Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1820/2021 26.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tаrixli Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2012-ci il tarixli qətnaməsi ilə (hakim Famil Nəsibov) ilk iddia təmin edilmiş, ünvan 1 ünvanda yaşayan cavabdeh-iddiaçı Cavabdeh borc müqaviləsi üzrə 10.000 manat və dövlət hesabına ödənilmiş 10 manat cəmi 10010 manat pul alınıb iddiaçı-cavabdeh İddiaçı verilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı borc müqaviləsinin əhəmiyyətsiz etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh 10 manat rüsumun dövlət nəfiənə verilməsi qət edilmişdir. işin halları: İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehiddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə 10.000 manat və dövlət hesabına ödənilmiş 10 manat cəmi 10010 manat pul alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək borc müqaviləsinin əhəmiyyətsiz etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmiş, apellyasiya və kassasiya qaydasında baxıldıqdan sonra 23 oktyabr 2013-cü ildə icra edilməsi üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 13.01.2020-ci il tarixli qərarı ilə icra sənədi İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən icra sənədi tələbkarın ərizəsi əsasında geri qaytarılmışdır. 13.07.2020-ci ildə iddiaçı-cavabdeh İddiaçı ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 13.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və yenidən icra üçün işin Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-48/2012 saylı 01 iyul 2012-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan iş üzrə borclu Cavabdeh Qəhraman oğlunun şikayəti əsasında Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə 14 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnərək məhkəmə iclasında 21 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 13.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-48/2012 saylı 01 iyul 2012-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. Bundan sonra borclu Cavabdeh Qəhraman oğlu 06 may 2021-ci ildə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi barədə müddətin bərpa edilməsinə dair ərizə ünvanlamışdır. Ağdaş Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir Bundan sonra borclu Cavabdeh Qəhraman oğlu 21 iyun 2021-ci ildə Ağdaş Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli il tarixli qərardadından şikayət vermişdir. Şikayətində bildirmişdir ki, məhkəmə ona bildiriş vermədən, iştirakını təmin etmədən qərardad qəbul etmişdir. Borclu Cavabdeh Qəhraman oğlunun şikayəti əsasında Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə 26 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəyə baxılması 12 iyul 2021-ci ilə təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadını belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması barədə Cavabdeh müəyyən olunmuş qaydada və müddətdə məlumat verilmişdir, lakin məhkəmə iclasına gəlmədiyi üçün 26 may 2021-ci il tarixli qərardad Cavabdeh iştirakı olmadan çıxarılmış, qərardadın surətinin ona rəsmi qaydada verilməsi barədə məhkəməyə yazılı məlumat daxil olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, 26 may 2021-ci il tarixli qərardad qanunidir, onun ləğv edilməsi üçün heç bir əsas yoxdur, buna görə də qərardaddan verilmiş şikayət rədd edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə müvafiq olaraq baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi 26 may 2021-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsindən imtina etdikdən sonra, Cavabdeh şikayətinə əsasən Ağdaş rayon Məhkəməsi 29 iyun 2021-ci il tarixli qərardadı ilə 26 may 2021-ci il tarixli qərardadı ləğv edərək, yeni məhkəmə iclası təyin etmiş, 12 iyul 2021-ci ildə isə 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi məsələsinə baxmalı olduğu halda, ləğv edilmiş 26 may 2021-ci il tarixli qərardada hüquqi mövqe bildirərək anlaşılmazlığa yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(014)-48/2012 nömrəli qərardadı ləğv edilməli, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi məsələsinə yenidən baxması üçün iş materialları Ağdaş Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelllyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Yuxаrıdа qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrа аldı: Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(014)-48/2012 nömrəli qərardadı ləğv edilsin. Cavabdehun Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətə yenidən baxılması üçün hazırkı mülki iş Ağdaş Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1820/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1820/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver