Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1830/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Cahid İmanov) 25 may 2021-ci il tarixli, 2(075)- 138/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 maddi zərərin əvəzi olaraq 1030 manat və mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat cavabdeh X2 alınaraq (VÖEN: **********, Hesab № AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) "xxxx" MMC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş mənəvi ziyan olaraq 2500 manatın, faktiki olaraq qəza zamanı dəyən və X9i xidmətinin əməkdaşları tərəfindən təsdiqlənən 1100 manat və itirdiyi 1500 manatın, toplam 5100 (beş min yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, 19.09.2020-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz ailəsi ilə birlikdə Şəki rayonuna qonaq gələrkən Şəkiyə çatmamış yeni tikilən evlərə yaxın havanın qaranlıq vaxtı birdən qarşısına inək (iri buynuzlu) çıxmışdır. Bu zaman o, inəyi vurmamaq üçün avtomobilini yavaşıdaraq sürətini tam azaltmışdır. Lakin bu zaman digər tərəfdən başqa bir inək çıxararaq onun avtomobilinə dəymiş (çırpılmış) və avtomobilinə böyük ziyan vurmuşdur. O və ailəsi avtomobildən düşərək X9 xidmətinə zəng etmiş və qəza ilə bağlı X9 xidmətinə məlumat vermişdir. 10 deqiqə sonra X9ləri gələrək qəzanın olduğu yerə baxmış və müvafiq ölçü işləri aparmışlar. Həmin vaxt inəklərin sahibi cavabdeh X5 da hadisə yerinə gətirilərək onun barəsində protokol tərtib edilərək onu inzibati qaydada cərimələmişlər. Cavabdeh X2 izahat alaraq gecə vaxti inəyi səllim buraxılmasını ona izah etmişlər və cavabeh X5 peşman olduğunu və təqsirkar olduğunu boynuna almışdır. Bundan sonra X9 əməkdaşları ona izah etmişlər ki, səhər saat 10:00 radələrində mal yiyəsini çağıracaqlarını və ərizəsini alıb ona dəymiş ziyanı ödəmək üçün və avtomobilini düzəltdirmək üçün ərizəsini alacaqlarını bildirmişlər. Sabahsı gün o, Şəki ŞRPŞ-nin DYPB-nə getmiş, cavabdeh və onun oğlu da orada olmuşdur. Danışıqlar aparılan zaman cavabdehin oğlu ona 500 manat verə biləcəyini bildirsə də, cavabdeh ona hər hansı məbləğdə pul vetməyəcəyini bildirmişdir. O, öz avtomobilini müəyyən qədər təmir etdirmiş, lakin maddi vəziyyəti yaxşı olmadığından avtomobilin təmirini tam başa çatdıra bilməmişdir. X9 xidmətindən ona dəymiş ziyanla bağlı verilmiş məlumata əsasən ona dəymiş ziyan 1100 (min bir yüz manat) manat təşkil etmişdir. Lakin Yevlax şəhərində yerləşən "xxxx" MMC tərəfindən verilmiş rəydə maddi ziyan 1705 manat məbləğində hesablanmışdır. Göstərmişdir ki, inək avtomobilinə dəyən zaman o və maşında olan ailəsi həyacanlanmış, həmçinin o özü qeyd edilən hadisə ilə bağlı stres keçirmişdir. Bindan başqa cavabdeh vicdanlılıq göstərməyərək ona dəymiş zərəri ödəməmiş onu məhkəmə yollarına salmışdır. Həmçinin avtomobili əzildiyindən bir müddət müəyyən qazancından da məhrum olmuşdur. Hesab edir ki, cavabdehin qeyd edilən laqeyid əməlləri nəticəsində ona 2500 manat mənəvi zərər və əldən çıxmış fayda kimi 1500 manat zərər dəymişdir. Əlavə olaraq göstərmişdir ki, avtomobilinə dəyən zərər X7 aktı əsasında 1100 (min bir yüz manat), Yevlax şəhərində yerləşən "xxxx" MMC tərəfindən verilmiş rəydə 1705 manat, məhkəmə tərəfindən keçirilən qiymətləndirmə zamanı isə 1030 manat məbləğində hesablanmışdır. Qeyd etmişdir ki, o bu ziyanlıq məbləğindən məhkəmə tərəfindən keçirilən qiymətləndirmə üzrə 1030 manat məbləğini qəbul edir. Bütün göstərilənlərə əsasən iddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X5 izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki o, özünə məxsus 19.09.2020-ci il tarixdə 2 baş iribuynuzlu heyvanı Oğuz yolunda olan otlaq sahəsinə buraxmışdır. Həmin gün saat 20:00 radələrində iddiaçı özünə məxsus avtomobil ilə onun inəklərini vurmuşdur. Lakin qəza nəticəsində iddiaçıya iddia tələbində göstərilmiş məbləğdə ziyan dəyə bilməz. Əksinə baş vermiş hadisədə zərərçəkmiş tərəf o özüdür. Çünki baş vermiş qəza nəticəsində ona məxsus inəklər tələf olmuş və onun özünə ziyan dəymişdir. Göstərmişdir ki, hadisə baş verən zaman o da hadisə yerinə dəvət edilmiş və inəklərini səllim buraxdığına görə barəsində protokol tərtib edilmişdir. Ümumiyyətlə iddiaya etiraz edir onu heç bir halda qəbul etmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh X3 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 25 may 2021ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsinin tamamı ilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 maddi imkanı olmadığından apellyasiya şikayətinin təmin edilməsini, həmçinin müəyyən edilmiş zərərin həcminin azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsi cavabdeh X2 mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialına əlavə edilmiş 19.09.2020-ci il tarixli, TP-3956076 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X5 İXM-nin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində vərimə edilmişdir. İş materialına əlavə edilmiş X1 ŞRPŞ-nə vermiş olduğu 19.09.2020-ci il tarixli izahatının təsdiq edilmiş surətindən görünür ki, o, özünə məxsus 19.09.2020-ci il tarixdə 2 baş iribuynuzlu heyvanı Oğuz yolunda olan otlaq sahəsinə buraxdığını, həmin gün saat 20:00 radələrində “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus 2 baş inəyi vurduğunu və malları sahibsiz buraxmağın qadağan olduğunu bilməsini etiraf etmişdir. İş materialına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş verilmiş 23.09.2020-ci il tarixli, 58 nömrəli rəydən görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri 1100 manat təşkil edir. İş materialına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli rəydən görünür ki, “Mercedes Benz” markalı, E 190 modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1705 manat təşkil edir. İş materialına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, ƏEM/A 90-411/21 nömrəli rəydən görünür ki, “Mercedes Benz E 190” markalı03-BJ973 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 730 manat ehtiyyat hissələri, 300 manat təmir xərci olmaqla, cəmi 1030 manat təşkil edir. Xidmət haqqı 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdeh X2 maddi zərərin əvəzi olaraq 1030 manat və mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsini qət etmişdir. Məhkəmə iddia tələbinin təmin etdiyi hissəsinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097-ci maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddiasının təmin olunmamış hissəsini mübahisələndirməmişdir. Cavabdeh N.Camılov isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi zərərin ödənilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşır. Bu fikirdədir ki, bununla birinci instansiya məhkəməsinin gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və istinad etdiyi sübutların əsassılığına dair hər hansı bir hal müəyyən edilməmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsinin qətnaməsində təsvir edilərək, şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutları yenidən təsvir edərək şərh etməyə zəruriət görmür. Bununla belə, apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi ilə bağlı qənaətinin əsassızlığı hissəsində razılaşır. Çünki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona mənəvi zərər dəydiyini göstərsədə, sonuncu həm iddia tələbində, eləcədə mülki işin məhkəmə tədqiqatı zamanı hansı mənəvi sarsıntı və iztirablar keçirdiyini sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbininin mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsinə aid hissədə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunduğu qalan hissələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X2 mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdeh X2 mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385-390, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsi qismən – cavabdeh X2 mənəvi zərərin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-138/2021 nömrəli qətnaməsi iddianın təmin olunduğu qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1830/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1830/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver