Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-173/2021 23.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelıyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi ilə (hakim F.Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36315,59 (otuz altı min üç yüz on beş dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi, tutma bu qiymətlə həmin fərdi yaşayış evinə və 0.68 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılması və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi dəyişdirilməsi, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutulması, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş 28 oktyabr 2019-cu il tarixli və 12 fevral 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 245(100+145) manat İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsini qət etmişdir. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayət qisməni təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşladılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06 dekabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin “Qəbələ” filialından 60 ay müddətinə 50000 (əlli min) manat məbləğində və yaxud kredit verilə biləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır. 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin “Qəbələ” filialından illik 22 %-lə, 36 ay müddətinə 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 0.68 ha torpaq sahəsi ilə birlikdə 10 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci ilin iyunun 01-dək Cavabdeh1 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 ABŞ dolları əsas, 9179,32 ABŞ dolları faiz, 1555,59 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul etdiyini, manatın devalvasiyasından sonra yaranmış maliyyə çətinlikləri səbəbindən borcunu ödəyə bilmədiyini, buna baxmayaraq hər ay hissə-hissə də olsa kredit borcunu ödəməyə çalışacağını, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul etdiyini, Cavabdeh1 kredit borcunun ödənilməsində heç bir vaxt gecikmə olmadığını, yalnız son vaxtlar manatın devalvasiyasından sonra Cavabdeh1 kredit borcunun hazırki məzənnəyə uyğun olaraq ödəyə bilmədiyini, iddiaçının tutma yönəldilməsini tələb etdiyi fərdi yaşayış evinin onların yeganə yaşayış yeri olduğunu, onların həmin evdən çıxarılmaları isə mənzil hüquqlarından məhrum olmaları ilə nəticələnəcəyini, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya gəlməməyin səbəbləri üzürsüz hesab edildikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlı olduğundan, işə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 06.12.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit limiti açılmışdır. Mülki işin materiallarında olan və Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 10.12.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı kredit müqaviləsinə əsasən Bank ümumi məbləği 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları olan borc pulu aylıq illik faiz dərəcəsi 22 % dərəcəsi olmaqla 36 ay müddətinə Kredit alana verir, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, bu müqavilə üzrə Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bur müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarda banka dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinı təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 10.12.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kreditə görə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları və cərimə borcuna görə 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları olmaqla, borcun cəmi məbləği 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi və tələbin ipoteka predmetinə yönəldiləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli qətnaməsində аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmetinin 85000 manat məbləğində müəyyən edilməsində narazıdır. Bundan əlavə faiz borcundan da narazıdır. İş üzrə ekspertiza keçirilməlidir. Ona görə də qeyd edilənlər nəzərə alınaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli qətnаməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmənin hazırki iclasına üzrlü səbəblər göstərmədən gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayət qisməni təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmə kollegiyası ipotekaya qoyulmuş əmlakın likvid qiymətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə kollegiyası borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi ipotekaya qoyulmuş əmlakın ilkin satış qiymətini 85000 (səksən beş min) manat müəyyən etmişdir. Birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(102)-3758 nömrəli qərarının göstərişlərinə uyğun olaraq ipotekaya qoyulmuş əmlakın likvid qiyməti məhkəmə kollegiyası tərəfindən alınmış rəy əsasında 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 18 mart 2021-ci il tarixli hesab-fakturadan görünür ki, qiymətləndirmə işinin həyata keçirilməsi üçün xidmət haqqı 300 (üç yüz) manta təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi qismən-yəni Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilmiş hissəsində dəyişdirilsin və həmin əmlakın likvid qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi qismən-yəni Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilmiş hissəsində dəyişdirilsin və həmin əmlakın likvid qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş 27 noyabr 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq “xxxx” ASC-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 510277 VÖEN **********, müxbir hesаb AZ 98, NABZ **********0000042944, SFİFT BİK NİCBAZ 22, H/hesabı AZ69NİCB**********0001A40090 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-173/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-173/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver