Məhkəmə qərarları › İş №2(107)-175/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-175/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-175/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: avtomobilə dəymiş ziyan- pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İşin halları

1. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş;

2. 02 aprel 2021-ci il tarixdə tərtib edilmiş avtobilə dəymiş zərər barədə cədvəldən görünür ki, «MAZDA» markalı, **-FV-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 17360.11 (on yeddi min üç yüz altmış manat on bir qəpik) manat təşkil edir. 3.İXP ******* №-li, 20.03.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 327.4-cü maddələrinin tələblərini pozmuşdur.

4. TP ******* №-li, 20.03.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 327.4-cü maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021- ci il tarixli 9/4032 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «MAZDA» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17096 (on yeddi min doxsan altı) manat müəyyən olunur.

6. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 9/9562-8/3362 nömrəli məhkəmə yol –nəqliyyat və əmtəəşünaslıq ekspertizaları üzrə ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin 02.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17096.0 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17360,11 manat vurduğu zərərə və 30,4 manat dövlət rüsumuna görə olmaqla cəmi 17390,51 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir6

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ki, 20 avqust 2021-ci il tarixdə, saat 12:50 radələrində Qəbələ rayonu ərazisində “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Cavabdeh yol hərəkəti qaydalarını (yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə) pozmuş, idarə etdiyi “Qaz 53” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli protokola əsasən Cavabdeh əməlində AR İnzibati Xətalar Məcəlləsinin 339.1-1 'və 327.4-cü madələrinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Qəbələ rayonu Yol Patrul xidməti inspektoru X1 20.03.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 327.4-cü madələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Azərbaycan Respublikası ROTARY MOTORS MMC “Mazda” avtomobillərə texniki xidməti tərəfindən mənim “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilimə baxış keçirilmiş, MZ-56591 nömrəli iş kartı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 17360,11 manat müəyyən edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyi zaman avtomobilimə vurduğu zərəri ödəyəcəyini bildirmiş, lakin sonradan bundan boyun qaçırmışdır. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təqsirli əməli nəticəsində ona 17360,1.1 manat maddi zərər dəymiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş 237 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışla “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsi əsasında girov götürülmüş və 16 aprel 2021-ci il tarixə 11983,02 manat borcu vardır.

9. Qəbələ Rayon Məhkəmənin (hakim E.İsayev) 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 17096 (on yeddi min doxsan altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 17126 (on yeddi min bir yüz iyirmi altı) manat tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «MAZDA» markalı, **-FV- *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir.

11. Məhkəmə öz mövqeyini X4 AR Qanununun 36.3-cü, 37-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir 13 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , Qəbələ Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 2(025)-721/2021 saylı qətnaməsi ilə aşağıdakı səbəblərdən razı deyil. məhkəməyə vəsatət təqdim etmişdim və məhkəmə tərəfindən ekspertiza təyin edilərək iş məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Lakin ekspert tərəfindən də həqiqətə uyğun olmayan rəy verilmişdir. Belə ki, ekspert rəyində iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş qiymətlərə (qüsur aktına) uyğun olaraq sadəcə olaraq hesablama aparılmışdır. Əgər o qiymətlər əsasında hesablama aparılacaqdırsa, həmin qiymətlər əsasında hesablama aparılması məhkəmə tərəfindən də edilə bilərdi. Ekspertizanın keçirilməsində məqsəd avtomobilin detallarının mövcud bazar qiymətlərinin müəyyən edilməsi, bundan sonra isə dəymiş ziyanın müəyyən edilməsidir. Lakin ekspert məsələyə ciddi yanaşmayaraq "xxxx" MMC tərəfindən hesablanmış qiymətlərlə rəy vermişdil Həmin qiymətlərin hesablanmasında isə hazırkı iş üzrə iddiaçının marağının olması normaldır. Bir daha qeyd edim ki, avtoqəza nəticəsində avtomobilin yalnız qarşı hissəsi sıradan çıxmışdır ki, ümumi qiyməti 20000-25000 manat olan avtomobilin yalnız qarşı hissəsinə görə 17096 manat dəymiş ziyan hesablanması gülüncdür. Fikirləşirəm ki, eskpert avtoqəza nəticəsində sıradan çıxmış avtomobil detallarının qiymətini başqa formada müəyyən edə bilərdi və ekspertizanın keçirilməsində də məqsəd odur. Ekspert rəyində qəza nəticəsində zədələnmiş avtomobilin real bazar dəyəri, real bazar dəyərinə nisbətdə həmin detallar nəzərə alınmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası keçirilməli, ekspert rəyinin verilməsinin başqa eskpertlərə həvalə edilməli, eyni zamanda ekspert tərəfindən rəy verilərkən iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı nəzərə alınmadan sıradan çıxmış avtomobil detallarının qiymətinin düzgün müəyyən edilməlidir. Həmçinin ekspert rəyində malın bazar qiyməti müəyyən olunarkən malın bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlətin və yerli hakimiyyət orqanlarının məlumat bazarlarından və s. məlumatlardan istifadə edilməsi olması göstərilsə də, rəyin nəticəsində iş materiallarında olan qüsur aktı və nəzəri hesablama yolu ilə rəy verildiyini göstərmişdir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 2(025)-721/2021 saylı qətnaməsində yetərincə pozuntular olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən onun avtomobilinə xeyli məbləğdə ziyan vurulmasına baxmayaraq, sonuncu dəymiş ziyanı ödəməkdən və ya onun avtomobilini düzəltdirməkdən yayınır. Cavabdehin bu kimi məsuliyyətsiz hərəkətləri nəticəsində ona xeyli məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Hazırda ona məxsus olan avtomobil günü-gündən korroziyaya uğrayır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işin yenə də təxirə salınmasını xahiş etmişdir. Kollegiya cavabdehin teleqramını üzrsüz hesab edərək Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

23. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

24. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

27. Baxılan işdə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.

28. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

29. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq qüsur aktına və ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə «MAZDA» markalı, **-FV-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 17096 manat məbləğində pul vəsaiti tutmuşdur.

30. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

31. Cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyi” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.

32. Lakin kollegiya işin tam və obyektiv həlli məqəsədilə, eləcə də apellyasiya şikayətinin dəlilləri baxımından kompleks məhkəmə yol-nəqliyyat və əmtəəşünaslıq ekspertizaları təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği yenə də əvvəlki ekspert rəyi ilə eynilik təşkil etməklə, 17096 manat müəyyən edilmişdir.

33. Kollegiya cavabdeh tərəfin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

35. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

36. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

37. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn ekspertiza xərci cavabdehə аid edilməli və məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar