Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1832/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin qadağan edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, dəymiş ziyanın hesablanıb məcburi qaydada ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)-16/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 07 iyul 2021-ci il tarixli 2(024)- 16/2021 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin qadağan edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, dəymiş ziyanın hesablanıb məcburi qaydada ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin qadağan edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, dəymiş ziyanın hesablanıb məcburi qaydada ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən ********** saylı Çıxarış verilmişdir. Hazırda torpaq sahəsində fındıq ağacları vardır. Qeyd olunan torpaq sahəsi Cavabdeh məxsus olan fındıq bağı ilə həmsərhəddir. Cavabdeh 2019-cu ildə və 2020-ci ildə ona məxsus olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etmişdir. 2019-cu ildə cavabdeh sərhəd ərazidə onun tərəfindən əkilmiş 100 ədədə yaxın tut ağaclarını qanunsuz olaraq kəsmiş, bağlanmış sərhədi yandıraraq məhv etmiş, nəticədə sərhəd əraziyə bağlanmış ağac zoğlar, basdırmalar, reykalar yanaraq məhv olmuşdur. Bundan əlavə cavabdeh yenə də 2020-ci ildə ona məxsus olan torpaq sahəsində onun tərəfindən əkilmiş 2 ədəd gələcəkdə bar verə biləcək qoz ağacını kəsmişdir. Eyni zamanda cavabdeh ona və ailə üzvlərinə məxsus olan fındıq bağına lazımsız çubuqlar və şaxlar atmış, nəticədə torpaq sahəsinin ot örtüyünü tapdalayaraq məhv etmişdir. Cavabdeh qanunsuz olaraq ona məxsus olan fındıq bağına keçib fındıq yığmışdır. Sərhəddə qanunsuz olaraq fındıq əkmiş, həmin fındıq ağaclarının budaqları onlara məxsus fındıq bağına tərəf keçmişdir. O, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün 2019-cu il tarixdə Qax Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri mübahisə olunan fındıq bağına baxış keçirərək cavabdehin qanunsuz hərəkətləri müəyyən edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin qonşuluq xatirinə o, məhkəməyə müraciət etməmişdir. Cavabdeh qanunsuz əməllərinə son qoymaq fikrində deyil. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir və ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Həmin maddi ziyanın mütəxəssislər tərəfindən hesablanıb ona ödənilməsini tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin qadağan edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, dəymiş ziyanın hesablanıb məcburi qaydada ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, fındıq ağaclarını kəsməmiş, iddiaçıya heç bir maneçilik yaratmamış, ona heç vaxt maddi ziyan vurmamışdır. Nə iş görmüşdürsə özünə məxsus ərazidə etmişdir. Orada yetişən ağaclar da özünə məxsusdur. İddiaçı məhkəmədən əvvəl həmin mübahisə ilə bağlı polis şöbəsinə şikayət etmiş, onun şikayəti araşdırılmış və şikayətlərinin əsassız olduğu ortaya çıxmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)-16/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)-16/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə qəbul edilərkən prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş işə mahiyyəti üzrə baxılmamış və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırmamış, iş üçün zəruri olan ekspertiza təyin etməmiş, səhv ekspertiza təyin etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxaraq işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmamışdır. Belə ki, məhkəmə dəymiş ziyanın hesablanması barədə məhkəmə bioloji ekspertizası təyin etməli olduğu halda, məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmişdir. Həmin ekspert tərəfindən verilmiş rəy isə işin mahiyyəti üzrə baxılmasına görə heç bir əhəmiyyət kəsb etmir. Torpaq sahəsini cavabdehin zəbt edilməsini göstərmədiyi halda, məhkəmə torpaqşünaslıq ekspertizasının heç bir əhəmiyyəti yoxdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)- 16/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)- 16/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********38 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu Zəyəm kəndində yerləşən 0.5526 ha torpaq sahəsi İddiaçı, X3 və X2 və X5 oğlunun ümumibirgə mülkiyyətindədir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli 194 saylı mütəxəssis rəyindən görünür ki, hüquq müəyyən edici sənədlər əsasında naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsində aparılan tədqiqata görə DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0.5526 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri ilə iddiaçı tərəfindən faktiki istifadə olunan və baxışa təqdim olunan torpaq sahəsinin hüdudları tam olaraq üst-üstə düşür. Buna görə də şimal-şərq istiqamətində qonşu torpaq sahəsindən faktiki istifadə edən Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması faktı aşkarlanmamışdır. Hüquq müəyyən edici sənədlər əsasında naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsində aparılan tədqiqata görə DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0.5526 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri ilə iddiaçı tərəfindən faktiki istifadə olunan və baxışa təqdim olunan torpaq sahəsinin hüdudları tam olaraq üst-üstə düşür. Buna görə də şimal-şərq istiqamətində qonşu torpaq sahəsindən faktiki istifadə edən Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç yüz) manat təşkil edir. 11.06.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı Darçın oğlu cavabdeh tərəfindən ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsini qanunsuz istifadə etməsi, torpaq sahəsindən istifadə ilə bağlı cavabdehə hər hansı bir maneə yaradılması, ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. İddiaçı ona və ailə üzvlərinə məxsus olan 0.5526 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin qadağan edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, dəymiş ziyanın hesablanıb məcburi qaydada ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması tələb edir. Lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, fındıq ağaclarını kəsmədiyini, iddiaçıya heç bir maneçilik yaratmadığını, ona heç vaxt maddi ziyan vurmadığını, nə iş görmüşdürsə özünə məxsus ərazidə etdiyini bildirmişdir. Bundan savayı Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli 194 saylı mütəxəssis rəyindən görünür ki, hüquq müəyyən edici sənədlər əsasında naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsində aparılan tədqiqata görə DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0.5526 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri ilə iddiaçı tərəfindən faktiki istifadə olunan və baxışa təqdim olunan torpaq sahəsinin hüdudları tam olaraq üst-üstə düşür. Buna görə də şimalşərq istiqamətində qonşu torpaq sahəsindən faktiki istifadə edən Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması faktı aşkarlanmamışdır. Hüquq müəyyənedici sənədlər əsasında naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsində aparılan tədqiqata görə DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0.5526 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri ilə iddiaçı tərəfindən faktiki istifadə olunan və baxışa təqdim olunan torpaq sahəsinin hüdudları tam olaraq üst-üstə düşür. Buna görə də şimal-şərq istiqamətində qonşu torpaq sahəsindən faktiki istifadə edən Mirzə Alagözov tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması faktı aşkarlanmamışdır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair mötəbər sübutlarını nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, iş materiallarında olan mütəxəssis rəyi ilə şimal-şərq istiqamətində qonşu torpaq sahəsindən faktiki istifadə edən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması faktının aşkarlanmadığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)-16/2021 qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(024)-16/2021 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1832/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1832/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver