Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-178/2022 05.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(075)-1180/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1088,40 (bir min səksən səkkiz manat, 40 qəpik) manat əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx) manat xidmət haqqının, ümumilikdə 1118,80 (bir min yüz on səkkiz manat, 80 qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə 04 oktyabt 2021-ci il tarixdə məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 322.90 manat və təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən 244.80 manat, cəmi 567,70 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə 598.10 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 04 oktyabr 2021-ci il tarixli, 2(075)- 1180/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 322,90 manat borc (pul) tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, 20 manat və 0,40 manat xidmət haqqının isə İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Zaqatala X3 İdarəsinin ünvan 1 ünvanında yaşayır. O, hal-hazırda “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabına yaranmış borc tam şəkildə ödənilməmişdir.Cavabdeh **********20000 saylı qaz hesabında ödənilməmiş 1088,40 manat borc vardır, həmin borcun 354 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 734, 40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddiaçı Zaqatala RQİİ-nin nümayəndələrinin apardıqları xidməti yoxlama zamanı 18.01.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar edilmişdir. Faktla bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.01.2021-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı olan “akt əsasında hesablanmış qaz sərfiyyatının silinməsi” tələbinə dair 2(075)- 1237/2021 saylı mülki işə baxılaraq qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək hazırkı 2(075)-1180/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Yenə Məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatın təzələnməsi zərurəti yarandığından işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası 04 oktyabr 2021-ci il tarixə saat 09:00-a təyin olunmuşdur. Hazırda cavabdehin qaz hesabında qeydə alınan borc məbləği 567,70 manat təşkil edir. Həmin məbləğin 322,90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 244.80 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli e-2(075)-1180/2021 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbi və ona əlavə edilmiş sənədlərə düzgün hüquqi qiymət verməyərək, başqa sözlə iddia tələbinin dəymiş ziyana aid hissədə tələbi etməməklə səhv nəticəyə gəlmiş və hazırda apellyasiya şikayəti həmin hissədə mübahisəni əhatə edir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, iddiaçı "Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə 26.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərkən Cavabdeh tələb etdiyi 1088.40 manat borcun 354 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 734.40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh 2(075)-1237/2021 saylı mülk işdə 1088,40 manat borcun silinməsini tələb etsə də faktiki olaraq akt əsasında hesablanmış 734.40 manat qaz sərfıyyatına görə borcu mübahisələndirmişdir. Şəki Rayon Məhkəməsi də Cavabdeh qeyri-qanuni sayğacdan kənar qazdan istifadə faktını təsdiq etsə də onun iddiasının 90 günlük hesabat müddətinə aid hissədə qismən əsaslı hesab etmiş və 90 günlük hesabat müddətini azaldaraq 30 günlük hesabat apararaq 244.80 manat hissəni saxlamış, 60 günlük hesabata əsasən 489.90 manatı silmişdir. Qətnamədən Cavabdeh tərəfindən şikayət verilmədiyindən qanuni qüvvəsini almış, həmin qətnamədə onun qanunsuz qazdan istifadə etməsi faktı öz təsdiqini tapmışdır, əks halda akt əsasında hesablanmış bütün borcu silmiş olardı. Sözügedən qətnamə əsasında e-2(075)-1180/2021 saylı mülki iş üzrə iddia tələbi dəymiş ziyana aid hissədə azaldılmışdır. Beləliklə birinci instansiya məhkəməsi Şəki Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(075)-1237/2021 saylı qətnaməsini nəzərə almadan e-2(075)-1180/2021 saylı mülki iş üzrə dəymiş ziyana aid hissədə iddia tələbini təmin etməməklə sonda düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli e-2(075)-1180/2021 saylı qətnaməsinin qismən- iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və İddiaçı Cavabdeh qızma qarşı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(075)- 1180/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 yanvar 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qoşulma olmaqla, xəttin 1 ədəd kombi cihazına qoşulması aşkar edilmişdir. 21.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh yaşadığı Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən evdə 21 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-3-nün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, 24 kv kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 7344 m3 müəyyən edilərək onun dəyəri olan 734,4 manat məbləğdə ziyan (7344 m3 x 0.20 man = 734,4 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(075)-1237/2021 saylı qətnaməsindən görünür ki, "Azəriqaz” İB-nin Cavabdeh barəsində tərtib etdiyi 21 yanavr 202-ci il tarixdə təsdiq edilmiş, ******* nömrəli akt əsasında hesablanmış 734,40 manatın 489,60 manatının Cavabdeh hesabından silinməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Əvvəla ona görə ki, iddiaçı cavabdehə akt əsasında hesablanmış 244.80 manat məbləğdə ziyanlıq məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, işdə olan iddiaçı tərəfindən tərtib olunan 21 yanvar 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin aktın tərtibi zamanı Cavabdeh və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də məhkəmə tərtib olunmuş akta şübhə ilə yanaşır. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(075)-1180/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(075)-1180/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-178/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-178/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver