Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-177/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxslər X7 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tаrixli 2(039)-4/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2 saylı evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(051)-4015/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair Cavabdeh1 etirazı təmin edilmiş və iş başqa birinci instansiya məhkəməsinə verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(107)-1774/2016 saylı qərardadı ilə Cavabdeh1 işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına verdiyi etirazı təmin edilmiş, İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilmişdir.
4. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “ünvan 2 saylı evə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(107)-2295/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)- 2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş; İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 may 1999-cu il tarixdə X12 ilə nikaha girməklə evlənmişdir. Onların birgə evliliklərindən 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adı qızları olmuşdur. Sehrab Tağıyevlə ailə qurduqdan sonra o, Sehrab Tağıyevin qeydiyyatda olmaqla yaşadığı ünvan 2 saylı evə gəlin köçmüşdür. Burada o, qayınanası Xatın Tağıyeva və əri Sehrab Tağıyevlə birlikdə təsərrüfat idarə etməklə yaşamışlar. Onlarla bərabər qeydiyyatda başqa ünvanda olan Sehrab Tağıyevin əvvəlki nikahdan olan oğlu Cavabdeh3 də yaşamışdır. Yaşadıqları ev qayınanası Xatın Tağıyevanın adına 2007-ci ildə sənədləşdirilmişdir. Ancaq torpaq sahəsi qayınanası və ərinin adına olmuşdur. Qayınanası 2008-ci ildə onun və Cavabdeh3 həmin evə qeydiyyata düşməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Ancaq əri Sehrab Tağıyev dövlətdən mənzil və ya torpaq almaq məqsədi ilə onların oraya qeydiyyata düşmələrini münasib görməmişdir. 14 fevral 2015-ci il tarixdə qayınanası, 09 iyul 2015-ci il tarixdə əri Sehrab Tağıyev vəfat etmişlər. 1999-cü ildən bu günki günə qədər o, həmin evdə mübahisəsiz şəkildə yaşayır. Mənzildə kommunal xərcləri ödəyir. Cari təmir xərclərini aparır. Yaşadığı mənzil Xatın Tağıyevanın adına 2007-ci ildə vərəsəlik qaydasında sənədləşdirilmişdir. Övladlarının, yaşayış evindən nənələrindən vərəsəlik qaydasında mülkiyyət payı vardır. Ərinin isə torpaqda mülkiyyət payı vardır.
8. Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(039)-4/2022 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Həmin qətnаmədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2976/2023 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı, maraqlı şəxslər X13 və X11 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, onun mübahisəli evdən istifadəsinə heç kim tərəfindən maneəçilik törədilməsə də, o, həmin evə yaşayış yeri üzrə qeydiyyata düşə bilmədiyi üçün evə istifadə hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əldə etmək istəyir. Üçüncü şəxslər X13 və X11 izahat verərək hazırki iş üzrə iddiaçı olan analarının mübahisəli evdən istifadə etməsinə heç bir etirazlarının olmadığını, özlərinin də anaları ilə birlikdə həmin evə qeydiyyata düşmək istədiklərini bildirdilər.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1, Cavabdeh3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(039)-4/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. İş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2976/2023 nömrəli Qərarındakı göstərişlərini icra edərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiasına iş üzrə mübahisə olmadığından məhkəmədə baxıla bilməz.
16. İşdə olan sənədlərə və tərəflərin məhkəmələrə bildirdikləri məlumatlara əsasən məlum olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X5 məxsus olmuşdur. X3 Sehrab Qaflan oğlu ilə hazırkı iş üzrə iddiaçı 8 may 1999-cu il tarixdə nikaha girərək ailə qurmuşlar. Onların bu nikahından Türkan və Fidan adlı iki uşaqları doğulmuşdur. 08 iyun 2008-ci il tarixdə Xatın Tağıyeva gəlini olan hazırkı iş üzrə iddiaçının və nəvəsi Cavabdeh3 öz mülkiyyətində olan mübahisəli evə qeydiyyata alınması barədə razılıq ərizəsi vermişdir. Mübahisəli evin əvvəlki mülkiyyətçisi Xatın Tağıyeva 14 fevral 2015-ci il tarixdə, hazırkı iş üzrə iddiaçının əri Sehrab Tağıyev isə 09 iyul 2015-ci il tarixdə ölmüşlər.
17. Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsi ilə Xatın Tağıyeva və Sehrab Tağıyevdən miras qalmış, ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X7; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 payları müəyyən edilməsi qət edilmişdir.
18. 13 mart 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə hazırki iş üzrə iddiaçı Tağıyeva X6 Regional Asan Xidmət mərkəzində notariat ofisində verilmiş 13 mart 2022-ci il tarixli, 2V-298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları X9 və X8 bağışlamışdır. Hazırki iş üzrə iddiaçı 1999-cu ildən, maraqlı şəxslər isə anadan olduqları vaxtdan halhazıradək mübahisəsiz olaraq ünvan 2 ünvanında yerləşən evdən istifadə etməkdə orada yaşasalar da, yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadırlar. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********70-10301 reyestr nömrəli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin üzərində hazırki iş üzrə İddiaçı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022), 11/80 hissəsinin üzərində X7 (iddiaçının qızı), 11/80 hissəsinin üzərində X4 (iddiaçının qızı), 50/80 hissəsinin üzərində X10 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) mülkiyyət hüququ; ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 3/40 hissəsinin üzərində X7 (iddiaçının qızı), 3/40 hissəsinin üzərində X4 (iddiaçının qızı), 34/40 hissəsinin üzərində isə hazırki iş üzrə Cavabdeh1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinin tələbinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Göründüyü kimi, qanunvericiliyə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti olduğuna, iddiaçı ünvan 2 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin mülkiyyətçisi olduğuna və torpaq sahəsindən paylar naturada ayrılmadığına görə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində də iddiaçının istifadə hüququ vardır.
20. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 saylı qərardadı ilə hazırki mülki işin icraatına xitam verilərkən məhkəmə hesab etmişdi ki, Yevlax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli qənaməsi ilə Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. İddiaçı Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evə məhkəmə qətnaməsi ilə, özündə evdən istifadə hüququnu da əks etdirən mülkiyyət hüququ üzrə payı müəyyən edildiyindən, yenidən istifadə hüququnun müəyyən edilməsinə zərurət aradan qalxmışdır. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(107)-2295/2021 saylı qərardadı ilə həmin qərardad ləğv edilərkən göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Hazırki iş üzrə iddia isə ünvan 2 saylı evə istifadə hüququnun müəyyən olunması barədədir. Yəni, sözü gedən fərdi yaşayış evinin yerdə qalan hissəsi ilə bağlı məsələ açıq qalır.
21. Hazırki vəziyyətdə isə iş materialları ilə müəyyən olunur ki, mübahisəli ev X5 məxsus olmuşdur. Bu barədə iş materiallarının İ cildinin 13-19-cu vərəqlərində yer alan 342 nömrəli Texniki Pasport mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi həmin vaxt daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən X2 ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. X3 Sehrab Qaflan oğlu ilə hazırkı iş üzrə iddiaçı 08 may 1999-cu il tarixdə nikaha girərək ailə qurmuşlar. Həmin vaxtdan etibarən İddiaçı mübahisəli evə köçərək orada yaşamışdır. 08 iyun 2008-ci il tarixdə Xatın Tağıyeva gəlini olan hazırkı iş üzrə iddiaçının və nəvəsi Cavabdeh3 öz mülkiyyətində olan mübahisəli evə qeydiyyata alınması barədə razılıq ərizəsi vermişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, hazırki iş üzrə mübahisənin hüquqi əsasını xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri təşkil edir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Hazırki halda, İddiaçı mübahisələndirilən torpaq sahəsinin və onun üzərində olan evin ilkin sahibi olmuş və həmin əmlaka gözlənilən mülkiyyət hüququ olan, iddiaçının qayınanası X2 razılığı ilə 1999-cu ildə həmin evə köçmüşdür. İddiaçı ilkin mülkiyyətçi X2 razılığı ilə sonuncunun mülkiyyətində (gözlənilən) olan evdə 1999-cu ildən hal-hazıradək yaşaması işin mübahisəsiz hallarındandır. Tərəflər arasında yaranmış hüquq münasibətləri 1999-ci ildən başlandığından hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, İddiaçı mübahisəli evə və torpaq sahəsinə iddiaçı həmin əmlakları vərəsəlik qaydasında əldə etməzdən öncə ailə üzvü kimi köçürülmüş, həmin torpaq sahəsi və evdən istifadə hüququ əldə etmiş və iddiaçının mərhum qayınanasının istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır və o hüquq məhdudlaşdırıla bilməz. Mübahisəli evin əvvəlki mülkiyyətçisi Xatın Tağıyeva 14 fevral 2015-ci ildə öldükdən sonra mübahisəli ev vərəsəlik qaydasında digər şəxslərlə birgə onun oğlu, hazırkı iş üzrə iddiaçının əri Sehrab Tağıyevə, sonuncu 09 iyul 2015-ci il tarixdə öldükdən sonra isə digər şəxslərlə birgə sonuncunun arvadı hazırkı iş üzrə iddiaçıya keçmiş, 13 mart 2022-ci ildə isə iddiaçı evdə olan öz payını qızları hazırki iş üzrə məhkəmə kollegiyası tərəfindən üçüncü şəxslər qismində cəlb edilmiş X9 və X8 bağışlamışdır. 01 sentyabr 2000-ci ildən sonra, yəni hazırki halda 2015-ci, həm də 2022-ci ildə qüvvədə olan Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi, mülkiyyətçinin dəyişməsi hazırki halda istifadəçinin hüquqlarını aradan qaldırmır.
22. Kollegiya o cümlədən qeyd edir ki, iddiaçının mərhum əri 09 iyul 2015-ci il tarixdə öldükdən sonra mübahisəli evdə İddiaçı yaşayır. İş materiallarında olan 29 avqust 2016-cı il tarixli aktdan məlum olur ki, ünvan 1 evdə Cavabdeh3 (1988-ci il təvəllüdlü) qeydiyyatdadır və daimi yaşayır. İddiaçı (1966-cı il təvəllüdlü) 1999-cu ilin aprel ayından övladları X11 (2006-cı il təvəllüdlü), X13 (2005-ci il təvəllüdlü) ilə, İddiaçı Çingiz qızı 1989-cu il təvəllüdlü) 2012-ci ilin iyun ayının 30-dan qonşuların deməsinə görə qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Mingəçevir şəhər MKT İslahat Birliyinin 24 fevral 2022-ci il tarixli 214 saylı arayışından məlum olur ki, Tağıyeva X6 şəhəri, Ərəş küçəsi 44 saylı evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: X11 (2006-cı il təvəllüdlü) və X13 (2005-ci il təvəllüdlü). İş materiallarında olan Mingəçevir şəhər MKT İslahat Birliyinin 02 mart 2022-ci il tarixli 249 saylı arayışından məlum olur ki, Tağıyeva X6 şəhəri, Ərəş küçəsi 44 saylı evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: Cavabdeh3 (1988-ci il təvəllüdlü), X11 (2006-cı il təvəllüdlü) və X13 (2005-ci il təvəllüdlü). Məhkəmə kollegiyasının iclaslarında o cümlədən müəyyən olunmuşdur ki, iddiaçının həmin evdə yaşamasına və evdən istifadə etməsinə hər hansı maneə və ya narazılıq mövcud deyildir. İdidaçının mübahisəli evdən çıxarılması ilə bağlı nə məhkəmə qaydasında iddia tələbi, nə də hazırki iş üzrə etiraz dəlilləri aşkar edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisəli ünvan 1 evdə istifadə hüququ 1999-cu ildən yaranmaqla bu günə qədər davam edir və həmin hüququn reallaşmasına heç bir maneə olmamaqla, iddiaçının həmin hüququnun pozulması halı aşkar edilmir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə bu mübahisələrin heç birinə aid deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin mənasından görünür ki, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə iki halda işin icraatına xitam verilə bilər - iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
23. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həm apellyasiya şiakyətində, həm də məhkəmə iclaslarında iddiasını müdafiə edərkən əsas dəlili həmin evdə qeydiyyata düşmək istədiyi barədə olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alınmanın əsasları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunla müəyyən edilir. Həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki iş üzrə məhkəməyə iddia ərizəsi qeydiyyata alınma ilə bağlı deyil, istifadə hüququnun tanınması ilə bağlı verilmişdir. Qeydiyyata alınmanın əsaslarından biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəddir ki, hazırki halda iddiaçının mübahisəli evə köçmüş olması və orada yaşaması mübahisəsizdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tаrixli 2(039)-4/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı ünvan 1 evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tаrixli 2(039)-4/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı ünvan 1 evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata - İddiaçı ünvan 1 evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüququ olduğundan və həmin hüquqla bağlı mübahisə olmadığından - xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.