Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1814/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-669/2020 saylı qətnaməsindən iddiaçı «İddiaçı” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri-Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və zamini Cavabdeh1 müştərək qaydada «İddiaçı” QSC-nin xeyrinə 07A000027048 saylı kredit müqaviləsi üzrə 595,12 manat kredit borcu, 1137,24 manat faiz borcu və 59 , 21 manat cərimə olmaqla, cəmi 1791,87 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-669/2020 saylı qətnaməsi ilə iddia rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı «İddiaçı” QSC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı «İddiaçı” QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 18 ay müddətinə aylıq faiz dərəcəsi 3 faiz olmaqla 650 manat məbləğində kredit verilmişdir. Bundan başqa «İddiaçı” QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «İddiaçı” QSC ilə Cavabdeh1 arasında xx xxxx 2012-ci il tarixdəzaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə X5 əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissə-hissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5 faizə qədər cərimə pulu ödəyir. Qeyd edilən zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 X3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, X1 öhdəlikləri tam şəkildə yerinə yetirilməmişdir. Həmçinin, iş üzrə boclu X5 xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Buna görə də iddiaçı «İddiaçı” QSC həmin borcun ödənilməsi ilə bağlı əsas borclu X3 vərəsələri olan Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və onun zamini zamini Cavabdeh1 qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Lakin, əsas borclu X2 vərəsələri olan hazırki iş üzrə cavabdehlər Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 hər hansı bir əmlakın qalması barədə məlumatı və sübutu yoxdur. Həmçinin, hazırki tələblə bağlı məhkəməyə müraciət edilməmişdən əvvəl hazırki iş üzrə cavabdehlərə yaranmış borc üzrə yeni bir müqavilə bağlanılması təklif edilsə də, cavabdehlər tərəfindən aqressiv şəkildə onların banka borclarının olmadığı əsas göstərilərək təkliflə razılaşmamışlar. Halbuki, cavabdehlər Fərmanın icrası müddətinin qüvvədə olduğu 2019-cu ilin dekabr ayının sonunadək yeni müqavilə bağlanması barədə təkliflə razılaşsa idilər, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi nəzərə alınaraq, cavabdehlərdən faiz və cərimə tələb edilməyəcəkdi. Göstərilən əsaslara görə apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-669/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi Nümayəndə olğu apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-669/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı «İddiaçı” QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 18 ay müddətinə aylıq faiz dərəcəsi 3 faiz olmaqla 650 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə X5 əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissə-hissə ödəməli idi. Bundan başqa «İddiaçı” QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «İddiaçı” QSC ilə Cavabdeh1 arasında xx xxxx 2012-ci il tarixdəzaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 X3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün tam həcmdə və birgə məsuliyət daşımağı öz üzərinə götürmüşdür. İş üzrə X5 xx xxx 2012-ci il tarixdə vəfat etmiş və onun kredit öhdəlikləri tam şəkildə yerinə yetirilməmişdir. Buna görə də iddiaçı «İddiaçı” QSC həmin borcun ödənilməsi ilə bağlı əsas borclu X3 vərəsələri olan Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və onun zamini Cavabdeh1 qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitinməbləğindənfaizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədəölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdehlər Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mərhum X6 birinci növbə üzrə vərəsələridirlər. Lakin, iddiaçı «İddiaçı” QSC mərhum X2 hər hansı bir miras qalmasını, miras qaldığı halda belə miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə sorğusu nəticəsində də mərhum X3 adına qeydiyyata alınmış və ondan miras qala biləcək əmlakın olmadığı müəyyən edilmişdir. X3 birinci növbə üzrə vərəsələri olan iş üzrə cavabdehlərin mərhum X2 hər hansı bir əmlakı miras şəklində qəbul etməsini təsdiq edə biləcək sübut məhkəməyə təqdim edilmədiyindən cavabdehlər Cavabdeh6 Abdulsalam qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mərhum X3 öhdəliklərinə görə cavabdehlik daşımaları əsassızdır. Bundan əlavə Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 İddiaçı QSC ilə X5 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 07A000027048 saylı kredit müqaviləsi üzrə X3 öhdəliklərinin tam icra etməsi üçün bank qarşısında öz üzərinə öhdəlik götürsə də, həmin zaminlik müqaviləsində zaminliyin hansı müddətə verilməsi konkret olaraq göstərilməmişdir. Buna görə də Cavabdeh1 zaminliyi ilə onun təmin etdiyi xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx xxxxxxxx 2014-cü il tarixədək İddiaçı QSC Cavabdeh1 qarşı iddia irəli sürməli idi. Lakin, İddiaçı QSC bu müddəti ötürdükdən sonra, yəni əvvəlcə xx xxxxxx 2017-ci il tarixdə əmr icraatı qaydasında, sonradan isə xx xxxx 2020-ci il tarixdə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Buna görə də Cavabdeh1 xx xxxx 2012-ci il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı QSC qarşısında olan zaminliyinə xitam verilməli olduğundan iddia tələbinin Cavabdeh1 qarşı olan hissəsi də əsaslı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)- 669/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «İddiaçı” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-669/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə verilə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1814/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1814/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver