Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1721/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh 27 000 ABŞ dollarının ödəniş zamanı Azərbaycan manatına olan məzənnəsi və 800 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 000 ABŞ dollar borc məbləği və 19 000 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o cavabdehə uzun müddətdir ki, borc pul versə də sonuncu pulu qaytarmamış və bununla onun və ailəsinə rifahına böyük ziyan vurmuşdur. Binəqədi rayon Pİ-in İŞ-in baş müstəntiqi Anar Ağayarovun 14 aprel 2020-ci tarixli qərarı ilə onun ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh onu aldadaraq guya qızıl ticarəti ilə məşğul olduğunu bildirmiş və onun pullarını və qızıl əşyalarını almışdır. Lakin hal-hazıradək cavabdeh pulları saxlamışdır. Belə ki, cavabdeh 27 avqust 2019-cu il tarixdə öz əli ilə yazdığı iltizamda bu faktları etiraf etmişdir. Həmin iltizamda o, 2019-cu ilin sentyabrın sonunadək ondan aldığı pul və zinət əşyalarının qaytarmağı öhdəsinə götürmüşdür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehin ünvanına rəsmi qaydada göndərilmiş, lakin Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 20 aprel 2021-ci il tarixdə rəsmi şəkildə vermiş olduğu məlumata görə Cavabdeh hal-hazırda harada yaşaması məlum deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən (bundan sonra MPM) cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala rayon məhkəməsinin çıxardığı 2(033)-181\2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsini əsassız və ədalətsiz hesab edir. Belə ki, cavabdeh İddiaçı birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsində 27 000 ABŞ dollarının borc məbləği olduğunu göstərsə də, 19 000 manatın hansı məbləğ olduğunu göstərməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi faktiki olaraq cavabdehin məhkəmə prosesində iştirakını təmin etmək üçün kifayət qədər tədbir görməməklə hüquqlarını müdafiə etdiyi cavabdeh X1 tədqiqində iştirakdan məhrum etmişdir. Belə ki, Zaqatala rayon məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etmək hər şeydən öncə hüquqlarını müdafiə etdiyi Cavabdeh qanuni mənafeyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Əgər hüquqlarını müdafiə etdiyi Cavabdeh məhkəmə iclaslarında iştirak etmək hüququ təmin edilsəydi, İddiaçı guya ona 27 000 ABŞ dolları verməsi haqda yalan məlumatları təkzib edən dəlilləri məhkəməyə təqdim etmək imkanı olardı. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və Lalə Tanrıverdiyevə tərəfindən yazıldığı güman edilən iltizamdan görünür ki, guya Cavabdeh İddiaçı guya 27 000 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh isə İddiaçı və birinci instansiya məhkəməsində onun nümayəndəsi qismində çıxış edən X5 tərəfindən Cavabdeh oğlu Orxan Tanrıverdiyevin həyatına qəsd edəcəkləri ilə bağlı ona hədə-qorxu gələrək həmin iltizamı imzalamağa məcbur edildiyini və bunu təsdiq edən dəlillərə malik olduğunu bildirmişdir. İddiaçı ilə Cavabdeh arasında Whatsapp sosial şəbəkəsində aparılmış yazışmalardan Nəcibə Qafrova və oğlu tərəfindən Cavabdeh oğlu Orxanın həyatı ilə açıq mətnlə şantaj edildiyi müəyyən edilmişdir. Əslində isə hüquqlarını müdafiə etdiyi Cavabdeh İddiaçı 9 000 manat məbləğində faizə borc pul aldığını bildirmişdir. İddiaçı göstərdiyi məbləğləri faiz ilə hesablamışdır. Birinci instansiya məhkəməsi guya Cavabdeh tərəfindən yazıldığı ehtimal edilən və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iltizamı, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş telefon danışıqlarını iddiaçının dəlilləri kimi qəbul etmişdir. Həmin dəlillər bir-biri ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, məhkəməyə təqdim edilmiş iltizamda cavabdeh guya iddiaçıdan 27 000 ABŞ dolları və 19 000 manat almasını göstərsə də, telefon danışıqlarında isə 27 000 ABŞ dolları və 19 000 manat məbləğlərində pul vəsaitini almadığını sadəcə 9 000 manat məbləğində pul vəsaitini faiz ilə borc aldığını göstərsə də, Zaqatala rayon məhkəməsinin hakimi Elbrus Məmmədov bir-biri ilə ziddiyyət təşkil edən sübutları tədqiq etmədən əvvəlcədən iddiaçının xeyrinə həll edərək tələsik qətnamə çıxarmışdır. Beləliklə də, məhkəmənin qətnaməsi məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə almadan çıxarılmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)- 181/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onun iddiaçıya 12000 ABŞ dolları və 4000 manat borcu olmuşdur ki, borcunun bir hissəsini ödəmişdir, 12000 ABŞ dolları və 500 manat borcu qalmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdə olan iş üzrə cavabdeh tərəfindən 27 avqust 2019-cu ildə imza edilməklə təsdiq olunan pulun verilməsinə dair yazılı iltizamdan görünür ki, Cavabdeh həqiqətən İddiaçı 27 000 ABŞ dolları və 19 000 manat pul və 78 qram 583 probalı qızıl götürdüyünü etiraf etmiş və hamısını sentyabr ayının sonunadək qaytaracağına söz vermişdir. İşə əlavə edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında Binəqədi rayon Polis Şöbəsinin 14 aprel 2020-ci il tarixli qərarından görünür ki, cavabdeh izahatında borcunun olmasını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 27000 ABŞ dollarının iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallrında olan imzalanmış iltizamla yanaşı cavabdehin borcla bağlı telefon danışığının olduğu disklə sübut olunur. Yəni cavabdeh 27 000 ABŞ dollarının və 19 000 manat deyil, 9000 manatı aldığını təsdiq edir, eyni zamanda 8200 manatın sonuncu tərəfindən qaytarılması danışıq zamanı təsdiq olunur. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 27 000 ABŞ dolları və 9000 manat almış, həmin 9000 manatdan 8200 manat ödənilmiş, 800 manat qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbin 27 000 ABŞ dolları və 800 manatın ödənilməsi hissəsində haqlıdır. Normaların məzmunundan göründüyü kimi borc alan aldığı borc məbləğini borc verənə qaytarmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 27 000 ABŞ dollarının ödəniş zamanı Azərbaycan manatına olan məzənnəsi və 800 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi və vəkili qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhəkmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Cavabdeh məhkəmə iclasında iştirakını təmin etmək üçün səy göstərmədiyini qeyd etməsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehin ünvanına rəsmi qaydada göndərilmiş, cavabdeh məktubu almadığı üçün MPM-nin tələbinə əsasən Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə məlumat verilmiş, Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 20 aprel 2021ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh hal-hazırda harada yaşaması məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iltizam və telefon danışığının məzmununun bir-birinə zidd düşdüyünü, həmçinin cavabdehin iltizam vərəqini iddiaçının onun oğlunun həyatına qarşı etdiyi təhdidləri altında imzaladığını bildirir. Məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirirək hesab edir ki, cavabdeh məhkəmə kollegiyasına qeyd edilən təhdidlərin mövcudluğu ilə bağlı heç bir sübut və dəlili təqdim etməmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan 27 000 ABŞ dolları borc aldığını etiraf etmiş, lakin həmin borcun böyük bir hissəsini ödədiyini, yalnız 9000 ABŞ dolları borcu qaldığını bildirmişdir. Cavabdeh həmin ödənişlərin həqiqətən olunduğunu göstərən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(033)-181/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1721/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1721/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver