Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1774/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan, pul tələbi, etibarsız əqd, şahid ifadələri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcmini azaldaraq Cavabdeh 5000 (beş min) manatın alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2019-cu ildə notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında Cavabdeh 5000 (beş min) manata VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobil almışdır. Həmin etibarnamə 1 il müddətinə verilmişdir. 2020-ci ilin dekabr ayında etibarnamənin müddətini daha 1 il müddətinə uzatmışlar. 2021-ci ilin aprel ayında Bakı-Bərdə yolunda DYP-nin əməkdaşları onun avtomobilini saxlatdırmışlar. Orada məlum olmuşdur ki, Cavabdeh ona verdiyi etibarnaməni 01 mart 2021-ci ildən ləğv etdirmişdir. Belə olan halda Cavabdeh zəng edib etibarnaməni ləğv etdirməsinin səbəbini soruşmuşdur. Cavabdeh cavabında bildirmişdir ki, maşın onun adında qaldığı üçün sosial müavinət ala bilmir. Ona görə də 100 manat gətirməsini və Azərbaycan Respublikası DİN-nin BDYPİ-ni Şəki RQİİ-də avtomobili onun adına keçirməsini təklif etmişdir. O da ona inanıb, 15 aprel 2021-ci il tarixdə pul da götürüb, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki RQİİ-yə getmişdir. Cavabdeh anası və qonşusu ilə birlikdə ora gəlmişdir. Orada ona demişlər ki, «Asan Xidmətdən” etibarnamə alınmalıdır. Yolda onları yol polisinin əməkdaşları saxlamış və maşını Şəki Rayon Polis Şöbəsinə aparmışlar. Orada etibarnamə almaq üçün ərizə yazmaq lazım gəldiyini və əvvəlcə 50 manat ödəməli olduğunu bildirmişlər. O, 50 manatı Ramilgilə vermişdir. Bir azdan onlar yoxa çıxmışdır. Maşın polisin cərimə meydançasında qalmışdır. Adını bilmədiyi, ancaq telefon nömrəsi ***-***-**-** olan Nuran adlı yol polis işçisi ona demişdir ki, araşdırma aparılır. Səhərisi gün o, DİN-nin 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. Həmin günün səhərisi ona ***-***-**-** nömrəli telefondan zəng gəlmişdir. Özünü Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi kimi təqdim edən Aqşin adlı şəxs ona Balakən Rayon Polis Şöbəsinə getməsini xahiş etmişdir. O, ertəsi gün Balakən RPŞ-yə getmiş və orada olduğu kimi izahat vermişdir. Ondan başqa Cavabdeh qonşusu Xammətin də izahatını almışlar. Xammət izahatında Cavabdeh 2019-cu ilin noyabr ayında ona 5050 manata VAZ 21074 markalı avtomobil satdığını və həmin vaxt özünün də orada olduğunu bildirmişdir. Balakən RPŞ-də aparılan araşdırmadan sonra məsələnin mülki xarakterli olduğunu bildirərək, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, Cavabdeh 5000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat pul alınaraq, İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 11 noyabr 2019-cu ildə notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında Cavabdeh 5000 (beş min) manata VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobil əldə etmiş və həmin 5000 manat pul İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Həmin etibarnamə 1 il müddətinə verilmişdir. Tərəflər 2020-ci ilin dekabr ayında etibarnamənin müddətini daha 1 il müddətinə uzatmışlar. Cavabdeh İddiaçı verdiyi etibarnaməni 01 mart 2021-ci ildən ləğv etdirmişdir. Lakin Cavabdeh tərəfindən VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobilin alqı-satqısı adı ilə İddiaçı aldığı 5000 manat pul İddiaçı qaytarılmamışdır. Bununla da Cavabdeh İddiaçı hesabına 5000 manat məbləğində əsassız varlanmış və həmin məbləğdə iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində yerləşən maşın bazarında alvar edir. 10 noyabr 2019-cu il tarixdə onun yanında İddiaçı ilə Cavabdeh arasında Ramilə məxsus VAZ 21704 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı 5000 manata satılması ilə bağlı razılaşma olmuşdur. Bununla əlaqədar İddiaçı onun yanında 200 manatı beh kimi Cavabdeh vermişdir. Cavabdeh vəsiqəsi üstündə olmadığı üçün səhəri gün 11 noyabr 2019-cu il tarixdə razılaşma əsasında İddiaçı qalan 4800 manatı Cavabdeh notariusda vermişdir. Ruslan həmin 4800 manatı notariusda Ramilə verən vaxt o, təsadüfən başqa avtomaşını sənədləşdirmək üçün notariusda olmuş və bu 4800 manatın Ruslan tərəfindən Cavabdeh verilməsinin şahidi olmuşdur. Ümumilikdə İddiaçı tərəfindən VAZ 21704 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşının alınmasına görə Cavabdeh 5000 manat pul verilmişdir. Sonradan Cavabdeh tərəfindən İddiaçı verilən etibarnamə ləğv edilmişdir. Avtomaşını Cavabdeh geri götürmüş, hakin həmin 5000 manat pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İddiaçı onun oğludur. Oğlu İddiaçı 11 noyabr 2019-cu ildə notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında Cavabdeh 5000 (beş min) manata VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobil almışdır. Həmin etibarnamə 1 il müddətinə verilmişdir. 2020-ci ilin dekabr ayında etibarnamənin müddətini daha 1 il müddətinə uzatmışlar. Cavabdeh iddiaçıya verdiyi etibarnaməni 01 mart 2021-ci ildən ləğv etdirmişdir. İddiaçı avtomaşının alınmasına görə əvvəl 200 manatı beh kimi, növbəti gün isə qalan 4800 manatı, ümumilikdə 5000 manatı Cavabdeh vermişdir. Etibarnamə ləğv edildikdən sonra avtomaşın Cavabdeh qaytarılmışdır. Həmin 5000 manat pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş işdəki sübutlardan görünür ki, Cavabdeh ilə İddiaçı arasında VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobillə bağlı alqı-satqı şərtlərini özündə əks etdirən razılaşma olmuş, həmin razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeh həmin avtomaşının əldə edilməsi ilə əlaqədar 5000 manat pul ödənilmiş, lakin tərəflər həmin avtomaşının alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq olunmuş müqavilə bağlamamış, yəni rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısı üçün qanunda nəzərdə tutulmuş müqavilənin forma tələblərinə riayət etməmiş, Cavabdeh tərəfindən avtomaşının İddiaçı sahiblik və istifadəsinə veriliməsi ilə bağlı etibarnamə verilmiş, həmin etibarnamənin müddəti uzadılmış, sonradan isə bu etibarnamə ləğv edilmişdir. Faktiki olaraq iddiaçı ilə cavabdeh arasında avtomaşının alqısatqısı üçün qanunda nəzərdə tutulmuş forma tələblərinə riayət edilməyən etibarsız əqd bağlanmışdır. Qanunun tələbinə görə (Mülki Məcəllənin 337.5-ci madəsi) əqd etibarsız olduğu hazırki halda ikitərəfli restitusiya qaydaları tətdbiq edilməli, yəni tərəflər aldıqlarını geri qaytarmalıdırlar. Lakin işdəki sübutlardan görünür ki, Cavabdeh etibarsız əqd nəticəsində İddiaçı verdiyi VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili ondan geri almış, lakin İddiaçı aldığı 5000 manat pulu isə ona qaytarılmamışdır. Bununla da Cavabdeh İddiaçı hesabına 5000 manat məbləğində əsassız varlanmış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də hazırki işdə əsassız varlanma üzrə yaranan öhdəliklə bağlı münasibətləri təsbit edən qanun normaları tətbiq olunmaqla Cavabdeh heç bir müqavilə əsası və qanuni əsas olmadan İddiaçı hesabına əsassız varlandığı və bununla da ziyan vurduğu 5000 manat pul Cavabdeh alınaraq, İddiaçı verilməli və bununla da İddiaçı pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq, İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci 139.2-ci, 329.1-ci, 385.1-ci, 386.1-ci, 443.1-ci, 567-ci, 1091.1-ci, 1092.1-ci, 1092.2-ci, 1097-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci, 46-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ailə vəziyyəti ilə bağlı istifadəsində olan VAZ 2107 markalı ** MX *** dövlət qeydiyyatlı avtomobilimi Bərdə avtomobil bazarına satmaq məqsədilə aparmışdır, iddiaçı qaçqın olduğunu onu narazı salmayacağını, maşın xoşuna gəldiyini bildirmişdir. İddiaçıya maşını 5000 (beş) min manata satmağı razılaşmış, sonradan iddiaçının hissəhissə ödənilməsi şərti ilə 6000 (altı) min manata satmağı razılaşdıqlarını, onunla birlikdə X4 xidmət mərkəzində Notariat Ofisinə gələrək İddiaçı etibarnamə verdiyini bildirmişdir. Bundan sonra iddiaçı söz verdiyi kimi aylıq ödənişlər etmədiyi üçün iki ay keçəndən sonra ona zəng edərək pulunu tələb etmək istədiyində sonuncu onun telefonunu açmamış, ona ardıcıllıqla bir neçə günlər zəng etməsinə baxmayaraq telefona verməmişdir. Sonradan başqa nömrədən zəng edərək sonuncu telefonu açaraq pulunun olmadığını, olanda göndərəcəyini bildirdiyini göstərmişdir. İddiaçı onu bu üsulla aldadaraq əmlakını aparmış və geridə qalan pulunu da qaytarmaq istəmədiyindən verdiyi etibarnaməni 15.03.2021-ci il tarixində ASAN xidmət mərkəzində ləğv etdirmişdir. İddiaçı öz iddiasında guya onun 100 manata ehtiyacı bildirmişdir. Ondan pul istəməyini, guya adında maşın olduğundan sosial müavinat ala bilmədiyi kimi əsas gətirmişdir. Belə olduğu halda nə üçün avtomobili öz adına rəsmiləşdirməmişdir hansı ki, iddiaçıya etibarnamədə bütün səlahiyyətləri vermişdir. Balakən Rayon Məhkəməsi iş üzrə qətnamə çıxararkən, bir sıra qanun pozuntusuna yol verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən şahidlərin ifadələrinə əsaslanmışdır. Şahidlərdən biri iddiaçının atası digəri isə alqı-satqı əməliyyatında aidiyyatı olmayan təsadüfü bir şəxs olmasını məhkəmə nəzərə almamışdır. Məhkəməsi prosesual hüquq normalarını kobudcasına pozmaqla sadəcə iddiaçının gətirdiyi şahidləri dindirməklə onların formal ifadələri əsasında qərar qəbul etmişdir. Məhkəmə tərəfindən cavabdehin iştirakı təmin edilmədiyindən cavabdehin iş üzrə sübut etmək imkanı olmamışdır. Belə ki, məhkəmə tərəfindən iş bir tərəfli apanlaraq heç bir araşdırılma aparılmadan qərar qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyatlı avtomobillə bağlı alqı-satqı şərtlərini özündə əks etdirən razılaşma olmuş, həmin razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeh həmin avtomaşının əldə edilməsi ilə əlaqədar 5000 manat pul ödənilmiş, lakin tərəflər həmin avtomaşının alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq olunmuş müqavilə bağlamamış, yəni rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısı üçün qanunda nəzərdə tutulmuş müqavilənin forma tələblərinə riayət etməmiş, Cavabdeh tərəfindən avtomaşının İddiaçı sahiblik və istifadəsinə veriliməsi ilə bağlı etibarnamə verilmiş, həmin etibarnamənin müddəti uzadılmış, sonradan isə bu etibarnamə ləğv edilmişdir. Faktiki olaraq iddiaçı ilə cavabdeh arasında avtomaşının alqı-satqısı üçün qanunda nəzərdə tutulmuş forma tələblərinə riayət edilməyən etibarsız əqd bağlanmışdır. Cavabdeh etibarsız əqd nəticəsində İddiaçı verdiyi VAZ 21074 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili ondan geri almış, lakin İddiaçı aldığı 5000 manat pulu isə ona qaytarılmamışdır. Bununla da Cavabdeh İddiaçı hesabına 5000 manat məbləğində əsassız varlanmış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, tərəflər avtomobilin alqı-satqısını mübahisələndirməmişlər. Apellyatorun şikayəti ondan ibarətdir ki, iddiaçı tərəf razılaşdıqları məbləğdə pulu iddiaçıdan ala bilməmişdir. Kollegiya isə bununla razılaşmır. Məhkəmə kollegiyasının sorğusu əsasında Balakən Rayon Polis Şöbəsinin 01.11.2021-ci il tarixli məktubu ilə baxılan iş üzrə toplanmış mateialları nəzərdən keçirərək müəyyən etmişdir ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı, X3 və Cavabdeh izahatları alınmışdır. İddiaçı izahatında şikayət ərizəsində göstərdiyi xususatları bir daha təsdiq edərək, 01.11.2019-cu ildə etibarnamə əsasında Balakən rayon Kortala kənd sakini Cavabdeh VAZ 2107 markalı ** MX *** dövlət qeydiyyat nişanlı maşını 5000 AZN nəğd pul verərək aldığını lakin 1 il sonra etibarnamə müddəti bitdiyi üçün Balakən rayon ASAN xidmət Mərkəzindən yenidən etibarnamə alıb getdikdə cərimənin olub-olmadığını öyrənmək üçün YPX əməkdaşlarına yaxınlaşdığını, bu zaman YPX əməkdaşlarının ona etibarnamənin ləğv olunduğunu bildirdiyi üçün Cavabdeh zəng edib niye bele etdiyini soruşduqda onu narahat etməməsini deyərək telefonu söndürdüyünü, qonşusu X1 zəng edərək məlumat verdiyini, sonradan Xammədlə danışaraq 100 manat pul götürərək Şəki regional qeydiyyat və imtahan şöbəsinə gəlməsini getdikdə isə Ramil YPX əməkdaşları ilə ona yaxınlaşaraq Şəki RPŞ-yə getmələrini təklif edib orada Ramilə 50 manat pul verdiyini RPŞ-dən çıxdıqda isə avtomobilin dayanacaqda olmadığını Ramilin maşını sürüb getdiyini və maşının ona qaytarılmasına köməklik istediyini bildirmişdir. İzahatı alınmış X3 2019-cu ildə avtomobilini Bərdə bazarına aparıb satmaq isteyən Ramilin sürücülük vəsiqəsi olmadığı üçün avtomobili onun idarə etməyini istəyərək Bərdə bazarına getdiklərini, bunun qarşılığında ona 20 AZN pul verdiyini və avtomobili İddiaçı 5000 AZN nəğd pula satib etibarnamə ilə tehvil verib, 12.04.2021-ci il tarixdə Ruslanın ona zəng edərək Ramilin etibarnaməni ləğv elədiyini bununla bağlı ona köməklik etməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh izahatında 2019-cu ildə VAZ-2107 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilini Bərdə bazarında satmaq üçün apardığını, əvvəllər tanıdığı Ruslan adlı şəxsə 6000 AZN pula razılaşıb ilkin 200 AZN pul verdiyini qalan hissəsini 1 il müddətində ödəmək istedikdə onunla razılaşdığını və ASAN xidmət Mərkəzində 1 illik etibarnamə ilə avtomobilini ona verdiyini həmin vaxt müddətində Ruslanın ona 1200 AZN ödədiyini, qalan pulu ödəmədiyi üçün DİN-nin “102” xidməti zəng-mərkəzinə müraciəti əsasında Şəki rayonunda YPX əməkdaşlarının avtomobili ona təhvil verdiklərini, Ruslanın ona qalan borcunu ödəmədiyini bildirmişdir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində yerləşən maşın bazarında alvar edir. 10 noyabr 2019-cu il tarixdə onun yanında İddiaçı ilə Cavabdeh arasında Ramilə məxsus VAZ 21704 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı 5000 manata satılması ilə bağlı razılaşma olmuşdur. Bununla əlaqədar İddiaçı onun yanında 200 manatı beh kimi Cavabdeh vermişdir. Cavabdeh vəsiqəsi üstündə olmadığı üçün səhəri gün 11 noyabr 2019-cu il tarixdə razılaşma əsasında İddiaçı qalan 4800 manatı Cavabdeh notariusda vermişdir. Ruslan həmin 4800 manatı notariusda Ramilə verən vaxt o, təsadüfən başqa avtomaşını sənədləşdirmək üçün notariusda olmuş və bu 4800 manatın Ruslan tərəfindən Cavabdeh verilməsinin şahidi olmuşdur. Göründüyü kimi iddiaçı tərəfin cavabdehə aldığı avtomobilin əvəzində 5000 manat pul verməsi tam sübut olunur. Daha sonra kollegiya qeyd edir ki, apelyasiya məhkəməsinin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi kollegiya tərəfindən ona ünvanlanmış sullara cavab verməkdən imtina etmiş, eyni zamanda məhkəmə iclas zalını tərk edərək suallara cavab verməmişdir. Bundan başqa şikayətdən də görünür ki, cavabdeh tərəf idddiaçıdan müxtəlif vaxtlarda pul aldığını etiraf etmiş, lakin nə qədər pul aldığını qeyd etməmişdir. Cavabdehin nümayəndəsi isə təmsil etdiyi şəxsin iddiaçıdan nə qədər pul alması barədə sualı cavablandırmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya hesab edir ki, hazırki işdə əsassız varlanma üzrə yaranan öhdəliklə bağlı münasibətləri təsbit edən qanun normaları tətbiq olunmaqla Cavabdeh heç bir müqavilə əsası və qanuni əsas olmadan İddiaçı hesabına əsassız varlandığı və bununla da ziyan vurduğu 5000 manat pul Cavabdeh alınaraq, İddiaçı verilməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyi barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qnunvericilik hazırkı qətnamədən kassasiya şikayətinin verilməsini nəzərdə tutmadığından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tаrixli, 2(019)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1774/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1774/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver