Məhkəmə qərarları › İş №2(107)-1791/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1791/2020

28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1791/2020 28.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehlərin Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etiraz ərizələrinə baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 qarşı Zərdab Rayon Məhkəməsində iddia qaldıraraq “vurulmuş ziyanın ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki işə baxılan zaman cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 hakim Qubadov Tahir Möhsüm oğluna etiraz etmişdir. Etiraz ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 06 nömrəli qərarına, eləcə də xx.xx.2006-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə istinad edərək, ona ayrılmış torpaq sahəsində əkdiyi yonca və taxıl məhsullarının guya cavabdehlərə məxsus heyvanlar tərəfindən məhv edildiyi göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarından görünür ki, Zərdab rayonu Məlikumudlu Bələdiyyəsi mülkiyyətində olan 11.50 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və əkinçilik məqsədilə 25 il müddətinə X1 icarəsinə verilməsini qərara almışdır. Həmin qərar əsasında bağlanmış icarə müqaviləsindən görünür ki, müqavilənin bağlanma tarixi xx.xx.2006-ci il göstərilsə də, lakin Zərdab rayonu Məlikumudlu Bələdiyyəsi mübahisəli torpaq sahəsinin Bəhram Abdullayevin icarəsinə verilməsinə dair qərarı xx.xx.2006-cı il tarixdə, yəni icarə müqaviləsinin bağlanmasından 4 ay sonra qəbul etmişdir. Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vizual baxış keçirdikdə aydın olur ki, icarə müqaviləsinin tarixində düzəlişlər edilmiş, həmçinin Məlikumudlu Bələdiyyəsinin o dövürdə sədri olmuş İsgəndər Məhərrəmovun imzası saxtalaşdırılmışdır. Məlikumudlu Bələdiyyəsinin sabiq sədri İsgəndər Məhərrəmovun həqiqi imzası olan sənədlərlə, mübahisəli icarə müqaviləsində olan imzası müqayisə edildikdə, eynilik təşkil edilmədiyi müəyyən olunur. Bu kimi ziddiyyətli məqamlara aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin hakim vəsatəti Mülki Prosessual Məcəlləsinin tələblərini pozmaqla yerində müşavirə keçirməklə rədd etmiş, MPM-in 97.1 -ci maddəsinin tələblərinə uyğun bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının sübut kimi istinad etdiyi sənədlərin həqiqiliyinə şübhə var. Belə olan halda, işə baxan hakim işin obyektiv həlli üçün sözügedən sənədlərdəki imzanın Məlikumudlu Bələdiyyəsinin sabiq sədri İsgəndər Məhərrəmova məxsus olub-olmamasını, eləcə də icarə müqaviləsinin bağlandığı tarixin saxtalaşdırılıb-saxtalaşdırılmasını aydınlaşdırmaq üçün xəttşünalıq ekspertizası təyin etməmişdir. Bu hal gələcəkdə məhz bu işin obyektiv baxılmasını şübhə altına alır və qanuni qətnamə qəbul edilməyəcəyini bir daha təsdiq edir. Ona görə də etiraz təmin edilərək mülki iş başqa məhkəməyə göndərilməlidir. Beləliklə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehlərin Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etirazlar müzakirə edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən verilmiş etiraz əsaslandırılmadığından və etirazların təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Rəfi oğlu, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar