Məhkəmə qərarları › İş №2(107)-1807/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1807/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1807/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçı-Yelo Bank” ASC-nin nümayəndəsi X1, cavabdeh-Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tаrixli 2(051)-770/2021 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tаrixli 2(051)-770/2021 nömrəli (hakim Məhburə Kərimova) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 32.123,65 (otuz iki min bir yüz iyirmi üç manat altmış beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC oğluna verilməsi qət edilmişdir. işin hаllаrı: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 17.09.2009-cu il tarixli KBB №YEV012F saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 136.500 manat məbləğində kredit götürmüşdür. "xxxx" İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Kredit borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosesində yerləşən 7 saylı qeyri-yaşayış binası və Mingəçevir şəhəri Günəş küçəsi 1 A saylı fərdi yaşayış evi 17 sentyabr 2009-cu il tarixli KBB №YEV012İ-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, krediti ödəməmişdir. Ona görə də bank kredit borcunu ödənilməsi və borcun ipoteka qoyulan əmlaklara yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 18.04.2011-ci il tarixli qətnaməsi ilə bankın tələbi qismən təmin olunmuş, kredit müqaviləsi üzrə yaranmış cəmi 194148 manat kredit borcun Cavabdeh alınıb banka verilməsi, borcun tutulmuş ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan cəmi 194148 manat borcun ödənilməsi qət edilmişdir. İpoteka qoyulmuş əmlaklar hərrac yolu ilə satılmamış, bank da əmlakları götürməmişdir. Lakin cavabdeh bu vaxta kimi kredit borcundan heç bir ödəniş etməmiş, müxtəlif bəhanələrlə krediti ödəməkdən boyun qaçırmışdır. Bunun nəticəsində də banka xeyli zərər vurulmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Doğrudur, borclunun gecikdirdiyi pul məbləğinin, yəni 194148 manatın illik beş faizi xeyli məbləğ təşkil edir. Lakin iddiaçı bütün zərəri deyil, onun bir hissəsinin, yəni 32123.65 manat ödənilməsini tələb edir. İddianın təmin olunmasını, 17.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 32123.65 manat faiz borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" İKB ASC-dən götürdüyü krediti tam ödəmişdir. Hesab edir ki, onun banka borcu yoxdur. Bundsan əlavə iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Ona görə də iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh vəkili X5 da məhkəmə iclasında iddia tələbinin kredit müqaviləsi ilə bağlı olmasını, müqavilələr üzrə tətbiq edilən iddia müddətinin nəzərə alaraq iddia müddətinin buraxılması əsası ilə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri və işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Qətnamədən narazı qalan Cavabdeh və onun vəkili X5 apelyasiya şikayətini qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında çıxış edən Cavabdeh və onun vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia ərizəsinə uyğun çıxış edən İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, bank Cavabdeh illik 26 faizlə, 36 ay müddətinə 136500 manat kredit verməyi, Cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizi banka qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ******* №li və ******* №li Çıxarışların notariat qaydada təsdiqlənmiş surətlərindən görünür ki, KB №YEV012F №li 17.09.2009-cu il tarixli kredit müqaviləsində göstərilmiş 136500 manat kredit məbləğinin təminatı olaraq Cavabdeh məxsus Mingəçevir şəhər Gəncə şosesi 7 saylı qeyri-yaşayış binası və Mingəçevir şəhəri Günəş küçəsi 1 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında 17.09.2009-cu il tarixdə bağlanmış KBB №YEV012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas borc, 55708 manat faiz borc və 4000 manat dəbbə pullu, cəmi 194148 manat kredit borcu Cavabdeh alınıb iddiaçıya verilməsi, pulun tutulması Cavabdeh tərəfindən ipoteka qoyulmuş, mülkiyyətində olan Mingəçevir şəhəri Günəş küçəsində yerləşən fərdi yaşayış evinə və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən bir mərtəbəli qeyri-yaşayış binasına yönəldirələk, həmin əmlakların açıq hərracda satılması qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-114/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi 06.07.2011-ci il tarixdə icra və probasiya şöbəsinə daxil olmuş, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların sənədləri əldə olunduqdan sonra onların qiymətləndirilməsi üçün 26.07.2011-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. 31.10.2011-ci il tarixli rəylərə əssən yaşayış evi 122000 manat, qeyri-yaşayış binası isə 103000 manat dəyərində qiymətləndirilmişdir. Əmlakların satılması üçün 12.11.2011ci ildə sifariş verilmişdir. Lakin hərrac baş tutmadığından müvafiq sənədlər 19.12.3012-ci il tarixli məktubla "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmışdır. Sonradan ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi ilə bağlı məhkəmə mübahisələri getmişdir. Nəsimi rayon məhkəməsinin2(006)-3747/2020 №li 07.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunmamışdır. İcra sənədi üzrə tələb olunan borc və dövlət rüsumu məbləğinin ödənilibödənilməməsi barədə məlumat əldə edilməsi üçün "xxxx" İKB ASC-yə ("xxxx"a ASC) sorğu göndərilmişdir. "xxxx" İKB ASC ("xxxx" ASC) 16.07.2020-ci il tarixli cavab məktubunda borclu Cavabdeh ödəməli olduğu 194148 manat borcunda cəmi 5100 manat ödədiyini, 189048 manat borcun qaldığı qeyd edilmişdir. Məhkəmə qərarının icrasının tamamlanması istiqamətində tədbirlər davam edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət verməmiş və işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3,399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Plenunmun qərarında qeyd edilir ki, Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyasına təqdim edilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 08 iyun 2021-ci il tarixli 7848/20 1-3-14 nömrəli məktubuna əsasənMingəçevir Şəhər Məhkəməsinin 2(051 )-14/2011 saylı 18.04.2011-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh “Nikoyl İKB ASC-nin 'ı evi ax filialı arasında 17.09.2009-cu il bağlanmış KBBYEV 012F saylı kredit müqavilə xitam verilməili, həmin müqavilə üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 nanat faiz borcu və 4000 manat dəbbə pulu - cəmi 194148 manat borc və 20 manat dövlət rüsumu tutularaq “Nikoyl İKB ASC-yə ödənilməlidir. Həmin məbləğlərin N.H.Hüseyr ovun mülkiyyətində olan ipotekaya qoyulmuş, Mingəçevir şəhəri, Günəş küçəsində 0/2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha tropaq sahəsində yerləşən, 283,08 kv.m. sahədən ib arət 7 nömrəli 3 girişli 1 mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəlc lərək açıq hərracda satılmalıdır. Satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcu ödənilməlidir Qətnamə üzrə verilmiş icra vərəqəsi 06.07.2011-ci il tarixdə Mingəçevir Şəhər icra və Probasiya Şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən müvafiq qərarla ic-aata başlanmış, həmin qərarın surəti tərəflərə və məhkəməyə, həmçinin tələbin olunan borc məbləğinin könüllü qaydada ödənilməsi üçün bildiriş borcluya göndərilmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların sənədləri əldə olunduqdan sonra onların qiymətləndirilməsi üçün 26.07.2011-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. 31.10.2011-ci il tarixli rəylərlə əsasən yaşayış evi 122000 manat, qeyri-yaşayış binası isə 103000 manat dəyərində qiymətləndirilmişdir. Əmlakların satılması üçün 12.11.2011-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. İpoteka ilə yüklü edilmiş və keçiriimiş hərraclarda satılmamış əmlakların əldə edi məsi üçün “İpoteka Haqqında” AR Qanununun 43-cü maddəsinə əsasən "xxxx" 4MC tərəfindən “Nikoyl İKB” AC-yə 05.03.2012-ci il tarixli 01/747 və 01/748 saylı təkliflər göndərilmişdir. Hərrac baş tutmadığından müvafiq sənədlər 01/3674 saylı 19.12.2012-ci il tarixli məktubla "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmışdır. Qeyd olunur ki, icraat zamanı “Nikoyl Bank İKB" ASC-nin 29.03.2013-cü il tarixi 305 saylı ərizəsinə əsasən icra sənədi “İcra Haqqında” AR Qanununun 23.1.1-Cİ maddəsinə əsasən 05.04,2013-cü il tarixdə məhkəməyə qaytarılmışdır. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2iq(82)-4?9/2013 saylı, 11.03.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası təmin olunaraq daşınmaz əmlalların qiymətləndirilməsi barədə 31.10.2011 -ci il tarixli rəylərin ləğv edilməsi, həmin əmlalların yenidən qiymətləndirilməsi, keçirilmiş hərracların etibarsız edilməsi qət edilmişdir Bu barədə məlumat 01.05.2013-cü il tarixdə şöbəyə daxil olmuşdur. Tələbkar bankın müraciəti əsasında sözügedən icra sənədi yenidən icraya yönədilmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların qiymətləndirilməsi üçün "xxxx" MMCyə sifariş verilmiş, 12.11.2013-cü il tarixdə daxil omuş 30.09.2013-cü il tarixli rəylərlə əsasən yaşayış evi 120000 manat, qeyri-yaşayış binası isə 95000 manat dəyirində qiymətləndirilmişdir. Əmlakların satılması üçün 15.11.2013-cü il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. 14.12.2013-cü il, 14.01.2014-cü il və 21.01.,2014-cü il tarixlərlərdə hərraclar keçirilmiş, lakin əmlakrlar satılmamışdır. Tələbkar bank 11.06.2014-cü il tarixli 469 saylı məktubla müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakların yenidən qiymətləndirilməsini xahiş etmişdir. Tələbkar tərəfin müraciəti nəzərə alınaraq əmlakların yenidən qiymətləndirilməsi üçün 23.09.20T -cü il tarixdə yenidən "xxxx" MMC-yə müraciət olunmuşdur. 15.10.2015-ci il tarixli rəylərlə əsasən yaşayış evi 90000 manat, qeyri-yaşayış binası isə 80000 manat dəyirində qiymətləndirilmişdir. Borclu Cavabdeh şöbəyə müraciət edərək borcunun olmamasını bildirmiş bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşmiş Kredit Reyest indən 22.07,2015-ci il tarixli çıxarış təqdim etmişdir. Həmin çıxarışın 3-cü “Borcaiamn aktiv öhdəlikləri” bəndində aktiv öhdəliklərin olmaması, 4-cü “Borcaiamn bağlanmış öhdeiikləri” bəndində isə "xxxx" İKB ASC-dən də götürülmüş 136500 manat kredit bonunun bağlanması qeyd edilmişdir. Bu məsələyə əlaqədar aydınlıq gətirilməsi üçün 16.09.2 )16-cı il tarixdə "xxxx" İKB ASC-yə sorğu göndərilmiş, lakin hazıradək bu sorğuya cavab verilməmişdir. Sonradan ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi ilə bağlı məhkəmə mübahisələr getmişdir, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3747/2020 saylı ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiasıtəmin olunmamışdır. İcra sənədi üzrə tələb olunan borc və dövlət rüsumu məbləğinin ödmilibödənilməməsi barədə məlumat əldə edilməsi üçün tərəfimizdən 13.03.2020-ci il və 14.07.2020ci il tarixlərdə"xxxx" İKB ASC-yə (İddiaçıa)sorğu göndərilmişdir. "xxxx" İKB ASC (“Yelo Bank" ASC) PAİHTD-5368 saylı, 16.07.2020-ci il tarixli məktubunda borclu Cavabdeh ödəməli olduğu 194148 manat borcundan 5100 manat ödədiyini və 189048 manat borcun qaldığını qeyd etmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların satılması üçün 15.11.2013-cü il tarixdə "xxxx" MMC-yə verilmiş sifarişin nəticəsinin dəqiqiləşdirilməsi üçün 09.03.202’ -ci İl tarixdə “Külək" MMC-yə sorğu göndərilmişdir, lakin hazıradək bu sorğuya cavab verilməmişdir. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəlləsinin 449.1 -ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. İşdən isə görünür ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, əmlakı ipoteka ilə yüklü edilmiş, hərraca çıxarılması qət edilmiş, məhkəmənin qeyd etdiyi kimi, hərrac baş tutmamış, bank isə əmlakı almamışdır. MPM-in 385.1.3-385.1.4-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (MPM-in 389-cu mad). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаd). MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, əsaslı olduğundann apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tаrixli 2(051)-770/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tаrixli 2(051)-770/2021 nömrəli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar