Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1786/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh vəkili X4 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın çıxarılması» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «evə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ilk iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından əmlakları – 1 ədəd sandıq, 1 ədəd soyuducu, 3 ədəd xalı, 2 ədəd mütəkkə, 1 ədəd paltaryuyan maşın, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 dəst çaynı servis, 1 dəst obedni servis, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur və 8 m pərdə ilə birlikdə çıxarılması, ilk iddianın İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanından Cavabdeh əmlakı olan qab-qacağın (karobkada olduğundan sayını bilmir) çıxarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qərardadının nəzərə alınması, Cavabdeh İddiaçı qarşı «onun övladları xx xxxx 2007-ci il təvəllüdlü X8, xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxx 2014-cü il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yaşayan Cavabdeh əmlakları: 1 ədəd sandıq, 1 ədəd soyuducu, 3 ədəd xalı, 2 ədəd mütəkkə, 1 ədəd paltaryuyan maşın, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 dəst çaynı servis, 1 dəst obedni servis, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur, 8 m pərdə, qab-qacaq (karobkada olduğundan sayını bilmir) ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, onun övladları xx xxxx 2007-ci il təvəllüdlü X8, xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxx 2014-cü il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş **********971-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh oğlu X1 həyat yoldaşıdır. Onlar arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh onunla kobud rəftar etdmiş, hətta nəvələrini ona qarşı qaldırmışdır. Cavabdeh sözügedən mənzildə heç pasport qeydiyyatında belə deyil. Buna baxmayaraq mənzildən qanunsuz olaraq istifadə edir və hətta onu mənzili yarıya böldürəcəyi ilə hədələyir. Cavabdeh onun sabiq gəlini olmaqla ailə üzvü deyildir. Odur ki, onun sonuncunu saxlamaq vəzifəsi yoxdur. Cavabdehə məxsus bir neçə cehiz əşyaları da ona məxsus evdə qalmaqdadır. Belə ki, bununla bağlı cavabdehə dəfələrlə müraciət edərək əşyalarını aparmasını təklif etsə də, sonuncu bundan imtina etmişdir. Həmin əşyalar aşağıdakılardır: 1 ədəd sandıq, 1 ədəd soyuducu, 3 ədəd xalı, 2 ədəd mütəkkə, 1 ədəd paltaryuyan maşın, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 dəst çaynı servis, 1 dəst obedni servis, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur, 8 m pərdə, qab-qacaq (karobkada olduğundan sayını bilmir). Bütün bunlar bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili X14 iddianı müdafiə etdiklərini bildirmişlər. Məhkəmədən ilk iddianın təmin, əsassız olduğundan qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə X3 ilə Şəki şəhər İHB-nin Baş Layısqı kəndi İƏD üzrə Nümayəndəliyində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2007-ci il tarixdə X8, xx xxxxxx 2011-ci il tarixdə X6 və xx xxx 2014- cü il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. X3 ilə bir müddət səmimi ailə münasibətlərində yaşamış, nikahları Şəki Rayon Məhkəməsinin 2(075)-122/2020 saylı, xx xxx 2020-ci il qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan anadan olmuş uşaqlardan ikisi xəstədir. Daima qulluğa ehtiyacları var. Özü heç yerdə işləmir və başqa qazanc yeri yoxdur. Bundan başqa yaşamaq üçün digər evi də yoxdur. 2009-cu ildə mübahisəli evə gəlin köçmüş, birgə təsərrüfat aparmışdır. Uşaqları həmin evə doğulmuş, hal-hazıra kimi üç uşağı ilə birlikdə həmin evdə yaşayır. İddiaçı onun həmin evdə yaşamasına maneə yaradır və evdən çıxmasını tələb edir. Bu səbəbdən də hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh və vəkili X7 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh və vəkili X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh yaşayış evinə gəlin düşdüyü zaman notarial müqavilə bağlamaq imkanı olmamışdır. Belə ki, gəlin düşdüyü evin mülkiyyətçisi qaynatası Beydullah Feyzullayev olmuşdur. Həmin şəxs 2007-cü ildə dünyasını dəyişmişdir. Mülkiyyətçi rəhmətə getdiyi tarixə kimi, onun gəlini Cavabdeh təxminən 1 ilə yaxın həmin evdə yaşamışdır. Həmin vaxt o yetkinlik yaşına çatmadığı üçün müqavilə bağlaya bilməzdi. Mülkiyyətçinin ölümündən sonra ondan qalmış mirası faktiki olaraq (əmlakı idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə) onun oğlu Vüqar Feyzullayev və həyat yoldaşı Giilmayə Feyzullayev qəbul etmişdir. Cavabdeh boşanma barədə məhkəməyə ərizə verənə kimi, mübahisəli mənzil mərhum Beydullah Feyzullayevin adında qalmışdır. Mülkiyyətçi rəhmətə getdiyi üçün Cavabdeh yetkinlik yaşına çatandan sonra notarial müqavilə bağlamaq imkanı olmamışdır. Birinci instansiya məhkəməsi rəsmi nikahdan sonrakı dövrü nəzərə alaraq Mənzil Məcəlləsinin tələblərini nəzərə almaqda düzgün nəticəyə gəlmişdir və tərəflər arasında olan nikah pozulduğu üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamalıdır. Hesab edir ki, məhkəmə Mənzil Məcəlləsinin normalarını tətbiq etsədə yenə də iş üzrə düzgün nəticədə gəlmədən qərar vermişdir. Birinci instansiya məhkəməsi belə bir razılaşmanın olmadığını əsas gətirərək qarşılıqlı iddia tələbini rədd etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, Mava Feyzullayevanın rəsmi nikahdan sonra belə bir razılaşma baglamaq imkanı var idimi? Əlbətdə ki, onun belə bir müqavilə bağlamaq imkanı yox idi. Çünki yuxarıda qeyd etdiyi kimi,evin mülkiyyətçisi 2007-ci ildə rəhmətə getmişdir. İddiaçı isə həmin evi boşanma barədə ərizə verildikdən sonra işin məhkəmə icraatı dövründə olduğu zaman öz adına qeydə aldırmışdır. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hal-hazırda üç uşaqla başqa bir yerdə yaşamağa imkanı və şəraiti yoxdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş **********971-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşənfərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-122/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına, xx xxxxxxx 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun aşağıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına, R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixdə qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin dekabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. xx xxxxxxx 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə İddiaçı oğlu X3 ilə ailə qurmuş və qayınanası İddiaçı məxsus evə gəlin köçmüşdür. Cavabdeh ilə X2 birgə nikahdan üç uşağı anadan olmuşdur. Cavabdeh ilə X3 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı mübahisəli evin onun mülkiyyətində olduğunu əsas gətirərək həmin evdən cavabdehin əmlakları ilə birlikdə çıxarılmasını, cavabdeh isə sözügedən fərdi yaşayış evinə gəlin düşdüyünü, həmin evdə yaşayıb istifadə hüququnun yarandığını əsas gətirərək uşaqları ilə birlikdə oraya köçürülməsini tələb edir. Göründüyü kimi mübahisəli mənzil qanunvericiliklə müəyyən edilmış qaydada iddiaçının mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı qeyd olunan mübahisəli mənzilin qanuni sahibidir. Cavabdehə məxsus iddia ərizəsində qeyd olunan əşyalar hal-hazırda qeyd edilən mənzildə qeyri-qanuni olaraq mövcud olmaqla iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Buna görə də Cavabdeh ona məxsus aşağıdakı əşyalar; 1 ədəd sandıq, 1 ədəd soyuducu, 3 ədəd xalı, 2 ədəd mütəkkə, 1 ədəd paltaryuyan maşın, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 dəst çaynı servis, 1 dəst obedni servis, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur və 8 m pərdə ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa məhkəmə iddiaçıdan ərizəsində göstərdiyi Cavabdeh əmlakı olan qab-qacağın (karobkada olduğundan sayını bilmir) konkret olaraq hansı əşyalar olduğu göstərilməsini tələb etsə də, iddiaçı həmin əşyaların konkret olaraq hansı əşyalar olduğu göstərə bilməmiş, məhkəmə tərəfindən iddia tələbini həmin hissədə dəqiqləşdirməsi üçün xəbərdar edilməklə vaxt verilməsinə baxmayaraq iddiaçı həmin əmlakların sayını və ayrıayrı qiymətlərini aydınlaşdırmamışdır. Buna görə də məhkəmə iddianın həmin əşyalara münasibətdə baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh İddiaçı keçmiş gəlini kimi onun ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır.Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda deyil. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa idi belə hər bir halda fərdi yaşayış evinə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi də özlüyündə təmin edilə bilməz. Azərbayan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən iddiaçının himayəsində olan uşağın yaşayış yeri elə onun yaşadığı yer hesab edildiyindən, qarşılıqlı iddia tələbi xx xxxx 2007-ci il təvəllüdlü X8, xx xxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxx 2014-cü il təvəllüdlü X5 həmin mənzilə köçürülməsi hissəsində də əsaslı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından əmlakları – 1 ədəd sandıq, 1 ədəd soyuducu, 3 ədəd xalı, 2 ədəd mütəkkə, 1 ədəd paltaryuyan maşın, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 dəst çaynı servis, 1 dəst obedni servis, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur və 8 m pərdə ilə birlikdə çıxarılmalı, ilk iddianın İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh əmlakı olan qab-qacağın (karobkada olduğundan sayını bilmir) çıxarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qərardadı nəzərə alınmalıdır. Cavabdeh İddiaçı qarşı «evə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh və vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı ilk iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları, birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin və vəkilinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-923/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh və vəkili X7 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1786/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1786/2020
04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver