Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1731/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı Cavabdeh İddiaçı-nin xeyrinə 640 manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh 640 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 670 manat pulun tutularaq İddiaçı-nin hesabına ödənilməsi, qiymətlənirmə xərci ilə əlaqədar Cavabdeh 70 manatın alınaraq “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 640 manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində iddia tələbini müdafiə etdiyini bildirmiş və işdə olan mövcud sübutlar əsasında işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıiddia ərizəsində iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətində ödəmək şərti ilə 640 manat məbləğində televizor verilmişdir. Cavabdeh xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmiş və onun İddiaçı-nə 640 manat borcu qalmışdır. Odur ki, Cavabdeh İddiaçı-nin xeyrinə 640 manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən də, onunla İddiaçı arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən ona 12 ay müddətində ödəmək şərti ilə 640 manat məbləğində televizor verilmişdir. Həmin televizordan cəmi 15 gün istifadə etdikdən sonra televizorun ekranında şaqauli istiqamətdə qara xətt görünməyə başlamışdır. O, da həmin televizoru dərhal aldığı mağazaya aparmışdır. Mağazada ona televizoru öz ustaları gəlib aparıb düzəldəcəklərini bildirmişlər. Lakin, dəfələrlə gedib-gəlməsinə baxmayaraq, televizor bir aydan artıq müddətdə mağazada qalmış, sonradan televizoru təmir etdirmək adı ilə aparmışlar və bir müddət sonra düzəldiyini bildirərək televizoru ona qaytarmışlar. Lakin, bu dəfə televizorun daha böyük bir hissəsi qaraltılı olmuşdur. Buna görə də həmin televizoru yenidən mağazaya qaytarmışdır. Lakin, yenə də televizoru təmir etdirilməmiş və ya ona başqa bir televizor verilməmişdir. Ona nasaz televizor verilmişdir. Buna görə də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh оğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, o, həqiqətən İddiaçı-nin mağazasından xx xxx 2019-cu il tarixdə ******* saylı alqı-satqı müqaviləsi ilə 40 manat ödəyərək qalanını hissə-hissə ödəmək şərti ilə 640 manat dəyərində olan televizoru 1 (bir) illik zəmanət müddətilə götürmüşdür. Cəmi 15 günlük istifadədən sonra televizorun ekranında şaquli istiqamətdə qara xətt peyda oldu (fotoşəkil əlavə olunur). O, dərhal televizoru aldığı mağazaya çatdırmışdır. Mağazada dedilər firma və ya usta gələr, aparar, qüsuru aradan qaldırarlar və gəlib götürərsiz. Bir aydan artıq həmin televizor mağazada qaldı, gəlib aparan olmadı, o, isə boş-boşuna getgələ düşmüşdür. Sonra gəlib apardılar, bir müddət keçmiş “düzəlib" adıyla özünə qaytardılar. Əvvəl ekranın yalnız sol küncü qaralırdısa indi tən yarı hissəsi qaralır, heç nə göstərmir və o, bunu qəbul etməkdən qəti şəkildə imtina edərək televizoru təkrarən mağazaya qaytarmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, keyfiyyətli mal tələb etmişdir. Aradan neçə aylar keçməsinə baxmayaraq onun həmin qanuni tələbi təmin edilməmiş və sözügedən televizor mağazada qalmışdır. Bəs belə olduğu halda tutaq ki, o, “ pis alıcıdır”, başqa hansı “yaxşı alıcı” bu məbləğdə pul ödəməyə və əvəzində bu dərəcədə keyfiyyətsiz mal almağa və ya heç nə almamağa razı olar ki? O, həmin mağazadan daha öncə, yəni xx xxxxxxx 2018-ci il tarixdə oğlu X1 adına dəyəri 1521 (bir min beş yüz iyirmi bir ) manat olan iki televizor götürmüş və heç bir problemsiz ayda 84,5 ( səksən dörd yarım ) manat ödəyir, borcun qurtarmasına cəmi üç ay qalıb. Deməli, müqavilənin şərtlərinə görə onun vəzifəsi vaxtında pul ödəməkdirsə, mağazanın da vəzifəsi alıcını keyfiyyətli malla təmin etməkdir. Və o, mağazanın artıq sınanılmış alıcısı olduğuna görə ən azından mağaza onunla belə rəftar etməməli idi, ya ona keyfiyyətli mal verməli idi, bu yoxdursa onun 40 (qırx) manatını özünə qaytarıb onunla sağollaşmalı idi. Bütün bunların müqabilində xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsilə ona İddiaçınin direktoru cənab E.X.Turanqinin imzası ilə, lakin tarixi və nömrəsi olmayan məktub çatdırıldı ki, guya o, üç gün ərzində sözügedən borcu ödəməlidir. O, MMC-nin direktoruna hörmət əlaməti olaraq dərhal həmin məktubu ətraflı izah etməklə cavablandırdı, lakin onu bir alıcı kimi başa düşmək əvəzinə, ilk öncə keyfiyyətli malla təmin etmək əvəzinə yalnız pul tələbi ilə hazırda onu məhkəməyə vermişdir. Hesab edir ki, məhkəmənin iş üzrə çıxardığı hazırkı qətnaməsi qanun, ədalət və mənəviyyat baxımından qəbul edilməzdir. Çünki qətnamə yalnız “xxxxxxxxxx” MMC-nin rəyinə əsaslanır. Bu təşkilatın harada yerləşdiyini və hansı əsaslarla fəaliyyət göstərdiyini bilmir, lakin bu təşkilatın İddiaçı ilə müştərək fəaliyyət göstərdikləri göz qabağında olan faktdır. Burada obyektiv rəydən söhbət belə gedə bilməz. Həmin rəydə göstərilir ki, televizor guya mexaniki zərbə nəticəsində hazırkı hala düşmüşdür, hətta bu halda belə bəs məhkəmə necə qərara gəldi ki, həmin mexaniki zərbəni televizor başqa yerdə deyil elə onun evində almışdır? Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı-nin ona qarşı qaldırdığı 640 manat borcun ödənilməsi tələbi ilə bağlı iddiasının təmin edilməməsi haqda qətnamə çıxarlmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı-nin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh оğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətində ödəmək şərti ilə 640 manat məbləğində SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizor verilmişdir. İşdə olan xx xxx 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizor təhvil verilmiş, həmin vaxt televizor satıcı tərəfindən alıcının iştirakı ilə yoxlanılmış, yoxlama zamanı malın xaici görünüşündə qüsur və yaxud deffekt aşkar olunmamışdır. İşdə olan İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı-nə ödənilməmiş 640 manat borcu qalmışdır. İşdə olan “xxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 1103/20 nömrəli qiymətləndirmə rəyindən görünür ki, SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizora baxış keçirilmiş və məlum olmuşdur ki, televizorun ekranındakı zədə televizorun sol-aşağı küncünən hər hansı bir fiziki təsir nəticəsində yaranmış və sonra həmin çat böyümüşdür, yəni bu zədə istehsalçı qüsuru deyildir. SKYberg 32 düyüm Smart tipli ekranın qiyməti 260 manat, dəyişdirilməsi üçün zəhmət haqqı üçün isə 40 manat olmaqla, cəmi 300 manat təşkil edir. Qiymətləndirmə xərci 70 manat təşkil edir Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4..5, 4.7, 4.8, 5.4 və 6.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3 və 560.3.5.2.-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitinməbləğindənfaizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borjlu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətində ödəmək şərti ilə 640 manat məbləğində SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizor verilmişdir. Lakin, Cavabdeh xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və İddiaçı-dən aldığı televizorun pulunu ödəməmişdir. Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etmədiyindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbu etmir. İddiaçı tərəfindən Cavabdeh ilə arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edilərək Cavabdeh SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizor təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə televizor verilməsinə baxmayaraq Cavabdeh alqı-satqı müqaviləsi üzrə kredit borcunun iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Cavabdeh iddianı qəbul etməməsinin əsası kimi ona verilmiş televizorun qüsurlu olduğunu bildirsə də, İddiaçı tərəfindən Cavabdeh SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizor təhvil verilərkən televizor İddiaçı tərəfindən Cavabdeh iştirakı ilə yoxlanılmış, yoxlama zamanı malın xaici görünüşündə qüsur və yaxud effekt aşkar olunmamış, bununla bağlı xx xxx 2019-cu il tarixli akt tərtib edilmiş, həmin aktda yazılanların doğruluğunu Cavabdeh özü də qbul edərək həmin akta imza etmişdir. Həmçinin, iddiaçı «İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı «İddiaçı” MMC tərəfindən Cavabdeh verilmiş Skyberg 32SBX1 markalı televizordakı qüsurun hansı səbəbdən yaranması, həmin televizordakı qüsurun istehsal xarakterli, yaxud kənardan edilmiş fiziki təsir nəticəsində yarana bilməsinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. “xxxxxxxxxx” MMC tərəfindən SKYberg 32SBX1 markalı S32S**********3 seriya nömrəli televizorun ekranındakı zədənin televizorun sol-aşağı küncündən hər hansı bir fiziki təsir nəticəsində yarandığı və sonra həmin çatın böyüdüyü, yəni bu zədənin istehsalı qüsuru olmadığı barədə xx xxx 2020-ci il tarixli, 1103/20 nömrəli rəy verilmişdir. Bu səbəbdən də məhkəmə Cavabdeh iddianı qəbul etməməsinə əsas kimi göstərdiyi həmin hallarla razılaşmır. Bu səbəbdən də İddiaçı ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, Cavabdeh 640 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 670 manat pul tutularaq İddiaçı-nin hesabına ödənilməlidir. İddia təmin edildiyindən qiymətlənirmə xərci ilə əlaqədar Cavabdeh 70 manat alınaraq “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh оğlunun apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(075)-397/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1731/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1731/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver