Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1805/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi zərərin əvəzi kimi 6000 manat, dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsi ilə iddiа rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəyə götürdüyü torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olur. Ona məxsus fermer təsərrüfatı Tircan kəndinin yaxınlığında yerləşir. Tircan kənd sakini Cavabdeh ona məxsus fermer təsərrüfatının yerləşdiyi ərazinin qonşuluğunda heyvandarlıq fəaliyyəti ilə məşğul olur. Əzim dəfələrlə icarəsində olan əraziyə heyvanlarını buraxaraq ona ziyan vurmuşdur. Əzim icarəsində olan torpaq sahəsinə heyvanlarını buraxmaqda məqsədi həmin torpaq sahəsini ələ keçirmək niyətinin olmasıdır. Təsərrüfatında olan heyvanlara nəzarət edən çobanlar hər dəfə heyvanları örüşə apararkən Əzim tərəfindən döyülərək təhqir olunmuşlar. 2019-cu ilin noyabrın 15-də təsərrüfatında olan heyvanları otararkən Əzim üstünə hücum çəkərək onu təhqir etmişdir. Əzimin onu təhqir etməsi ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin ilin noyabrın 17-də Əzimə məxsus 10-a yaxın itin uşağı tərəfindən təsərrüfatında olan heyvanların üzərinə qovdurulması nəticəsində heyvanlarından birinin gözünün çıxması, ikisinin isə öldürülməsi nəticəsində ona ümumilikdə 6000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Əzimin onu söyüb təhqir etməsi nəticəsində sarsıntılar keçirmiş, əsəb gərginliklərinə və iztirablara məruz qalmış və nəticədə ona mənəvi zərər dəymişdir. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 20000 manat məbləğində qiymətləndirir və cavabdehdən vurduğu maddi zərərin əvəzi kimi 6000 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manat pulun alınaraq ona ödənilməsini tələb edir. Göstərilən əsaslara görə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, apellyaisya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh İsmayıllı rayon Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəyə götürdükləri torpaq sahəsində təsərrüfatla məşğul olurlar. İddiaçı cavabdehin uşağının 10-a yaxın iti təsərrüfatında olan heyvanların üzərinə qovdurması nəticəsində həmin heyvanlardan birinin gözünün çıxması, ikisinin isə öldürülməsi nəticəsində ona ümumilikdə 6000 manat məbləğində maddi zərər dəyməsini qeyd edərək məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində şahid X2 ifadə verərək göstərmişdir ki, Sumqayıt şəhərində yaşayır. İddiaçı dostudur. Cavabdeh isə tanımır. Çoban olmayanda bir neçə dəfə gedib İddiaçı təsərrüfatına köməklik etmişdir. İddiaçı təsərüfatına kömək edərkən həmin əraziyə polis əməkdaşlarının gəlməsini görmüşdür. Sonradan məlum olmuşdur ki, İddiaçı təsərrüfatında olan heyvanlar itdiyindən DİN-nin 102 xidmətinə məlumat vermişdir. İddiaçıla birlikdə itmiş heyvanların tapılması üçün ərazidə gəzərkən bir baş qırmızı ala inəyin dərəyə düşərək ölməsini görsə də həmin inəyin kimin tərəfindən öldürülməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid X4 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. İddiaçı məxsus marşurut xəttində nəzarətçi işləyir. Cavabdehla 2019-cu ildə İddiaçı təsərrüfatında olan heyvanlara nəzarət edərkən təsadüfü tanış olmuşdur. İddiaçı məxsus təsərrüfatda olan heyvanlara nəzarət edən çobanlar olmayanda bir neçə dəfə İddiaçı məxsus təsərrüfata gedərək ona köməklik etmişdir. Cavabdeh ona İddiaçı təsərrüfatına nəzarət edən çobanlara pul vermədiyindən həmin çobanların çıxıb getdiyini bildirmişdir. İddiaçı ona təsərrüfatında olan heyvanların bir neçə başının itməsini bildirmişdir. İddiaçıla birlikdə itən heyvanların axtarılması üçün ərazidə gəzərkən xəndəkdə qırmızı ala inəyin ölməsini görsə də həmin inəyin kimin tərəfindən öldürülməsini görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli Qərаrınа əsаsən mənəvi zərər, аdətən vətəndаşlаrın şəxsi qeyri-əmlаk hüquqlаrının pоzulmаsı nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlаk zərəri оlmаqlа, iqtisаdi məzmun və dəyər kəsb etməyən hüquq pоzuntusudur. Belə zərər vətəndаşа аnаdаngəlmə və yа qаnun əsаsındа оnа məxsus оlаn qeyri-mаddi nemətlərə аid (şərəf, ləyаqət, işgüzаr nüfuz, şəxsi, аilə sirri, hərəkət etmək аzаdlığı, yаşаyış yeri seçmə, аd hüququ, müəlliflik hüququ, sаir şəxsi qeyri-əmlаk hüquqlаrı və digər mаddi nemətlər) hüquqlаrını pоzmаqlа fiziki şəxsə mənəvi sаrsıntı, iztirаb verir. Kоnstitusiyа Məhkəməsinin həmin qərarında şərh etmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyаqəti və işgüzаr nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununlada mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcədə cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı Qərarın 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X1 haqqında Konvensiyanın, X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, iddiaçı qeyd edilən məbləğdə ona maddi və mənəvi ziyan dəyməsi, ümumiyyətlə apellyasiya şikayətində göstərdiyi halların əsaslılığını sübuta yetirəcək hər hansı mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməməklə yanaşı, iş materiallarına da əlavə etməmişdir. Bundan əlavə xx xxxxx 2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-1/181 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X7 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmış, həmçinin İddiaçı Cavabdeh qarşı irəli sürdüyü tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx xxxxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-1/187 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X5 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. xx xxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında MK- 1/424 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X6 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmış, həmçinin İddiaçı irəli sürdüyü tələbin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx xxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında MK-1/543 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında HK-1/1174 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı X3 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış MK- 1/1275 və 16 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X6 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə iddiaçı apellyasiya dəlillərini təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1805/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1805/2020
26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver