Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1744/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, iddiaçı ASC “xxxx” Bankı-ın nümayəndəsi X4, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ASC “xxxx” Bankı-nın Cavabdeh qarşı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas kredit borcu, 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penya olmaqla, cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq, X19 Cəmiyyəti «xxxx» Bankına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-8/2019 nömrəli qətnaməsinin nəticə hissəsində buraxılmış yanlışlıq düzəldilərək, “İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat-əsas kredit borcu, 50070,08 (əlli ın yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penya olmaqla, cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, X19 Cəmiyyəti «xxxx» Bankına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin.” sözlərinin “İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas kredit borcu, 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penya olmaqla, cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, X19 Cəmiyyəti «xxxx» Bankına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizası lə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün: Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4,” sözləri kimi oxunması qərara alınmışdır. işin halları: X19 Cəmiyyəti «xxxx» Bankı (bundan sonra - ASC «xxxx» Bankı) Cavabdeh qarşı əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu tarixli **********10 nömrəli kredit xətti müqaviləsindən yaranmış 135 222 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas borc, xx.xx.2011-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 20 faiz dərərcəsi ilə hesablanmaqla, 50 070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixədək əsas borc məbləğinə illik 15 (on beş faiz) dərəcəsi ilə hesablanmış 147 819,29 (bir yüz qırx yeddi min səkkiz yüz on doqquz manat iyirmi doqquz qəpik) manat penya, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 197 092,87 (bir yüz doxsan yeddi min doxsan iki manat 87 qəpik) manat zərərin (əldən çıxmış fayda) əvəzi, cəmi 530 204,24 (beş yüz otuz min iki yüz dörd manat iyirmi dörd qəpik) manat və xx.xx.2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq, iddiaçı ASC «xxxx» Bankına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X19 Cəmiyyəti “xxxx” Bankının nümаyəndəsi X14 оğlu sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2010-cu il tarixli **********10 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh Abdulməeid oğlunun iddiaçı ASC "xxxx" Bankı qarşısında 135 222 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat məbləğində əsas borc. xx.xx.2011-ci il tarixinə kimi əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 50 070,08 (əlli min yetmiş manat 08 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği. xx.xx.2019-cu il tarixinədək əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 192 836,95 (bir yüz doxsan iki min səkkiz yüz otuz altı manat 95 qəpik) manat penya, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 257 116,41 (iki yüz əlli yeddi min bir yüz on altı manat 41 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 635 245,44 (altı yüz otuz beş min iki yüz qırx bes manat 44 qəpik) manat məbləğində pul vəsaiti, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində xərclərin əvəzi və xx.xx.2019-cu il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında X19 Cəmiyyəti “xxxx” Bankının nümаyəndəsi X14 оğlunun iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq (həmin kredit xətti müqaviləsinə xx.xx.2010-cu il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) 18 (on səkkiz) ay müddətinə, illik 20 faiz ödənilməklə 240 000 (iki yüz qırx min) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə X10 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus, Qax rayonu, Qaşqaçay kəndində yerləşən 1 ha torpaq sahəsinin (təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - sahibkarlıq) ipoteka qoyulması barədə xx xxxxxx 2010-cu il tarixli 012008/0038/10/11 nömrəli ipoteka müqaviləsi (həmin İpoteka müqaviləsinə xx.xx.2010cu il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı ASC “xxxx” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Borcalan Cavabdeh tərəfindən kredit xətti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “xxxx” Bankı kredit xətti müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli 2(033)-12/2015 nömrəli qətnaməsi ilə xx xxxxxx 2010cu il tarixli 012008/0038/10/11 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və ipoteka qoyan X6 (ipoteka qoyan M.B.Babayev vəfat etmiş, əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, onun qanun üzrə vərəsəsi olan arvadına keçmişdir) məxsus Qax rayonu, Qaşqaçay kəndində yerləşən 1 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və borcalan Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsi üzrə 176 660 (bir yüz yetmiş altı min altı yüz altmış) manat əsas borcunun, xx.xx.2014-cü il tarixə kreditdən istifadəyə görə illik 20 (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 166 927,72 (bir yüz altmış altı min doqquz yüz iyirmi yeddi manat 72 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2014-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 000 (on min) manat məbləğində cərimə faizlərinin, cəmi 353 587,72 (üç yüz əlli üç min beş yüz səksən yeddi manat 72 qəpik) manat pul vəsaitinin, eləcə də sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14,10 (on dörd manat 10 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,40 (otuz manat 40 qəpik) manatın və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC „xxxx” Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Hərrac təşkilatçısı (“X1 Mərkəzi” MMC) tərəfindən keçirilmiş hərraclarda yuxarıda qeyd edilən əmlak satılmadığından onun alınması iddiaçı ASC “xxxx” Bankına təklif edilmiş və iddiaçı buna öz razılığını bildirmişdir. Əmlakın alqı-satqısı Hərrac təşkilatçısı, Qax Rayon İcra Şöbəsi və iddiaçı ASC “xxxx” Bankı tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli Y172 nömrəli Hərracın yekunları barədə protokol və iddiaçı ASC “xxxx” Bankı ilə Hərrac təşkilatçısı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın satış qiyməti 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manat müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində iddiaçının balansına keçməsinə baxmayaraq, cavabdehin xx.xx.2017-ci il tarixə kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında 135 222 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas borcu və xx.xx.2011-ci il tarixədək əsas borca illik 20 (iyirmi faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 50 070,08 (əlli min yetmiş manat 08 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq, banka kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 (on beş faiz) dərəcəsi ilə penya da (cəmi 35 %) ödəməlidir. Cavabdeh xx.xx.2017-ci il tarixə qədər kredit xətti müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın məbləği 147 819,29 (bir yüz qırx yeddi min səkkiz yüz on doqquz manat 29 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakdan almaq hüququ yaranmışdır. İstehlak məqsədləri üçün iddiaçı tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 20 (iyirmi) faiz təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçı kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2011-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2017-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2011-ci il) hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2017-ci il) olan dövr üçün müvafiq məbləğ 197 092,87 (bir yüz doxsan yeddi min doxsan iki manat 87 qəpik) manat təşkil edir. İddiaçı hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən etibarən iddiaçının tələblərinin təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri də əsaslıdır. Kredit xətti müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq, cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına, borcun qısa vaxt ərzində tam şəkildə ödənilməsinin tələb edilməsinə və bu barədə cavabdehə xx.xx.2017-ci il tarixli 183 nömrəli xəbərdarlıq göndərilməsinə baxmayaraq, sonuncu tərəfindən bu günə qədər heç bir əməli addım atılmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, lakin onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC “xxxx” Bankının “Zaqatala” filialının direktoru X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2965/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsinin qismən-Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas kredit borcu və cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat kredit borcunun alınaraq, X19 Cəmiyyəti «xxxx» Bankına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, X19 Cəmiyyəti «xxxx» Bankının Cavabdeh qarşı əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiası xx xxxx 2019-ci il tarixə olan 135222,00 (bir yüz otuz beş min iki yüz iyirmi iki) manat əsas kredit borcuna aid hissədə rədd edilməsi, cəmi borcun məbləği 69353,68 (altmış doqquz min üç yüz əlli üç manat altmış səkkiz qəpik) müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2965/2019 saylı qətnaməsi ilə razılaşmayan X19 Cəmiyyəti «xxxx» Bankı və Cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2588/2020 saylı qərarı ilə kasasiya şikayətlərinin təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi və İşin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, o-Cavabdeh qeyd olunan tarixdə məhkəmə iclasında iştirak etməmişdir, qətnamədə qeyd olunan kredit müqavilələriylə taniş deyildir, qətnamədə qeyd olunan ilk müqavilə tarixindən 9 il ötməsinə baxmayaraq bu günə qədər heç kim onu cavabdeh olaraq heç bir sənədlə taniş etməyib və ondan heç nə tələb etməyib. Qətnamədə tarixləri qeyd olunan kredit müqavilələrindəki imzaların nə də ödəniş sənədlərində olan imzaların kimə məxsus olduğunu bilmir. Hətta qətnamədə hansısa girovlardan və onların satılmasından bəhs olunur ki, bunlar barədə də heç bir məlumatı yoxdur. Ümumiyyətlə qeyd olunan kreditlə bağlı təqdim olunan girovlar, onların kimə məxsus olması, kimin tərəfindən və nə vaxt satılması və ödənişlər barədə heç bir məlumatı yoxdur və son 9 ildə ona qarşı heç bir iddia qaldırılmayıb. Bundan əlavə qətnamədə qeyd olunur ki müqavilə üzrə ona 240 000 (iki yüz qırx min manat) kredit verilib və girov olaraq 1 ha torpaq qoyulub, sonra isə əsas borcun 176660 (bir yüz yetmiş altı min altı yüz altmış) manata endiyi göstərilib, halbuki girov satılmayıb. Bu kredit üzrə ödənişləri kimin apardığından belə məlumatı yoxdur. Bu məbləğin necə istifadə olunması, girovların kimə məxsus olması, ödənişlərin nə zaman, kimin tərəfindən və hansı mənbələrdən və nə üçün aparıldığını bilməyərək o, nə cür cavabdehlik daşıya bilər? Qətnamədə bu barədə qeyd olunmayıb. Bunlardan heç bir xəbəri yoxdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)8/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və xxxxbank ASC-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X19 Cəmiyyəti «xxxx» Bankının nümayəndəsi X11 izahat verərək apelyasiya şikayətinin təmin olumamasını və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına təkrarən dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun düzünə və yа dolаyısı ilə mübаhisələndirilən hissəsində, şikаyət qərаrın ləğv edilməsinə yönəldildikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Məmmədоv Nаtiq Аrif оğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya şıkayətinin dəlillərindən asılı olmayaraq işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı, iş üzrə toplanmış sübuıtlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 2588/2020 saylı qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, müəyyən olunduğu kimi bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bank tərəfindən Cavabdeh 240.000 manat məbləğində kredit verilmiş, sonuncu kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas kredit borcuna görə 176.660 manat, faiz borcuna görə 166.927,72 manat, cəriməyə görə 10.000 manat, cəmi 353.587,72 manat tutulmuş və tutma ipoteka predmeti olan 65.000 manat məbləğində qiymətləndirilmiş torpaq sahəsinə yönəldilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar ipoteka predmeti olan torpaq sahəsi 41.438 manata banka verilmişdir. Göstərilən qətnamə ilə cavabdehdən əsas borca görə 176.660 manat tutulmasına baxmayaraq, bank cavabdehdən 2017-ci ildə əsas borca görə cavabdehdən 135.222 manat tələb etmiş və eyni zamanda həmin borc məbləğinə faizlər hesablanmışdır. Beləliklə, bank tərəfindən əsas kredit borcu barədə iki dəfə tələb irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi əsas kredit borcuna (135.222 manat) aid hissədə iddianı əsassız sayaraq rədd etmiş, cəmi borcun məbləğini isə 69.353,68 manat məbləğində müəyyən etmişdir. Kollegiya hesab edir ki, 135.222 manat borcunun tələb olunmasına dair tələbin qanunsuz olması barədə apelyasiya instansiyası məhkəməsi faktiki olaraq düzgün nəticəyə gəlsə də, belə vəziyyətdə həmin hissədə iş üzrə icraata xitam verilməsi imkanı müzakirə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Əsas kredit borcunun tutulması ilə əlaqədar Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, belə vəziyyətdə MPM-nin yuxarıda göstərilən normasının tələbinə müvafiq olaraq həmin hissədə iş üzrə icraata xitam verilməklə mübahisə həll oluna bilərdi. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən borcun məbləği 69.353,68 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu barədə olan nəticəsini iş materiallarına və sübutlara istinad etməklə əsaslandırmadığından kollegiyanın həmin nəticəsi də əsaslı sayıla bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi əsas kredit borcundan (135.222) əlavə Cavabdeh adi faizlərə görə 50.070,08 manat, kreditin ödənilməsinin gecikdirilməsinə görə 19.283,6 manat tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən nəticəsini əsaslandırmamış, qətnamənin həmin hissədə qanuniliyinə qiymət verməmişdir. Vaxtı keçmiş borca illik 15 faiz dərəcəsinin hansı norma əsasında tətbiq olunması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli qərarına görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçı ASC “xxxx” Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı ASC “xxxx” Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinə 01 saylı əlavə sazişin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 240 000 (iki yüz qırx min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.4-cü bəndinə görə kreditdən istifadəyə görə faizlər borcalanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq, hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə 360 gün götürülür) borcun tam ödənidiyi tarixə qədər hesablanır. Kredit müqaviləsinin 1.5-ci bəndinə görə borcalanın bu kredit üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində 012008/0038/10/11 nömrəli xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə 1 nömrəli Əlavədə göstərilmiş Ödəniş cədvəlinə müvafiq olaraq, hər ayın borc alınan günü həyata keçirilir. Kredit müqaviləsinin 2.4-cü bəndində göstərilir ki, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda, borcalan banka vaxtı keçmiş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. Kredit müqaviləsinin 3.3.1-ci bəndində göstərilir ki, borcalan bu müqavilənin şərtlərini pozduqda, borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin qaytarılması təhlükəyə məruz qala bildikdə, bankın bu müqavilə ilə nəzərdə tutulan kreditin bütövlükdə və ya qismən borcalana verilməsindən imtina etmək hüququ vardır. Kredit müqaviləsinin 3.3.4-cü bəndində göstərilir ki, borcalan tərəfindən bu müqavilənin 1.1ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadığı, habelə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsi qaytarılmadığı və ya hesablanmış faizlərin ödənilməsi 03 (üç) ardıcıl ay ərzində 02 (iki) dəfə gecikdirildiyi təqdirdə, bankın kredit məbləğini və ona hesablanmış faizləri vaxtından əvvəl tələb etmək hüququ vardır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(033)-12/2015 nömrəli qətnaməsinə istinad edilərək hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-in direktoru İ.Bayramov, sifarişçi Qax Rayon İcra Şöbəsinin rəisi E.Məmmədov və alıcı ASC “xxxx” Bankının nümayəndəsi X12 tərəfindən imzalanmış xx xxx 2016-cı il tarixdə keçirilmiş «Hərracın yekunları barədə» Y-172 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, cavabdeh X6 məxsus Qax rayonu Qaşqaçay kəndində yerləşən 01 ha torpaq sahəsinin ilkin satış qiyməti 65 (altmış beş min) manat olmuş, təkrar hərracda 15 (on beş) faiz-25 (iyirmi beş) faiz azaldılaraq, həmin əmlakın satılmış son qiyməti 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manat olmuşdur. Qeyd edilən daşınmaz əmlakı ipoteka saxlayan ASC “xxxx” Bankı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manata almışdır. Yenə həmin məhkəmə qətnaməsində istinad edilən satıcı Qax Rayon İcra Şöbəsinin rəisi E.Məmmədov və alıcı iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X12 arasında bağlanmış xx xxx 2016-cı il tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilənin təsdiq edilmiş surətindən görünür ki, hərracın nəticələri barədə yekun protokola əsasən, cavabdeh X6 məxsus Qax rayonu Qaşqaçay kəndində yerləşən 01 ha torpaq sahəsi 41438 (qırx bir min dörd yüz otuz səkkiz) manata alıcı cavabdeh ASC “xxxx” Bankına satılmışdır. İşdə olan iddiaçı ASC “xxxx” Bankının xx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, həmin tarixə iddiaçıya 135222.00 manat əsas borcu, 50070,08 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2019cu il tarixinə cərimə faizləri üzrə 192836,95 manat borcu, kreditin müddətiinin bitməsi tarixindən (xx.xx.2011) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2019) illik 20 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış 257116,41 manat əldən çıxmış fayda, cəmi isə 635245,44 manat məbləğində kredit borcu vardır. İşdə olan xx xxx 2019-cu il tarixli 27112 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2010-cu il tarixli **********10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilənin müddətinin bitdiyi xx.xx.2011-ci il tarixə Cavabdeh "xxxx'' Bank ASC-nə olan borcu 289.222,57 manat məbləğində müəyyən edilir, o cümlədən; əsas kredit borcu üzrə 240.000,0 manat, faiz borcu üzrə 49.222,57 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi 20 faiz ilə hesablanan faiz borcu 173.879,76 manat təşkil edir. xx.xx.2016-ci il tarixə Cavabdeh “xxxx'’ Bank ASC-nə olan borcu 399.762,32 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu üzrə 176.660,0 manat, faiz borcu üzrə 223.102,32 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək illik faiz dərəcəsi 20% ilə hesablanan faiz borcu 198.451,11 manat təşkil edir, xx.xx.2017-ci il tarixə Cavabdeh "xxxx" Bank ASC-nə olan borcu 382.895,68 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu üzrə 135.222,0 manat; faiz borcu üzrə 247.673,68 manat. Bank tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə hesablanan penyanın hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə penya hesablanmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1, 448.1, 467, 739.1 739.2 vı 741-ci maddələrinəAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» x xxxx 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 119.1 və 222.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mənasına görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» x xxxx 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün dəbbə pulu və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun iddiaçıya kredit borcu yaranmışdır. Göstərilənlərə, həmçinin isnad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 135.222,0 manat məbləğində əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşə bu kontekstdən yanaşan məhkəmənin qənaətinə görə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faizlərin də cavabdehdən tutulması tam qanuna və müqaviləyə uyğundur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx xxx 2019-ci il tarixə 50070,08 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx xxxx 2019-ci il tarixə hesablanmış 192836,95 manat penyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Cavabdeh kredit müqaviləsi üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan əmlak vəziyyəti pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan Cavabdeh böyük məbləğdə yəni, 192836,95 manat penyanı (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə penya ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, məhkəmə bu fikirdədir ki, penyanın tələb olunan məbləği əsaslı deyildir. Qeyd olunanları, həmçinin işin hallarını, tərəflərin mənafeyini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə penyanın bu həddə şişməsində həm iddiaçının, həm də Cavabdeh təqsirliliyi nəzərə alınmalıdır. Şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı ASC “xxxx” Bankının cavabdehdən tələb etdiyi cərimə məbləği azaldılmalı və ağlabatan məbləğ, yəni 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat məbləğində müəyyən edilməlidir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 257 116,41 (iki yüz əlli yeddi min bir yüz on altı manat 41 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzin ödənilməsi tələb edir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 222.2-ci maddəsinin tələbi mülki prosessual məcəllədə imperativ norma kimi nəzərdə tutulduğundan iddia ərizəsinin yuxarıda göstərilən hissəsini təmin etməklə qanunun bu normasına riayət etmək mümkün deyildir. Çünki, qətnamənin icra olunacağı tarix əvvəlcədən bəlli deyildir və məlum olmayan hala qətnamə ilə hüquqi qiymət verilə bilməz. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsinin xx xxxx 2019-ci il tarixdən başlayaraq, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 faiz hesabı ilə hesablanan penyanın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi tələbinə dair hissəsi təmin edilməməlidir. Çünki, iddiaçının bu tələbi tamamilə qeyrimüəyyəndir. Qeyri-müəyyən tələblər üzrə isə məhkəmə qətnamə çıxara bilməz. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2019-ci il tarixə olan 135222 manat əsas kredit borcu, 50070,08 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və xx xxxx 2019-ci il tarixə qədər vaxtı keçmiş əsas borca illik 15 faiz dərəcəsi ilə hesablanmış 19283,6 manat penyanın cəmi 204575,68 (iki yüz dörd min beş yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu alınaraq, iddiaçı ASC «xxxx» Bankının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penyanın iddiaçıdan alınaraq cavabdehə ödənilməsi hissəsində təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prsosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı təqdim edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, X19 Cəmiyyəti “xxxx” Bankı cavabdeh X8 və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı bank krediti üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 012008/0038/10/11 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X8 mülkiyyət hüququ əsasında məxsus Qax rayonunun Qaşqaçay kəndində yerləşən 01 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankının qarşısındakı 176660 manat məbləğində əsas borcunun, 137091,81 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faiz borcunun, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2013-cü il tarixə qədər 65266,30 manat məbləğində hesablanmış cərimə faizlərinin və xx.xx.2013-cü il tarixdən başlayaraq, iddiaçının tələblərinin iptocka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 35 faiz hesabı ilə hesablanmış cərimə faizlərinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına görə '30,40 manat məbləğində və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14,10 manat məbləğində çəkilmiş xərclərin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ipoteka predmetinin dəyərindən İddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh xx.xx.2010-cu il tarixli **********10 nömrəli Kredit xətti müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixə olan 176 660 (bir yüz yetmiş altı min altı yüz altmış) manat əsas kredit borcu, 166 927,72 (bir yüz altmış altı min doqquz yüz iyirmi yeddi manat 72 qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 10 000 (on min) manat cərimə faizləri, cəmi isə 353587,72 (üç yüz əlli üç min beş yüz səksən yeddi manat yetmiş iki qəpik) manat kredit borcu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14,10 (on dörd manat on qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,40 (otuz manat qırx qəpik) manat çəkilmiş xərclər, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, ümumilikdə 353662.22 (üç yüz əlli üç min altı yüz altmış iki manat iyirmi iki qəpik) manat pulun X19 Cəmiyyəti “xxxx” Bankının xeyrinə tutulması, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh ümumilikdə 353662,22 (üç yüz əlli üç min altı yüz altmış iki manat iyirmi iki qəpik) manatın X19 Cəmiyyəti “xxxx” Bankının xeyrinə tutulmasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2010-cu il tarixli 012008/0038/10/11 nömrəli İpoteka müqaviləsinə əsasən, tutmanın cavabdeh ipotekaqoyan X5 xüsusi mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 01 (bir) ha torpaq sahəsinə yönəldilərək, həmin torpaq sahəsinin ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə ilkin satış qiyməti 65000 (altmış beş min) manat olmaqla açıq hərracdan satılması, əldə edilmiş vəsaitdən X19 Cəmiyyəti “xxxx” Bankının xeyrinə həmin məbləğdə pulun ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi X19 Cəmiyyəti “xxxx” Bankı xx.xx.2010-cu il tarixli **********10 nömrəli Kredit xətti müqaviləsinə əsasən əsas kredit borcunu cavabdeh X3(ipoteka qoyan) tələb etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-8/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ərizəsində vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınmasını tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, müəyyən olunduğu kimi bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bank tərəfindən Cavabdeh 240.000 manat məbləğində kredit verilmiş, sonuncu kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas kredit borcuna görə 176.660 manat, faiz borcuna görə 166.927,72 manat, cəriməyə görə 10.000 manat, cəmi 353.587,72 manat tutulmuş və tutma ipoteka predmeti olan 65.000 manat məbləğində qiymətləndirilmiş torpaq sahəsinə yönəldilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar ipoteka predmeti olan torpaq sahəsi 41.438 manata banka verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bank tərəfindən əsas borc qeyd edilən torpaq sahəsinə yönəldiyindən iddiaçının vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbi əsaslı sayıla bilməz, ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətt müqaviləsini və ona xx xxxxxx 2010-cu il tarixdə edilmiş 01 saylı əlavə saziş və Mülki Məcəllənin müvafiq normalarını əsas götürmüşdür. Belə ki, işdə olan iddiaçı ASC “xxxx” Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı ASC “xxxx” Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinə 01 saylı əlavə sazişin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 240 000 (iki yüz qırx min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.4-cü bəndinə görə kreditdən istifadəyə görə faizlər borcalanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq, hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə 360 gün götürülür) borcun tam ödənidiyi tarixə qədər hesablanır. Kredit müqaviləsinin 2.4-cü bəndində göstərilir ki, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda, borcalan banka vaxtı keçmiş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 35 (otuz beş) faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan respublikasi mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göründüyü kimi, hazırkı mübahisədə də, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 20 000 (iyirmi min) manat məbləğində kredit, xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit xətti müqaviləsinə 01 saylı əlavə sazişin 1.1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödənilməklə, 240 000 (iki yüz qırx min) manat məbləğində kredit verilmişdir. Konsitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında bununla bağlı qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bank tərəfindən Cavabdeh 240.000 manat məbləğində kredit verilmiş, sonuncu kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas kredit borcuna görə 176.660 manat, faiz borcuna görə 166.927,72 manat, cəriməyə görə 10.000 manat, cəmi 353.587,72 manat tutulması və tutma ipoteka predmeti olan 65.000 manat məbləğində qiymətləndirilmiş torpaq sahəsinə yönəldildiyi halda, iddiaçı yenidən kredit müqaviləsinə və ona əlavə edilmiş əlavəyə əsaslanmaqla, o cümlədən heç bir əsas göstərmədən vaxtı keçmiş borca illik 15 faiz dərəcəsinin hansı əsası tətbiq etməsini əsaslandırmadan yenidən cavabdehdən faiz tutulması ilə bağlı yenidən iddia qaldırmışdır. Hansı ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan respublikasi mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаnmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesа b edirki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qətnaməsi 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penyanın iddiaçıdan alınaraq cavabdehə ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı ASC “xxxx” Bankı-nın Cavabdeh qarşı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qətnaməsi 50070,08 (əlli min yetmiş manat səkkiz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2019-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 19283,6 (on doqquz min iki yüz səksən üç manat altı qəpik) manat penyanın iddiaçıdan alınaraq cavabdehə ödənilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC “xxxx” Bankı-nın Cavabdeh qarşı kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin əldən çıxmış faydanın, tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin alınması tələbi rədd edilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1744/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1744/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver