Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-176/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 ASC-yə və Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşı “kredit borcunun silinməsi və pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 ASC-yə və Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşı “kredit borcunun silinməsi və pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)-1622/2022 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC ilə onun arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 401.30 manat borcun silinməsi və ondan əsassız olaraq tutulmuş 33.09 manat pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Əmanətlərin Sığortalanması Fondundan və Şəki rayon İcra və Probasiya Şöbəsindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsi əsasında MPM-in 54-cü maddəsinə əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə əvəz etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh3 ASC arasında 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 36% ödəmək şərti ilə 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. O kredit aldıqdan sonra bir ödəməli olduğu məbləği dolların əvvəlki məzənnəsinə uyğun tam şəkildə banka ödəmişdir. Lakin sonradan ölkədə və dünyada baş vermiş iqtisadi böhranla bağlı Respublikası Mərkəzi Bankının qərarı ilə manatın 33 faiz dəyərdən düşməsi və ABŞ dollarının məzənnəsinin qalxması nəticəsində onun banka borcum qalmışdır. Bundan sonra Cavabdeh3 ASC ona qarşı borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(075)-11760/2016 saylı məhkəmə əmri ilə ondan 281.18 ABŞ dolları əsas, 97.37 ABŞ dolları faiz və 39.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 471.63 ABŞ dolları borcun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınaraq Cavabdeh3 ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(075)-11760/2016 saylı məhkəmə əmri icraya yönəldilmişdir. Bilindiyi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə xarici valyutada olan kreditlər üzrə ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi ödənilmiş artıq məbləğlərin isə kompensasiya yolu ilə qaytarılması nəzərdə tutulmuşdur. Onun da kredit müqaviləm həmin fərmanın təsir dairəsinə düşmüş və ona 391.10 manat kompensasiya hesablanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemindən əldə etdiyi cədvələ əsasən onun Cavabdeh3 ASC-dən aldığı kredit üzrə 01 mart 2019-cu il tarixinə 391.10 manat kompensasiya hesablandığı, həmin kredit müqaviləsi üzrə 86.91 manat borcunun qaldığı qeyd edilmişdir. Lakin 2022-cu ilin iyun ayından yenidən onun pensiyasından tutulma olmuş və o bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirmişdirlər ki, tutulma Şəki rayonu İcra və Probasiya Şöbəsinin qərarına əsasən həyata keçirilib. O bununla bağlı Şəki rayonu İcra və Probasiya Şöbəsinə müraciət etdikdə ona Cavabdeh3 ASC-yə olan kredit borcuna görə tutulma olduğunu bildirmişdirlər. Bununla bağlı X1ynar xəttinə müraciət etdikdə 488.21 manat kredit borcu qaldığını bildirmişdirlər. O onun kredit borcunun Cənab Prezidentin fərmanın təsir dairəsinə düşdüyünü və borcun silindiyini, sadəcə 86.91 manat borcunun qaldığını, lakin onun pensiyasından bu ay 120 manat tutulma olduğunu bildirsə də onlar təkidlə ona 488.21 manat borcu olduğunu demişlər. Buna görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 12 oktyabr 2022-ci il tarixli, e- 2(075)-1622/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış 401.30 manat borcun 314,4 manatı silinsin. Ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-dən alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı illik 36 faiz olmaqla 24 ay müddətinə 1270 manat məbləğində kredit verilmişdir. İddiaçı bir müddət kredit borcunu ödəmiş, sonradan ölkədə olan devalvasiya səbəbindən borcunu ödəyə bilməmişdir. Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-ci il tarixli, 2(075)-11760/2016 saylı məhkəmə əmrinə əsasən İddiaçı 471.63 ABŞ dolları məbləğində kredit borcunun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-yə ödənilməsi əmr edilmişdir. Sonradan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-yə qalıq borcunun məbləği 86.91 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı illik 36 faiz olmaqla 24 ay müddətinə 1270 manat məbləğində kredit verilmişdir. İddiaçı bir müddət kredit borcunu ödəmiş, sonradan ölkədə olan devalvasiya səbəbindən borcunu ödəyə bilməmişdir. Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-ci il tarixli, 2(075)-11760/2016 saylı məhkəmə əmrinə əsasən İddiaçı 471.63 ABŞ dolları məbləğində kredit borcunun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-yə ödənilməsi əmr edilmişdir. Sonradan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-yə qalıq borcunun məbləği 86.91 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı izahatında hesabından tutlan 33.09 manat pulun ona qaytarılmasını bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırkı vaxtda İddiaçı 86,91 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 739-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217 və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuş, borcun məbləği dəyişmiş, iddiaçının xx.xx.2019cu il tarixə LPO Cavabdeh3 ASC-yə olan əsas kredit borcu 478.01 manat, borcun azaldılmasına yönəldilən məbləğ 391.10 manat, qalıq borcunun məbləği isə 86.91 manat müəyyən edilmişdir. Restruktruzasiya təklif olunan kredit borcun məbləği 86.91 manat müəyyən edilsə də, İddiaçı yeni güzəştli kredit müqaviləsi bağlanması və ya qalan kredit borcunun birdəfəlik ödənilməsi təklif edilməmişdir”. Bildiririk ki, Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit öhdəliyi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri mövcuddur. Həmin məhkəmə əmri ilə İddiaçı 281.18 ABŞ Dolları əsas, 97.37 ABŞ Dolları faiz, 39.08 ABŞ Dollar cərimə borcu olmaqla, cəmi 471.63 ABŞ Dolları borcun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə tutulub Cavabdeh3 ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Sözügedən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair “ 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüş, hesablanmış 391.10 manat kompensasiya məbləği iddiaçının əsas kredit borcundan silinmişdir. Hazırda apellyasiya şikayətinə əlavə olunan hesabdan çıxarışdan da görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə İddiaçı tərəfindən heç bir ödəniş edilməmiş, yalnız hesablanmış 391.10 manat məbləğində kompensasiya xx.xx.2019-cu il tarixdə əsas borcundan silinmişdir. Göründüyü kimi 281.18 ABŞ Dolların manata olan məzənnəsi 478.006 AZN edir. Hesablanmış kompensasiya məbləği 391.10 AZN əsas borcdan silindikdən sonra 86.91 manat borc qalmışdır ki, həmin məbləğin restruktruzasiya olunması problemli kreditlərin kompensasiyasına dair arayışdan görünür ki iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı isə əsas kredit borcunun tam olaraq bağlanması üçün sonradan heç bir ödəniş etməmiş, eyni zamanda əsas kredit borcunun restruktruzasiyası üçün Banka müraciət etməmişdir. Onu da qeyd edək ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Lakin bütün bu müddət ərzində cavabdehin Banka müraciəti qeydə alınmamışdır. Məhkəmə isə əsassız olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcu olan şəxslərin faiz və cərimə borcunun silinməsi nəzərdə tutulduğundan cavabdehin də yalnız əsas borcu təmin edilməli, faiz və cərimə borcu silinməlidir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə 52.12 ABŞ Dolları (86.91 AZN) əsas, 97.37 ABŞ Dolları faiz, 39.08 ABŞ Dollar cərimə borcu bugünədək İddiaçı tərəfindən ödənilməmişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e- 2(075)-1622/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə 52.12 ABŞ Dolları (86.91 AZN) əsas, 97.37 ABŞ Dolları faiz, 39.08 ABŞ Dollar cərimə borcu bugünədək İddiaçı tərəfindən ödənilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmşdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)-1622/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh Şəki rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)-1622/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)-1622/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, hazırkı iş üzrə İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuş, borcun məbləği dəyişmiş, onun 01 mart 2019cu il tarixinə ləğv prosesində olan Cavabdeh3 ASC-yə olan əsas kredit borcu 478.01 manat, borcun azaldılmasına yönəldilən məbləğ 391.10 manat, qalıq borcunun məbləği isə 86.91 manat müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanında banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ilə cavabdeh bank arasında bağlanmış kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı kredit borcunun məbləği 86.91 manat müəyyən edilmişdir. Lakin ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən qeyd edilən Fərmanın icrasını təmin etmək məqsədi ilə İddiaçı yeni güzəştli kredit müqaviləsi bağlanması və ya qalan kredit borcunun (86.91 manatın) birdəfəlik ödənilməsi təklif edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında hesabından tutlan 33.09 manat pulun ona qaytarılmasını bildirmişdir. Bu səbəbdən də məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırkı vaxtda İddiaçı 86,91 manat borcu qalmışdır. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilatın şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh3 ASC apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)- 1622/2022 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(075)-1622/2022 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-176/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-176/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver