Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1795/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddiа qismən təmin edilmiş, xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsinə əsasən hər uşağa 100 ( bir yüz) manat olmaqla hər ay üçün sabit pul məbləğində tutulan 200 (iki yüz ) manat alimentin miqdarının artırılaraq hər bir uşağa 115 (bir yüz on beş) manat olmaqla hər ay üçün ümumilikdə 230 (iki yüz otuz) manat müəyyən edilməsi, həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğinin hər ay Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş et və izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(063)-147/2016 saylı qətnaməsi ilə onunla cavabdeh arasındakı nikah ləğv edilmiş, birgə nikahdan olan övladlarının saxlanılması üçün hər uşaq üçün aylıq 30 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra onun iddia ərizəsi əsasında Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılmış və hər uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat məbləğində sabit pul məbləğinin cavabdehdən tutulması qət edilmişdir. Hal-hazırda xx xxxxxx 2007-ci il təvəllüdlü X2 13, xx xxxx 2009-cu il təvəllüdlü X3 isə 11 yaşı var. Ucar Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hal-hazırda uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, övladları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə maraqlanmır, aliment məbləğini ödəməkdən boyun qaçırır. Bu hal da tək valideyn kimi övladlarına baxmaqda ona ciddi maddi çətinlik yaradır. Uşaqların bütün qayğısını, ehtiyacını bu günə qədər tamamilə özü çəkmişdir. Uşaqlar böyüdükcə onların həm maddi, həm mənəvi tələbatları da artır. Lakin cavabdeh özünü bu öhdəliklərdən azad etməyə çalışır. Bu da nəticədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinliklər yaradır. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılacaq və övladlarının saxlanılması üçün qanunla müəyyən edilmiş minimum məbləğdə aliment tutulması barədə ədalətli qətnamə qəbul ediləcəkdir. Cavabdehin hazırkı yaşayış yeri barədə məlumatı yoxdur, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdehə qeydiyyatda olduğu ünvan üzrəbirinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həminünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, başqa ünvanı barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa 100 manat olmaqla iki uşağa tutulan cəmi 200 (iki yüz) manat alimentin məbləği artırılaraq bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat müəyyən edilməli, hər ay iki uşaq üçün sabit pul məbləğində 260 (iki yüz altmış) manat aliment Cavabdeh alınaraq iddiaçı Bəkı İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X4 xx xxxxxx 2007-ci ildə və X5 xx xxxx 2009-cu ildə doğulmuşlar. İşdə olan Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2018-ci ildən başlayaraq xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Ucar şəhəri, 20 Yanvar küçəsi, ev 12-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxxxxxx 2018-ci ildən başlayaraq xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib təyin edilmiş alimentin miqdarının artırılması və hər uşağa 170 manat olmaqla hər ay sabit pul məbləğində 340 manat alimentin cavabdehdən tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlmişdir ki, uşaqların mənafeyi, hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2018-ci ildə 154 manat, 2020-ci ildə isə 170 manat olması) nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməklə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılıb hər ay hər bir uşaq üçün 115 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, iddiaçının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən aliment məbləğinin artırılması tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Buna görə də iddiaçının bu hissədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, alınıb verilməsi qət edilmiş alimenti hər ay bir uşaq üçün sabit pul məbləğində 115 manat, iki uşaq üçün cəmi 230 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 170 manat, iki uşaq üçün cəmi 340 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğdə 115 manatdan daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmaması barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)- 364/2020 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa 100 manat olmaqla iki uşağa tutulan cəmi 200 (iki yüz) manat alimentin məbləği artırılaraq bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat müəyyən edilməli, hər ay iki uşaq üçün sabit pul məbləğində 260 (iki yüz altmış) manat aliment Cavabdeh alınaraq iddiaçı Bəkı İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddiaçı hər ay uşaqların saxlanması üçün 200 manat aliment alırdı (hər uşağa görə 100 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 170 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ iki uşağa görə 140 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (140 X 12 ay = 1680 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X2 və xx xxxx 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(063)-867/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa 100 manat olmaqla iki uşağa tutulan cəmi 200 (iki yüz) manat alimentin məbləği artırılaraq bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat müəyyən edilsin. Hər ay iki uşaq üçün sabit pul məbləğində 260 (iki yüz altmış) manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1795/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1795/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver