Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-173/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinə görə pul tələbi barədə Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 14 avqust 2020-cu il tarixli 2(063)- 371/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinə görə 9000 (doqquz min) manat məbləğində pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh zərərə görə 5400 (beş min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat, cəmi 5418 (beş min dörd yüz on səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək vurulmuş zərərin dəyəri olan 9000 (doqquz min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli qərarı ilə ona və valideynlərinə Ucar rayonu Qazyan kəndində 0,41 ha torpaq sahəsi verilmişdir. Həmin 0,41 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində torpaq üzərində mülkiyyət hüquqlarının olmasına dair ********** qeydiyyat nömrəsi ilə 06 mart 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi cavabdeh tərəfindənzəbt edilmiş və qeyri-qanuni istifadə edilir. O, məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Ucar rayonu Qazyan kəndində yerləşən və mülkiyyətində olan 0,41 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmiş və Ucar Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehin Ucar rayonu Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və valideynlərinə ümumi birgə qaydada məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh 15 ildir ki, ona məxsus həmin 0,41 ha torpaq səhəsində yonca otu əkib gəlir əldə etmişdir. Hər il dörd dəfə yonca otu biçilib, ümumilikdə hər il üçün 200 kip yonca otu götürmüşdür, bu isə 15 il ərzində 3000 kip yonca otu edir. Bir kip yonca otunun satış qiyməti 3 manat olmaqla, 15 il ərzində isə bu məbləğ 9000 manat təşkil edir. Cavabdeh ona və valideynlərinə məxsus 0.41 ha torpaq sahəsini zəbt edib yonca otu əkməklə 9000 manat gəlir əldə etmiş, o, cavabdehin qanunazidd hərəkəti nəticəsində həmin məbləğdə pulu qazanmaqdan məhrum olmuşdur. Əlavə olaraq bildirdi ki, cavabdeh ona ziyan vurmuşdur, ərizədə 1 kip yoncanın qiyməti 3 manat göstərilsə də, sonradan aqronom rəyi ilə ona məlum olmuşdur ki, 1 ədəd kipin qiyməti 4- 4.5 manat təşkil edir, lakin buna baxmayaraq o, kipin 1 ədədinin 3 manatdan hesablanmasını istəyir. Bundan əlavə, qeyd olunan torpaq sahəsinin digər mülkiyyətçiləri onun valideynləri olmuşdur, anası Nazilə 06 dekabr 2002-ci ildə, atası İsrayıl isə 02 yanvar 2005-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə onun iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda əmisi E.Əliyevə də məxsus torpaq sahəsi vardır. 2018-ci ildən həmin torpaq sahəsindən istifadə edir. 2018-ci ilə qədər kimin istifadə etməsini bilmir, ola bilər ki, əmisi özü istifadə etmişdir. İddiaçının ona qarşı əvvəlki iddiasına 2019-cu ildə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, əmisinə məxsus torpaq sahəsinin qonşuluğunda iddiaçının və mərhum valideynlərinin torpaq sahəsi olmuşdur. İddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi məlum olandan sonra iddiaçıya 2019-cu ilin təxminən noyabr ayında mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, əvvəlcə razılığa gəlsələr də sonra barışıqları alınmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun əridir, iddiaçıya və onun mərhum valideynlərinə məxsus 0,41 ha torpaq sahəsi Ucar rayonu Qazyan kəndində yerləşir. Həmin torpaq sahəsindən əri uzun müddətdir ki, istifadə etmir, 9 ildir ki, cavabdeh və ailə üzvləri istifadə etmişlər. Sonradan iddiaçı həmin torpaq sahəsinə dair çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmənin Ucar Ərazi İdarəsinə müraciət etmiş və mülkiyyət sənədi verilmişdir. Bundan sonra, cavabdeh torpaq sahəsini boşaltmadığından iddiaçı bu barədə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh yenə də iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmiş və gəlir əldə etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh onun qardaşı Elşad Abdullayevlə əlaqə saxlamış, mübahisənin aralarında həll olunmasını təklif etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Amma cavabdeh bundan sonra gəlməmiş, heç bir təklif verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-693/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov sədrlik edən və məruzəçi) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, vurulmuş zərərə görə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği azaldılaraq 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 20.09.2021-ci il tarixli qərarı ilə iddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, cаvаbdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-693/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir, qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia ərizəsindən və barəsində şikayət verilən məhkəmə aktının məzmunundan göründüyü kimi məhkəmə iddiaçın və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,41 ha hissəsindən 15 il müddətində qanunsuz istifadə etməyinə dair iddiaçının dəlili ilə razılşmışdır. Məhkəmənin gəldiyi qənaət düzgün hesab edilə bilməz. Hər şeydən əvvəl ona görə ki, o, 07.09,1993-cii il təvəllüdlüdür və təbii ki, 12 yaşında hər hansı torpaq sahəsini zəbt edə, ən azından onu əkib becərə bilmək imkanında deyildi. Bundan başqa iddiaçın tam 15 il ərizndə torpağının zəbt edilməsi faktı barədə şikayətinin olmaması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə iclasında bildirdiyi kimi mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda, əmisinin müliyyətində bildiyi torpaq sahəsindən 2018-ci ildən istifadə etməyə başlamış, həmin torpaq sahəsinin bir hissəsinin iddiaçıya məxsus olduğunu biləndən sonra iddiaçı ilə razılığa gəlmək istəsə də razılıq alınmamışdır. Verdiyi izahat iddiaçı və onun şahidi tərəfindən təkzib edilməmişdir. İddiaçının və onun təşəbbüsü ilə dindirilmiş (bu dindirmə prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə aparılmışdır, məhkəmə ilk iclasdan məhkəmə zalında olan, iclasın gedişini izləyən şəxsi şahid qismində dindirməkdə haqlı olmamışdır) şahid X2 ifadələrindən də göründüyü kimi onlar torpaq sahəsindən istifadə etdiyini yalnız mülkiyyətlərində olan torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alan zaman bilmişlər. Belə vəziyyətdə zəbt olunmuş torpaq sahəsində tam 15 il yonca əkilməsinə dair iddialar inandırıcı hesab edilə bilməz. Lakin məhkəmə bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarını pozan məhkəmə aktı qəbul etmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Ucar Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən çıxarılması qət edildikdən sonra qətnamə ilə razılaşmayıb apellyasiya şikayəti vermişdir. 08.01.2020-ci ildə onun xahişi ilə torpaq sahələri ölçülmüş, ona aid 1.01 ha torpaq sahəsinin yeri dəqiqləşdirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 avqust 2020ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən dərhal sonra torpaq sahəsini iddiaçıya qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası AR Ali Məhkəməsinin 20.09.2021-ci il tarixli 2(102)-4262/2021 nömrəli qərarındakı göstərişləri icra edərək apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş, ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinə görə pul tələbinə dair iddiası qismən - 172.6 manat həcmində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 172.6 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan: JN-362 KOD 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Qədirov İsrayıl İsmayıl oğluna, X9 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.41 hektar torpaq sahəsi verilmişdir RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Qədirov İsrayıl İsmayıl oğlunun və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində 06 mart 2019-cu ildə qeydiyyata alınmışdır Ucar Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2020-ci il tarixli arayışlarından görünür ki, X10 06 dekabr 2002-ci ildə, Qədirov İsrayıl İsmayıl oğlu isə 02 yanvar 2005-ci ildə Ucar rayonu Qazyan kəndində ölmüşlər. Az-İ seriyalı 852620 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X14 28 aprel 2017-ci ildə ölmüşdür. Ucar Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(063)-756/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh Ucar rayonu Qazyan kəndində yerləşən və RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. JN-328 KOD 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə X11, X4, X5 və Cavabdeh kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.01 hektar torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 28 aprel 2017-ci ildə ölmüş və bu barədə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 11 may 2017-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. 08 yanvar 2020-ci il tarixdə Ucar rayonu Qazyan kəndində Qazyan bələdiyyəsinin sədri Əlisəməd Əliyevin, Qazyan kənd sakini Cavabdeh və Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun iştirakları ilə tərtib edilmiş Aktın surətindən görünür ki, Ucar rayonu Qazyan kənd sakini Cavabdeh 25 oktyabr 2019-cu il tarixli müraciətinə əsasən ona məxsus olan JN-0328 nömrəli dövlət aktında göstərilən 1.01 ha pay torpağının döngə nöqtələri tanıdılaraq təhvil verilmiş və heç bir mübahisəli hal qeydə alınmamışdır. X17 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimov tərəfindən verilmiş 30 iyun 2020-ci tarixli 66 nömrəli Arayışda göstərilmişdir ki, 1 hektar yonca sahəsində intensiv üsulla əkin aparıldığı təqdirdə, 500 ədəd yonca kipi götürmək olar. Belə olan halda isə 0.41 hektar yonca sahəsindən 200 ədəd kip götürmək olar. Bu günkü bazar qiymətinə nəzər salındıqda 1 ədəd kipin qiyməti 4-4.5 manat arası dəyişir. 003432 nömrəli Vəsiqədən görünür ki, iddiaçı, İ (birinci) qrup gözdən əlildir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.5, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ucar rayonu, Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə ümumi birgə qaydada İddiaçı, Qədirov İsrayıl İsmayıl oğlunun və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 06 mart 2019-cu ildə qeydiyyata alınmış, iddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən 6/ çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Ucar rayonu, Qazyan kəndində yerləşən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə qaydada məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh də məhkəmə iclasında həmin torpaq sahəsindən 2018-ci ildən istifadə etdiyini göstərmişdir. Bununla da, məhkəmə iclasında torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən 15 il istifadə edildiyini göstərsə də, şahidin ifadəsində qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən 9 il istifadə edildiyi göstərilmişdir, buna görə iddia qismən təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında torpaq sahəsindən 2018-ci ildən istifadə etdiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, buna görə də onun etirazını məhkəmə əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi məhkəmə iclasında da 1 ədəd yonca kipinin 3 manat hesablanmasını tələb etmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, bazar qiymətinə görə 1 ədəd kipin qiyməti 4-4.5 manat arasında dəyişir. Məhkəmə iddia tələbi həcmində işə baxdığından və iddiaçı maddi zərərlə bağlı tələbin həcminin artırılması barədə ərizə vermədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməklə cavabdehdən zərərə görə 5400 manat və ödənilmiş dövlət rüsumuna görə 18 manat, cəmi 5418 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırmadığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi hüquq normalarının tələblərinə zidd olduğu üçün iddianın təmin edilmiş ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh istifadəsində olan torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bilmədiyini, həmin torpaq sahəsinin əmisi və atasının istifadəsində olduğuna görə gözlərinə məxsus olduğunu düşünmüş, yalnız torpaq sahəsinin iddiaçıya məxsus olduğunu müəyyən edən məhkəmə qətnaməsindən sonra bunu bilmiş və Ucar Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra torpaq sahəsindən istifadəyə son qoymuşdur. İşdən görünür ki, iddiaçı da torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı 06 mart 2019-cu ildə aldıqdan sonra torpaq sahəsinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, ondan əvvəl iddiaçıya və ya onun mərhum atasına torpaq sahəsinin qaytarılmasını tələb etməsi, torpaq sahəsinin ona məxsus olmasını bildirməsi, cavabdehin məhz vicdansız sahib olması barədə məhkəmələr tərəfindən heç bir hal müəyyən edilməmişdir. Cavabdeh sözügedən torpaq sahəsini Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirilən 14 avqust 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra iddiaçıya qaytarmış, bundan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsindən cavabdeh tərəfindən 2017-ci il aprel ayında cavabdehin atası X14 vəfat etdikdən sonra və 2018, 2019 və 2020-ci illərdə qanunsuz olaraq istifadə etməsi nəticəsinə gələrkən məhkəmə cavabdehə münasibətdə Mülki Məcəllənin 157.5-ci maddəsini düzgün tətbiq etməmiş, bu zaman cavabdehin torpaq sahəsini istifadə və sahibliyinin əsassız olmasını bildiyi vaxtı, onun vicdanlı yoxsa vicdansız sahib olduğunu müəyyən etməmiş, cavabdehin mübahisəli sahəyə istifadə və sahibliyinin əsassız olmasını bildiyi vaxtdan və məhkəmə qətnaməsindən sonra həmin sahədən istifadə etmədiyi təqdirdə ondan qətnamədən əvvəlki dövrə götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi barədə gəldiyi qənaəti maddi hüquq normasının dispozisiya şərtləri baxımından əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2017-ci ildən həmin torpaq sahəsindən istifadə etdiyinə əsaslanmaqla həmin vaxtdan başlayaraq bütün dövr üzrə əldə edilmiş gəliri ondan tutmaqla Mülki Məcəllənin 157.5-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin edilmiş, ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində qeyd edilən tələblərə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən torpaq sahəsindən Ucar Rayon Məhkəməsinin 2(063)-756/2019 nömrəli qətnaməsinin çıxarıldığı 19 dekabr 2019cu il tarixdən hazırda mübahisələndirilən Ucar Rayon Məhkəməsinin 2(063)-371/2020 nömrəli qətnaməsinin çıxarıldığı 14 avqust 2020-ci il tarixə qədərki dövrdə qanunsuz olaraq istifadə etməsi müəyyən edilməlidir. Cavabdeh göstərilən dövrdə, yəni 7.5 ay ərzində 0.41 ha torpaq sahəsindən 125 (200/12=16.66*7.5=125) press yonca əldə etmişdir. Hər pressin qiymətinin 3 manat olması hesab edilərsə, 125 pressə görə 375 manat qazanc əldə edilmişdir. Həmin müddət ərzində göstərilən miqdarda yoncanın əldə edilməsi üçün cavabdeh tərəfindən 202.4 manat xərc çəkilməsi və çəkilən xərcin cavabhin özünə aid olması nəzərə alınarsa, 375 manat qazancdan 202.4 manat xərcin çıxılması nəticəsində 172.6 manat qalır ki, cavabdehin iddiaçıya ödəməli olduğu zərərin həcmi də həmin məbləğdə, yəni 172.6 manat həcmində müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin edilmiş, ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş, ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinə görə pul tələbinə dair iddiası qismən - 172.6 manat həcmində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 171.1 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hazırki icraatda məhkəmə kollegiyası işə AR Ali Məhkəməsinin 20.09.2021-ci il tarixli qərarı ilə yenidən apellyasiya baxışına qaytarılmış hissədə, yəni iddianın Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-693/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş 2400 manata aid hissəsində baxmışdır. Bu səbəbdən də, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş, ləğv edilmədən qalan mübahisələndirilən 2400 manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinə görə pul tələbinə dair iddiası qismən - 172.6 manat həcmində təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 172.6 manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-173/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-173/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver