Məhkəmə qərarları › İş №2(107)-1768/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1768/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1768/2021 26.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı QSC BOKT-nın ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ilk iddia ərizəsinə və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 nömrəli apellyasiya şikayətinin qaytarılması haqqında qərаrdаdındаn İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 185 528 ABŞ dolları, faiz borcu üzrə 211 733,84 ABŞ dolları, cəmi 397 261,84 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 04 fevral 2020-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatında daxil olmuşdur. 19 may 2020-ci il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 04.03.2009-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi elə həmin tarixdə Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə 10 fevral 2021-ci il tarixdə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı QSC BOKT narazı qalmış və onun apellyasiya şikayəti 19 aprel 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-28/2021 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Cavabdeh İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT-nın verdiyi apellyasiya şikayəti qaytarılmışdır. 17 may 2021-ci il tarixdə cavabdeh İddiaçı QSC BOKT-nın Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadından şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin (hakimi Cahid İmanov) 03 iyun 2021-ci il tarixli, 2(075)- 18/2021 nömrəli qərardadı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Cavabdeh İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı QSC BOKT-nın apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməməsi qərara alınmışdır. İddiaçı QSC BOKT-nın nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı QSC Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsas bərc üzrə 185 528 (bir yüz səksən beş min beş vaiz iyirmi səkkiz) ABŞ dolları, faiz borcu üzrə 211 733,84 (iki yüz on bir min yeddi yüz otuz üç ABŞ dolları, 84 sent) ABŞ dolları, cəmi 397 261,84 (üç yüz dexsan yeddi min iki yüz altmış bir ABŞ dolları, 84 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı ərizə verərək "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə iddia tələbinə dair iddia müddətinin ötürülməsi əsası ilə tələbin rədd edilməsini xahiş etmişdir. Şəki rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı QSC-nin iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Şəki rayon Məhkəməsinin 2(075)-18/2021 saylı 21 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı iddia tələbi üzrə apellyasiya şikayətinin 2 ay gecikmə ilə verilməsi əsası ilə geri qaytarılmışdır. Bildirir ki, Şəki rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsi İddiaçı QSC-yə 17 fevral 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq son gün 17 mart 2021-ci il tarixdə təsadüf etdiyindən, Novruz Bayramı ilə əlaqədar olaraq 20-28 mart tarix aralığında ölkə ərazisində qeyri-iş günləri olduğundan qətnamədən şikayəti növbəti iş günü, yəni 29 mart 2021-ci il tarixdə vermişlər. Bildirir ki, apellyasiya şikayəti 29 mart 2021-ci il tarixdə yazılmış və poçta verilmişdir. Lakin poçt apellyasiya şikayətini 09 aprel 2021-ci il tarixdə göndərmişdir. Həmçinin apellyasiya şikayətinin vaxtında verilməsində özlərinin də səhlənkarlığı olmuşdur. Lakin rəhbərliyin göstərişi ilə qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışlar. Şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarını araşdırıb, İddiaçı QSC BOKT-nın ərizəsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki İddiaçı QSC BOKT-nın ərizəsi (vəsatəti) əsaslı deyildir. Belə ki, iş materialından görünür ki, İddiaçı QSC BOKT-nın nümayəndəsi “Mustafayev(a)” 17.02.2021-ci il tarixdə xəbərnamə kötüyünü imzalamaqla məhkəmə qətnaməsini təhvil almışdır. İşdə olan İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətindən və SS695211882AZ kodlu zərfdən görünür ki, apellyasiya şikayəti 29 mart 2021-ci il tarixdə yazılmış və 09 aprel 2021-ci il tarixdə "xxxx" MMC-nə verilmişdir. Şəki Rаyоn Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı QSC BOKT-nın ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi qeyd edilən mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı QSC BOKT tərəfindən 17.02.2021-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədən 17 mart 2021-ci il tarixədək olan müddətdə apellyasiya şikayəti vermək hüququ olduğu halda apellyasiya şikayəti verməmiş, həmin müddətdən 2 aya yaxın müddət keçdikdən sonra, şikayət vermiş və şikayətinə ötürülmüş müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)- 28/2021 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Cavabdeh İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT-nın verdiyi apellyasiya şikayəti qaytarılmışdır. 17 may 2021-ci il tarixdə İddiaçı QSC BOKT-nın Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsindən şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Aqrarkredit» QSC BOKT nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq son gün 17 mart 2021-ci il tarixdə təsadüf etdiyindən, Novruz Bayramı ilə əlaqədar olaraq 20-28 mart tarix aralığında ölkə ərazisində qeyri-iş günləri olduğundan qətnamədən şikayəti növbəti iş günü, yəni 29 mart 2021-ci il tarixdə verdiklərini vurğulasa da, məhkəmə bunu ötürülmüş müddətin bərpası üçün üzürlü hal hesab etmir. Belə ki, iş materialından da göründüyü kimi Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsi İddiaçı QSC BOKT tərəfindən 17.02.2021-ci il tarixdə qəbul edilmiş və iddiaçı həmin qətnamədən 17 mart 2021-ci il tarixədək şikayət verməli olmuşdur. Lakin iddiaçı 17 mart 2021-ci il tarixdən sonraki 18-19 mart 2021-ci il tarixdə də şikayət verməmiş və bayram günlərini çıxmaq şərti ilə13 gün sonra, məhz 09 aprel 2021-ci il tarixdə apellysiya şikayətini məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı QSC BOKT-ı bank sahəsində Respublikada fəaliyyət göstərən böyük hüquqi şəxslərdən biri olmaqla, hazırki fəaliyyət üzrə işləri tənzimləyən hüquq departamentinə və ya hüquq şöbəsinə malikdir. Təbii ki, həmin departamentdə və ya şöbədə artıq uzun illərin təcrübəsinə malik olan hüquqşünaslar vardır və onlar prosessual qanunvericiliyin normlarının tələblərini bilirlər. Belə olduğu halda qətnamədən apellyasiya şikatyəti verilməsi müddəti barədə qanunvericiliyin müddəaları həmin şəxslərin nəzərindən yayına bilməzdi. Buna görə də birinci instansiya məhkəməsi ərizəni (vəsatəti) əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC BOKT Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadından verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı MPM-in 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаd kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar