Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1735/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylıCavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan məbləği olaraq 2831 (iki min səkkiz yüz otuz bir) manat pul və ödənilmiş 30 manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 825 (səkkiz yüz iyirmi beş) manat və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o iddianı qəbul etmir. Çünki iddiaçıya heç bir ziyan vurmamışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, iddiaçıya dəymiş ziyanın cavabdeh vurulması öz təsdiqini tapmamışdır. Bundan əlavə onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)- 277/2020 saylı qətnаməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı maddi ziyan vurmuşdur. Ona görə də İddiaçı Cavabdeh ona dəymiş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. İşin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. İddiаçı iddiasını onunla əsaslandırmışdır ki, tərəfindən Şəki rayonu Qaraqul adlanan dağ ərazisində Şəki rayonu Baş Göynük kənd bələdiyyəsinə məxsus ərazidə icarə müqaviləsi əsasında 5 ha torpaq sahəsində dənli bitki olan vələmir əkib-becərir. Həmin ərazinin yaxınlığında ferma ərazisində məskunlaşmış “Fizuli” adlı çoban ona məxsus sahəyə mal-qara salaraq otarmışdır. Bu barədə Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin polis şöbəsində dəymiş ziyan məbləği xeyli miqdarı keçmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, dəymiş ziyan məbləği 831.6 manat müəyyənləşmişdir. Bu da cinayət işinin başlanması üçün yetərli məbləğ deyildir. Bundan sonra yenidən həmin əraziyə taxıl əkmişdir. Lakin yenə də “Fizuli” adlı çoban ona məxsus əraziyə mal-qara salaraq otarmışdır. Məhz buna görə də kənd icra nümayəndəliyinin müavini, bələdiyyə üzvü və digər şəxslərlə birlikdə əraziyə gedilmiş və ərazidə 36 baş inəyin otladığı müşahidə edilmişdir. Həmin vaxt əraziyə gələn şəxslər tərəfindən müvafiq akt tərtib edilmişdir. Həmin inəklərin Cavabdeh aid olduğu müəyyənləşmiş və bundan sonra tərəfindən sahədən çıxarılaraq sahibinə təhvil verilmişdir. Eyni zamanda bir daha həmin əraziyə malların salınmaması tapşırılmışdır. Lakin buna baxmayaraq növbəti günlərdə də həmin əraziyə eyni heyvanlar salınmışdır. Nəticədə onun əkin sahəsinə təkrar olaraq 2000 manatdan çox maddi ziyan dəymişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan məbləği olaraq 2831 (iki min səkkiz yüz otuz bir) manat pul və ödənilmiş 30 manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 825 (səkkiz yüz iyirmi beş) manat və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 855 (səkkiz yüz əlli beş) manat məbləğində pul tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, Cavabdeh məxsus 36 baş mal-qaranın İddiaçı icarəsində olan 5 ha torpaq sahəsini yararsız vəziyyətə salmağı ilə bağlı iş materiallarında hər hansı bir mötəbər sübut yoxdur. Bundan əlavə iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, iddiaçıya dəymiş ziyanın cavabdeh vurulması öz təsdiqini tapmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylı qətnаməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin bu iş üzrə gədiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylı qətnаməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-277/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh dəymiş ziyan məbləği olaraq 2831 (iki min səkkiz yüz otuz bir) manat pul və ödənilmiş 30 manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1735/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1735/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver