Məhkəmə qərarları › İş №2(107)-175/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-175/2021

11.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-175/2021 11.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı 15700 manat ziyan tələbinə dair ilk, cavabdeh X2 İddiaçı oğluna qarşı maddi zərər tələbi barədə qarşılıqlı iddası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)- 663/2020 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Xurtunova Nailə Şarabiddin qızına, X5 və Cavabdeh3 İbrahim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Balakən rayonu Mahamalar kənd sakini X4, Cavabdeh2 və Cavabdeh3 İbrahim qızından JN-10xx xxx 40108018 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 0.20 ha pay torpaq sahəsinin onlara geri qaytarılmasına görə ona dəymiş ziyan olan torpağın alınması ilə bağlı çəkdiyi xərc-5000 manatın, torpaq sahəsinin yaxşılaşdırılması və əkilmiş fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 3200 manatın, torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olan 5000 manatın, məhkəmə proseslərində iştirakı ilə bağlı çəkdiyi xərc olaraq 2500 manatın, cəmi 15700 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 İddiaçı Süleyman oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının əvvəlki iddialarının təkrarı olduğu və bu iddiaya məhkəmələr tərəfindən qiymət verilib rədd edildiyi üçün əsassız hesab edilib rədd edilməsi, cavabdeh İddiaçı əsassız iddialarla müxtəlif məhkəmə instansiyalarında yol pulu, hər yuxarı instansiya məhkəmələri üçün müdafiə xərcləri, yemək pulu və mehmanxana xərcləri ilə birlikdə ona vurduğu 3000 manat maddi ziyan və hər məhkəmə instansiyalarında keçirdiyi mənəvi iztirablarla bağlı 3000 manat, bağın iki illik məhsuluna görə əldə çıxmış fayda kimi 4000 manat, cəmi 10.000 (on min) manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-663/2020 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia qismən təmin edilmiş, cavabdeh X1 torpaq sahəsinə görə verilmiş 300 ABŞ dollarının qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X2 qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnаmədən cavabdeh X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinə əsаsən işə Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə bаxılаn zaman cavabdeh X4 məhkəmə kollegiyаsınа ərizə göndərərək göstərmişdir ki, apellyasiya şikayətinə baxılmasını xahiş etmir. Belə ki, iş üzrə İddiaçı ilə barışıq əldə etmişlər. Ona görə də, apellyasiya şikayətinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2021-ci ildə cavabdeh X4 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə verdiyi şikayətdən imtina edir, imtina ərizəsinin qəbul edilməsini xahiş edir. xx xxxxxx 2021-ci ildə İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq göstərmişdir ki, X4 tərəfindən göndərilmiş imtina ərizəsinə etiraz etmir. İddiaçı, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətindən imtina barədə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, cavabdeh X2 apellyasiya şikayətindən imtinası qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 apellyasiya şikayətindən imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə cavabdeh X2 apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-402-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh X2 Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)- 663/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh X3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar