Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-18/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qonşu tərəfindən özünün həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: qonşu tərəfindən özünün həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qonşu tərəfindən özünün həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-580/2021 saylı, 01 sentyabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qonşusudur və onunla sərhəd ərazidə ev tikmişdir. Cavabdeh ev tikərkən həmin evin onun həyətinə tərəf olan hissəsinə pəncərə qoymuş və həmin pəncərədən onun evi, həyəti açıq-aşkar görünür. Cavabdeh tərəfindən tikilmiş pəncərə ona və ailə üzvlərinə kobud şəkildə maneçilik yaradır. Dəfələrlə cavabdehə həmin pəncərəni bağlamasını xahiş və tələb etsə də nəticəsi olmamışdır. Cavabdeh həmin pəncərənin qarşısına onun həyətindən dəmir şifer qoymuşdur. Dəmir şifer isə həyətin xarici görünüşü tamamı ilə kobud şəkildə pozur. O, yuxarıda qeyd edilən mübahisə ilə bağlı Qax rayon İcra hakimiyyəti yanında Memarlıq və tikinti şöbəsinə müraciət edərək qonşu tərəfindən yaradılan maneənin aradan qaldırılmasma köməklik edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Lakin qanunvericiliyə əsasən ev tikilərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən evin əvvəlcə sxematik planı hazırlanmalı və bu plan hazırlanarkən qonşu tərəflə razılaşdırılmalıdır. Lakin belə bir razılaşma yoxdur. Hesab edir ki, yuxarıda qeyd edilən əraziyə mütəxəssis tərəfindən baxış keçirilməli və qonşu tərəfindən onun həyətinə tərəf tikilmiş pəncərənin ona nə kimi maneələr yaratdığı və hansı hüquqlarım pozulduğu müəyyən edilərək məhkəməyə əsaslı rəy təqdim edilməlidir. Cavabdeh tərəfindən onun həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilmiş, Cavabdeh məxsus fərdi yaşayış evinin İddiaçı həyətinə tərəf açılmış pəncərəsi Cavabdeh hesabına götürülsün və pəncərə yeri cavabdehin hesabına tikilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********97-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, İbrahim Abdullayev küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi isə İddiaçı, X3, X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçını qonşusu olan Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçı ilə sərhəd hissəsində iddiaçı tərəfindən pəncərə açılmışdır. İddiaçı cavabdeh tərəfindən onun həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında Qax RİHB-nın Memarlıq və Tikinti Şöbəsinin məhkəməyə ünvanladığı məktubla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti norma və qaydaları”na əsasən sərhəd divarında tikinti işi aparmaq üçün əgər ərazinin müfəssəl planlaşma layihəsi yoxdursa, qonşu tərəfin notarial qaydada təsdiqlənmiş razılığının olması, həmin razılığın qonşu tərəfə qoyulacaq pəncərə, qapı, açıq eyvan və başqa tikinti elementlərinə də aid edildiyi, göstərilən halda belə bir razılıq olmadan pəncərə qoyulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********97-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, İbrahim Abdullayev küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi isə İddiaçı, X3, X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçını qonşusu olan Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçı ilə sərhəd hissəsində iddiaçı tərəfindən pəncərə açılmışdır. İddiaçı cavabdeh tərəfindən onun həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında Qax RİHB-nın Memarlıq və Tikinti şöbəsinin məhkəməyə ünvanladığı məktubla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti norma və qaydaları”na əsasən sərhəd divarında tikinti işi aparmaq üçün əgər ərazinin müfəssəl planlaşma layihəsi yoxdursa, qonşu tərəfin notarial qaydada təsdiqlənmiş razılığının olması, həmin razılığın qonşu tərəfə qoyulacaq pəncərə, qapı, açıq eyvan və başqa tikinti elementlərinə də aid edildiyi, göstərilən halda belə bir razılıq olmadan pəncərə qoyulduğu müəyyən edilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh məxsus fərdi yaşayış evinin İddiaçı həyətinə tərəf açılmış pəncərəsi Cavabdeh hesabına götürülməli və pəncərə yeri cavabdehin hesabına tikilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 170.2-ci maddələri, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 20.2, 20.3 və 20.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 218.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(024)-580/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qax Rayon Məhkəməsi həmin qətnaməni qanunsuz və ədalətsiz hesab etmişdir. Birinci instansiya tərəfindən sözügedən qətnamə çıxarılarkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə yalnız Qax Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin məktubuna əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki məhkəmə qanunu rəhbər tutmalı və iddianın hüquqi əsasının olubolmamasını müəyyən etməli idi. Qanunla hər hansı qonşu tərəfə pəncərə açılmağına dair heç bir qadağa yoxdur. Bizə məxsus evin pəncərəsi iddiaçıya heç bir maneçilik törətmir və onun heç bir hüququnu pozmur. Məhkəmə iş üzrə müvafiq ekspertiza keçirmədən yalnız Qax Şəhər İcra Hakimiyyətinin məktubu əsasında qətnamə qəbul edərək bizim hüquqlarımızı kobud şəkildə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas X1 Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********97-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Qax şəhəri, İbrahim Abdullayev küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi isə İddiaçı, X3, X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçını qonşusu olan Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçı ilə sərhəd hissəsində iddiaçı tərəfindən pəncərə açılmışdır. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Qax RİHB-nın Memarlıq və Tikinti şöbəsinin məhkəməyə ünvanladığı məktubla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti norma və qaydaları”na əsasən sərhəd divarında tikinti işi aparmaq üçün əgər ərazinin müfəssəl planlaşma layihəsi yoxdursa, qonşu tərəfin notarial qaydada təsdiqlənmiş razılığının olması, həmin razılığın qonşu tərəfə qoyulacaq pəncərə, qapı, açıq eyvan və başqa tikinti elementlərinə də aid edildiyi, göstərilən halda belə bir razılıq olmadan pəncərə qoyulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilməmiş yuxarıda göstərilən halların müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(107)-171/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan sənədlər rəy verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə göndərilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cavabdeh məxsus ev tikinti norma və qaydalarına uyğun tikilmişdirmi?
2. Cavabdeh məxsus evin qeyd edilən pəncərəsi bağlanarsa, pəncərəsi bağlanacaq otağı işıqlandırmaq üçün başqa yerdə, yəni iddiaçının həyətinə baxan tərəf olmayan yerdən əlavə pəncərə açmaq mümkündürmü? 3.Mümkündürsə hansı formada? 4.Pəncərə bağlanarsa cavabdehə məxsus evin otağının təbii işıqlandırılması hər hansı formada qalacaqmı? Sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 4 aprel 2022-ci il tarixli ekspert vəsatəti əsasında təhqiqat obyektinə baxış keçirilməsi 28 aprel 2022-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 28 iyun 2022-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsinə dair məlumat daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qonşu tərəfindən özünün həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbi”nə dair mülki iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(107)-171/2022 saylı qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 10 aprel 2023-cü il tarixli ekspert məktubu ilə tədqiqat obyektinə baxışın keçirilməsi və əlavə materialların təqdim olunması barədə vəsatət daxil olmuşdur. Həmin vəsatətdə mübahisə predmeti olan tikili iş üzrə tərəflərin iştirakı ilə 27 aprel 2023-cü il saat 12:00-a təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli məktubu ilə ekspertin 17 mart 2023-cü il tarixli, 10/1826 saylı vəsatətinə əsasən 27 aprel 2023-cü il saat 12:00-a təyin edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 23 iyun 2023-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsinə dair məlumat daxil olmuşdur. X5 Məhkəməsinə göndərdiyi xx.xx.2023-cü il tarixli məlumata İmtinanın səbəbi tərəflərin qeyd olunan tarixdə baxışda iştirak etməmələri qeyd edilmişdir. Dəfələrlə baxış təşkil edilməsinə baxmayaraq ekspertiza keçirilməsi mümkün olmadığından iş üzrə icraat təzələnmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, dəfələrlə mütəxəssislərin tədqiqat obyektinə baxışı üçün vaxt təyin edilməklə ona məlumat verilməsinə baxmayaraq iddiaçı hər dəfə baxışda iştirak etməkdən və torpaq sahəsini mütəxəssislərə təqdim etməkdən imtina etmişdir. İddiaçının bu hərəkətləri ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Belə olan halda, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Hazırki iş üzrə mövcud olan sübutlar əsasında isə iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin qonşu tərəfindən özünün həyətinə tərəf açılmış və maneçilik yaradan pəncərənin götürülməsi və pəncərə yerinin cavabdehin hesabına tikilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifənin qoyulması sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tаrixli, 2(024)-580/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.