Məhkəmə qərarları › İş №2(107)-180/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-180/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-180/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Ucar magistral yolundan şimal şərq istiqamətində su toplayıcı kollektora həmsərhəd yerdə yerləşən 1.86 ha torpaq sahəsinin cavabdehin mal-qarası tərəfindən məhv edilməsinə görə 641 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon X1 xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə ona və ailə üzvlərinə Zərdab rayonu Vəlixanlı kəndi ərazisində 3.88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin biri 2.07 ha, digəri 1.81 ha olmaqla iki hissədə yerləşir. 1.81 ha olan hissə Zərdab-Ucar maqistral yolundan şimal şərq istiqamətində su toplayıcı kollektora həmsərhəd olan yerdə yerləşir. Həmin hissədə 2019-2020-ci il mövsümü üçün arpa əksə də məhsul əldə edə bilməmişdir. Belə ki, onun arpa yeri iyun ayının axırlarında mal-qaraya yedizdirilərək tamamilə məhv edilmişdir. Onun arpa əkdiyi yerə yaxın ərazidə hazırkı cavabdeh Alik və Elçin adlı başqa bir şəxsə məxsus heyvan ferması vardır. Ehtimal edir ki, onun arpa əkinini onların ikisindən biri, yəni ya Alik, ya da Elçin otazdırmışdır. Sözügedən arpa əkininin kim tərəfindən otarıldığını bilavasitə görməmişdir. Lakin Alikin də onun qonşuluğunda arpa yeri olduğu üçün daha çox ehtimal edir ki, onun yerini Alik otazdırmışdır. Nəticədə ona 641 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən də İddiaçı iddia olunan yerdə arpa yerinin qonşuluğunda onunda 5.0 ha arpa sahəsi olmuşdur. Əslində cari mövsümdə su qıtlığı olduğundan əkinlərə lazımı suvarma suyu vurmaq mümkün olmadığından həmin ərazidə hamının, o cümlədən^omm və İddiaçı əkmiş olduğu arpanın məhsuldarlığı olmamış və məhsül götürə bilməmişlər. İddiaçıya məxsus sözügedən arpa sahəsinə heyvan aparmamış, nədə ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçıya məxsus arpa sahəsinin İtim tərəfindən otärılması ona məlum deyildir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasıflar dair məhfeəmpyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Zərdab - Ucar magistral yolundan şimal şərq stiqamətində su toplayıcı kollektora həmsərhədd ona məxsus ümumi sahəsi 1.86 hektar torpaq sahəsində dənli bitki hesab edilən arpa əkmişdir. Sözügedən sahədə məhsuldarlığı yoxlamaq üçün tez-tez həmin əraziyə gedib məhsuldarlıqla tanış olurdu. Ümumilikdə sahə yüksək məhsuldarlıq verən bir ərazi hesab edilir. Sahəyə son gedişində kollektordan başlayaraq şimal qərb istiqamətə pay torpağının sonuna doğru bitki örtüyünün seyrəlib məhv olduğunu görmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfarı Nazirliyinin Zərdab Dövlət X3 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilən rəydə də sahənin mal-qara tərəfindən otarılaraq məhv edilməsi öz əksini tapmışdır. Qeyd edilən dövlət qurumu tərəfindən sahədə bitki qalıqlarına əsasən məhsuldarlığın təyinatı aparılmış və məlum olmuşdur ki, məhsuldarlıq 11-12 sentner olmaqla 1 hektar arpa sahəsi üçün 7-8 sentner arpa məhsulu, 60-70 ədəd saman kipi və ya 340-350 manat maddi ziyan dəymişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsinin ləğv edilməsini və Cavabdeh 641 manat pulun tutularaq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş JN-3xx xxx 90501018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon X1 xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Zərdab rayonu Vəlixanlı kəndi ərazisində 3.88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin biri 20687.70 kv.m, digəri 18868.92 kv.m olmaqla iki hissədə yerləşir. İş materiallarına əlavə edilmiş Zərdab rayon Dövlət X2 direktoru V. Bayramov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı verilmiş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Zərdab-Ucar maqistral yolundan şimal şərq istiqamətində su toplayıcı kollektora həmsərhəd olan yerdə torpaq sahəsində arpa əkildiyi, kollektordan başalayarq şimal-qərb istiqamətdə torpağın sonuna doğru bitki örtüyünün seyrəldiyi, sahə hissələrlə otlandığmdan məhsulun mal-qara tərəfindən yeyilərək məhv edildiyi müəyyən edilmişdir. Dəymiş ziyan 340-350 manat qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zərdab rayon X1 xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Zərdab rayonu Vəlixanlı kəndi ərazisində 3.88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin biri 2.07 ha, digəri 1.81 ha olmaqla iki hissədə yerləşir. İddiaçı 1.81 ha olan hissədə 2019-2020-ci il mövsümü üçün arpa əkmişdir. Lakin, cari ilin iyun ayının axırlarında həmin arpa sahəsi heyvanların otarılması səbəbindən məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehə qarşı maddi ziyanla bağlı tələbi əsassızdır. Belə ki, İddiaçı Cavabdeh tərəfində ona maddi ziyan dəyməsini iddia etsə də, bu hallar iş materialları ilə öz əksini tapmamışdır. Belə ki, göstərilən mübahisənin həlli məqsədi ilə birinci instansiya məhkəməsi və məhkəmə kollegiyası tərəfindən iddiaçıya iddia tələbində qeyd etdiyi xüsusatları sübut etməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq o, məhkəmələrə hər hansı sübut növü təqdim etməmişdir. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(035)-533/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar