995,65 ABŞ dolları müəyyən edilməsi hissəsində, ipoteka predmetləri olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 118000 manat müəyyən edilməsi hissəsində, iddia tələbinin Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyriyaşayış binasının boşaldılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə 07K000000017 saylı kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 697,71 ABŞ dolları, həmin müqavilə üzrə ödənilmiş 2648,56 ABŞ dolları çıxıldıqdan sonra qalan cəmi borcun məbləği 38.251,65 ABŞ dolları, ümumi cəmi borcun məbləği isə 72.911,37 ABŞ dolları müəyyən edilməli, ipoteka predmetləri olan qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 70000 manat, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90000 manat müəyyən edilməli, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməli, onlar həmin evdən çıxarılmalı, ev və torpaq sahəsi, o cümlədən qeyri-yaşayış binası boşaldılmalı, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2013-cü il tarixli 07L000003765 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh X3 120 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli 07K000000017 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh X3 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla 39000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 007R********** kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh X3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 % olmaqla 36000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli 07M000000353 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinini təmin etmək məqsədilə Mingəçevir şəhəri A.S.Puşkin küçəsində yerləşən 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasını ipoteka qoymuş, ipoteka qoyulmuş əmlakın qiyməti 30756.32 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinini təmin etmək məqsədilə Mingəçevir şəhəri 11-ci Bağ küçəsində yerləşən 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evini ipoteka qoymuş, ipoteka qoyulmuş əmlakın qiyməti 28238.40 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* nömrəli çıxarışlardan görünür ki, ünvan 3 saylı qeyri-yaşayış binası sahibkarlıq obyekti və Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A saylı bağ evi 0.0515 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə yüklü edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 2936 və 2937 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2018-ci il tarixli 24020 nömrəli rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından və xx.xx.2011-ci il tarixli 17L000003765 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 17K000000017 nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 xx.xx.2016-cı il tarixə banka 38395,63 ABŞ dolları kredit borcu, 11133,42 ABŞ dolları məbləğində faiz borcu, 1806,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51335,93 ABŞ dolları məbləğində və xx.xx.2014cü il tarixli 007R********** nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 27243,92 ABŞ dolları kredit borcu, 5130,94 ABŞ dolları faiz borcu və 2284,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34659,72 ABŞ dolları borcu müəyyən edilmişdir. İşdə olan «xxxx» MMC-nin QYB-003/2018 və BE-003/2018 saylı rəylərindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 saylıünvanda yerləşən 82.28 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri 72000 manat, Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A saylı bağ evi 0.0515 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2018-ci il tarixə bazar dəyəri 112000 manat təşkil edir. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 17 saylı X8 xx.xx.2019-cu il tarixli 001- 17/19 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixə bazar dəyəri 38000 manat təşkil edr. İşdə olan «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli L-P-Y-32/19 və L-P-Y36/19 saylı mütəxəssis rəylərindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 37000 manat, Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A saylı bağ evi 0.0515 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 42000 manat təşkil edir. İşdə olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ƏQ07/19 vəƏQ-08/19 nömrəli daşınmaz xxxx barədə mütəxəssiz rəylərindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 saylı ünvanda yerləşən 82.28 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixə bazar dəyəri 76000 manat, Mingəçevir şəhəri 11-ci Bağ küçəsi 28A saylı bağ evi 0.0515 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2019-cu il tarixə bazar dəyəri 118000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6.2, 152.1 157.2, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 449, 462.1, 463.2 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 34.1.1 və 34.1.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 317.1, 317.2-ci maddələrinin tələbinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan maddi hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi tələbi əsaslıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş və xəbərdarlıqdan görünür ki, cavabdehlərə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında xx.xx.2013-cü il tarixli 07L000003765 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Namizəd Əsgərov iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 07K000000017 saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 39000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa X5 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07M000000353 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsində olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82.28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri yaşayış binası və xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsinə əsasən Mingəçevir şəhəri 11-ci Bağ küçəsində yerləşən 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evi ipoteka ilə yüklü edilmiş və əmlakların ilkin satış qiyməti müvafiq olaraq 30756.32 və 28238.40 manat məbləğində qiymətləndirilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmiş, bu səbəbdən cavabdehə xəbərdarlıq və bildiriş göndərilməsinə baxmayaraq borcu ödəməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qətnamə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə vəədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. İddia ərizəsi və məhkəmə muhasibatlıq ekspertizası tərəfindən verilmiş rəy müqayisə olunduqda ekspertizanın daha ədalətli və real olması müşahidə olunmuşdur. Ona görə də, birinci instansiya məhkəməsi ekspertiza rəyini daha mötəbər sübut kimi qəbul edərək qətnamənin ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulu da ekspert rəyinə uyğun hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi, Cavabdeh X5 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, ipoteka qoyulmuş əmlakların qiyməti iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ƏQ-07/19 və ƏQ-0819 nömrəli daşınmaz xxxx barədə mütəxəssiz rəylərinə uyğun qiymətləndirilməsi, hazırki sosial, iqtisadi və hüquqi dəyişiklikliklərinə daha uyğundur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ipoteka predmetləri satıldıqdan 1 ay sonra cavabdehlər tərəfindən evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması hissəsində təmin olunmamalıdır. Belə ki, göstərilən tələb mülkiyyətçinin hüququdur və yalnız mülkiyyətçi tərəfindən verilməlidir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 iddiaçının xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 27243,92 ABŞ dolları kredit borcu, 5130,94 ABŞ dolları faiz borcu və 2284,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34659,72 ABŞ dolları borc, 07K000000017 saylı kredit razılaşması üzrə 38395,63 ABŞ dolları kredit borcu, 11133,42 ABŞ dolları məbləğində faiz borcu, 1806,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51335,93 ABŞ dolları məbləğində borc, ümumi cəmi 85995,65 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildrişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı tutulmalı, tələb üzrə tutma cavabdeh X2 mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28 a nömrəli bağ evinə yönəldilməli, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi açıq hərracdan satılmalı, qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 118000 manat müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh X3 qaytarılmalı və həmin əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. 165 manat ekspertiza xərci cavabdeh X1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda şərh оlunаnları nəzərə alaraq məhkəmə kollegiyası hesаb edir ki, iddiаçı İddiaçı QSC hazırki iddia ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2 və 467-ci maddələrinin tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi hər iki kredit razılaşması üzrə cərimə borcunun məbləğini azaltmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ümumilikdə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qismən sübut edilmədiyindən qismən əsassız və reallığa uyğun olmayandır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən ipоtekа qоyulmuş, qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 118000 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadları ilə hazırkı iş üzrə İddiaçı QSC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 07K000000017 saylı kredit razılaşması üzrə cavabdehlər tərəfindən edilən ödənişlər nəzərə alınmaqla cavabdeh X2 müqavilənin müddətinin bitdiyi xx xxxxx 2015-ci il tarixə İddiaçı QSC-yə ayrılıqda göstərilməklə hansı borcları (əsas borc, faiz borcu, cərimə borcu və sair) və cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdeh X2 mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli 07M000000353 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Mingəçevir şəhəri A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının, yerləşdiyi torpaq sahəsi ilə birlikdə və xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28 a nömrəli bağ evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsinin müstəqil qiymətləndirici “xxxx” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin eyni tarixli başqa qərardadı ilə mülki iş üzrə icraatın ekspertizanın rəyləri məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9- 74 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi və “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 4 və 4/1 nömrəli rəylər Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9-74 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından və İddiaçı QSC ilə X5 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 17LQ00003765 nömrəli kredit xətti müqaviləsnə əsasən xx xxxxx 2014-cü il tarixli, 17K000000017 nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 müqavilənin müddətinin bitdiyi xx xxxxx 2015-ci il tarix banka olan borcu 39.379,95 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən; - əsas borc üzrə--------------------------------38682,24 ABŞ dolları; - faiz borcu üzrə--------------------------------697,71 ABŞ dolları; - cərimə borcu üzrə----------------------------0,00 ABŞ dolları: Bildirilir ki, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 17L000003765 nömrəli kredit xətti müqaviləsnə əsasən xx xxxxx 2014-cü il tarixli, 17K000000017 nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X5 tərəfində müqavilə müddətindən sonra 2648,56 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməsi müəyyən olunur. Həmin ödənişlər məhkəmə tərəfindən nəzərə alınarsa borclunun banka olan borcu 36911,39 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 39379,95 ABŞ dolları - 2648,56 ABŞ = 36911,39 ABŞ dolları (Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır) “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 4 nömrəli rəydə göstərilmişdir ki, X3 məxsus Mingəçevir şəhəri, A.Puşkin küçəsində yerləşən 9 B saylı qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 75 000 (yetmiş beş min) manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 4/1 nömrəli rəydə göstərilmişdir ki, X3 məxsus Mingəçevir şəhəri, 11-ci bağ küçəsində yerləşən 28 A saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 95 000 (doxsan beş min) manat təşkil edir. Aparılmış tədqiqatın cəmi dəyəri 400 (dörd yüz) manatdır) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Məhkəmə kollegiyаsı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında olan tövsiyyələrini nəzərə alıb, iş mаteriаllаrını tədqiq edib belə nəticəyə gəlmişdir ki, cavabdeh X2 mülkiyyətində olan xx.xx.2013-cü il tarixli 07M000000353 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Mingəçevir şəhəri A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75,84 kv.m ümumi, 82,28 kv.m tikinti altı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının, yerləşdiyi torpaq sahəsi ilə birlikdə və xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28 a nömrəli bağ evinin real bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə keçirilməsi zəruridir. Məhkəmə kollegiyasının xx xxxxxxx 2020-ci il tаrixli, 2(107)-172/2020 nömrəli qərаrdаdı ilə hаzırkı iş üzrə ipotekа predmetlərinin qiymətləndirilməsi üçün təkrar müstəqil qiymətləndirici dəvət edilməsi, ipotekа predmetlərinin qiymətləndirilməsinin «xxxx» MMCyə həvаlə edilməsi və hazırki iş üzrə müstəqil qiymətləndiricinin rəyi məhkəmə kollegiyasına daxil olanadək icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə “xxxx” MMC tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli 13 və 13/1 nömrəli rəylər Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. “xxxx” MMC tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli 13 nömrəli rəydə göstərilmişdir ki, X3 məxsus Mingəçevir şəhəri, A.Puşkin küçəsində yerləşən 9 B saylı qeyri-yaşayış sahəsinin likvid qiyməti 70 000 (yetmiş min) manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli 13/1 nömrəli rəydə göstərilmişdir ki, X3 məxsus Mingəçevir şəhəri, 11-ci bağ küçəsində yerləşən 28 A saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid qiyməti 90 000 (doxsan min) manat təşkil edir. Məhkəmə kollegiyası xxxx” MMC tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli 13 və 13/1 nömrəli rəylər ilə müəyyən edilmiş qiymətləri ədalətli və işin hallarına uyğun hesab edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 103.1-ci mаddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir, eyni zamanda hesab edir ki, ekspert rəyi ilə xx xxxxx 2014-cü il tarixli, 17K000000017 nömrəli kredit razılaşması üzrə əsas kredit borcunun məbləği 38.682,24 ABŞ dolları göstərilsə də, iddiaçı bank iddia ərizəsində xx xxxxx 2014-cü il tarixli, 17K000000017 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə daha az məbləğ-38522,61 ABŞ dolları tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından həmin hissədə tələb iddia ərizəsinə uyğun təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binası və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evi tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi tələbləri qismən təmin edilməli, onlar həmin qeyri-yaşayış binasından və fərdi yaşayış evindən çıxarılmaqla həmin əmlaklar boşaldılmalı, tələbin qalan hissəsi isə təmin edilməməlidir. Çünki həmin qeyri-yaşayış binasının və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakları hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv edilməsinə və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qismən sübut edilmədiyindən, İddiaçı QSC-nin nümayəndəsi X9 və cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-26/2019 nömrəli qətnaməsi qismən-07K000000017 saylı kredit razılaşması üzrə faiz borcunun məbləğinin 11133,42 ABŞ dolları, həmin müqavilə üzrə cəmi borcun məbləğinin 51335,93 ABŞ dolları və ümumi cəmi borcun məbləğinin 85995,65 ABŞ dolları müəyyən edilməsi hissəsində, ipoteka predmetləri olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 118000 manat müəyyən edilməsi hissəsində, iddia tələbinin Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi vəüzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyriyaşayış binasının boşaldılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə 07K000000017 saylı kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 697,71 ABŞ dolları, həmin müqavilə üzrə ödənilmiş 2648,56 ABŞ dolları çıxıldıqdan sonra qalan cəmi borcun məbləği 38.251,65 ABŞ dolları, ümumi cəmi borcun məbləği isə 72.911,37 ABŞ dolları müəyyən edilməli, ipoteka predmetləri olan qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 70000 manat, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90000 manat müəyyən edilməli, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməli, onlar həmin evdən çıxarılmalı, ev və torpaq sahəsi, o cümlədən qeyri-yaşayış binası boşaldılmalı, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin nümayəndəsi X9, cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-26/2019 nömrəli qətnaməsi qismən-07K000000017 saylı kredit razılaşması üzrə faiz borcunun məbləğinin 11133,42 ABŞ dolları, həmin müqavilə üzrə cəmi borcun məbləğinin 51335,93 ABŞ dolları və ümumi cəmi borcun məbləğinin 85995,65 ABŞ dolları müəyyən edilməsi hissəsində, ipoteka predmetləri olan qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 76000 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 118000 manat müəyyən edilməsi hissəsində, iddia tələbinin Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, o cümlədən qeyri-yaşayış binasının boşaldılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə 07K000000017 saylı kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 697,71 ABŞ dolları, həmin müqavilə üzrə ödənilmiş 2648,56 ABŞ dolları çıxıldıqdan sonra qalan cəmi borcun məbləği 38.251,65 ABŞ dolları, ümumi cəmi borcun məbləği isə 72.911,37 ABŞ dolları müəyyən edilsin. İpoteka predmetləri olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 70000 manat, Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli evin evinin ilkin satış qiyməti isə 90000 manat müəyyən edilsin. Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində mülkiyyətdə olan 1 mərtəbəli, 75.84 kv.m ümumi, 82,28 kv.m tikintialtı sahədən ibarət 9B nömrəli qeyri-yaşayış binasına və Mingəçevir şəhəri 11-ci Bağ küçəsində mülkiyyətdə olan 0,0515 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 199,8 kv.m, yardımçı sahəsi 102.4 kv.m, yaşayış sahəsi 97.4 kv.m olan 28a nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququ itirilsin, onlar həmin evdən çıxarılsın, ev və torpaq sahəsi, o cümlədən qeyri-yaşayış binası boşaldılsın. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 120 (bir yüz iyirmi) manat cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Qiymətləndirmənin xidmət haqqı kimi cəmi 400 (dörd yüz) manat cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası «xxxx» MMC-yə verilsin. (icraçının VÖENi **********, İcraçının hesablaşma hesabı H/HAZ61AİİB********************; “xxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ**********000001944, Kod 200093, Bankın VÖENi **********, SWİFT AİİBAZ2X). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-172/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-172/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver